Azad Rəhimov: Bu il ölkəmizdə idman və gənclər siyasəti sahəsində bir çox uğurlarla yadda qalıb
28.12.2019 [10:02]
Cari il ölkəmizdə idman və gənclər siyasəti sahəsində bir çox uğurlarla yadda qalıb. Hər il olduğu kimi, bu il də idmançılarımız beynəlxalq arenada uğurla çıxış edıb, dövlət himnimizi səsləndiriblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 27-də Gənclər və İdman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşündə deyib.
Nazir bildirib ki, gələn il idmançılarımızı ciddi sınaqlar gözləyir. Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. İstərdik, Olimpiadaya 50 və daha çox lisenziya qazanaq.
A.Rəhimov qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2019-cu ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.
“Respublikamızın şəhər və rayonlarında hazırda 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hazırda Tərtər və Yardımlı Olimpiya İdman kompleksləri açılışa hazırdır. Goranboy və Neftçala Olimpiya İdman komplekslərinin tikintisi davam etdirilir. Gəncədə isə İdman Sarayı inşa olunur. Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb. Səkkiz idman zalının tikintisi davam etdirilir”, - deyə nazir əlavə edib.
Bildirib ki, idmançılarımız Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında 28, İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 7, Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında 23 medal qazanıblar. “Tokio 2020”yə velosiped və gimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri vəsiqə əldə ediblər. Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulmuş məqsədə tam nail olaraq maksimum sayda lisenziya qazanıb. Üzgüçülük üzrə yığma komandamızın üzvü ilk dəfə yarışlarda normativləri yerinə yetirməklə lisenziyanı təmin edib. Badminton, qılıncoynatma, taekvondo, cüdo, ağır atletika, triatlon, kamandan oxatma, boks, karate idman növlərində də lisenziya qazanmaq şanslarımız böyükdür. Növbəti ildə də idmançılarımız lisenziyalar uğrunda mübarizə aparacaqlar.
Cari ildə idmançılarımızın böyük uğurlara imza atdığını deyən nazir vurğulayıb ki, qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub. On altı yaşadək şahmatçılardan ibarət komandamız Olimpiadanın qızıl, şahmat üzrə qadınlardan ibarət yığmamız isə Avropa komanda çempionatında ermənilər üzərində inamlı qələbə qazanaraq bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik, taekvondoçumuz Milad Bergi Hərçeqani, triatlonçumuz Rostislav Pevtsov dünya, atlet Nazim Babayev Avropa çempionu adına sahib olublar. Gələn il ölkəmiz futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç oyununa və bir dörddəbir final matçına, Formula 1 Azərbaycan Qran-Prisinə, karate üzrə 55-ci Avropa çempionatına, U-16 Dünya Şahmat Olimpiadasına, bədii gimnastika, idman və batut gimnastikası üzrə dünya kuboku yarışlarına, aerobika və idman gimnastikası üzrə dünya çempionatlarına və digər yarışlara ev sahibliyi edəcək.
“2019-cu ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub. Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edilib. Həmçinin 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib. Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim olunub”, - deyə nazir əlavə edib.
A.Rəhimov bildirib ki, Koreya Respublikası və Mərakeş Krallığı gənclərinin beynəlxalq mübadilə proqramlarında 46 gənc iştirak edib. ABŞ, Bolqarıstan, Efiopiya, Litva, Pakistan, Polşa, Serbiya, Uruqvay, Vyetnam və Yunanıstan gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərinin ölkəmizə səfəri təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə 2007-ci ildən başlayaraq ölkədə, xüsusilə, regionlarda Gənclər mərkəzlərinin inşası başlanıb. Hazırda ölkədə 40 belə mərkəz inşa edilərək istifadəyə verilib.
Cari ildə 48 ölkədən 109 gəncin iştirak etdiyi Dünya Azərbaycanlı Gənclərin II Konqresi, Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası, Qoşulmama Hərəkatının Gənclər Sammiti, “Xəzər kuboku” VII Beynəlxalq turnir, “Nə? Harada? Nə zaman?” XVII dünya çempionatı, breyn-rinq intellektual oyunu üzrə Prezidenti Kuboku uğrunda beynəlxalq turnir ölkəmizdə yüksək səviyyədə təşkil olunub. İyirmi ölkədən 70 gəncin iştirak etdiyi “Həmişə gənc ol!” şüarı altında “Youthvision” beynəlxalq mahnı müsabiqəsi tamaşaçılarda xoş təəssüratlar oyadıb. Eyni zamanda, İslam dünyasının gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi, IX Beynəlxalq uşaq muğam müsabiqəsi, “Əlilliyi olan gənclərlə sosial iş üzrə innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı beynəlxalq konfrans və digər tədbirlər də müvəffəqiyyətlə təşkil olunub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

