Azərbaycan boksçusu Rumıniyada erməni rəqibinə qalib gəlib
24.02.2023 [16:02]
Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir davam edir.
Federasiyadan verilən məlumata görə, yarışın 2-ci günündə rinqə çıxan Azərbaycan millisinin 17 idmançısından 15-i qələbə qazanıb.
Onlardan 9-u 1/4 finala vəsiqə qazandığı halda, 6-sı yarımfinala yüksəlib. 1/2 finalda mübarizə aparacaq boksçularımız bununla özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Yeniyetmələrdən ibarət millinin üzvü Bilalhəbəşi Nəzərov (46 kq) Katalin Banitsaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda Mihay Tudorla (Rumıniya) qarşılaşacaq.
Bağır Əmirxanlı (50 kq) Maksim Çernelyadan (Moldova) güclü olub. 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qələbə qazanan idmançı 1/4 finalda Yulian Jqebanı (Rumıniya) sınağa çəkəcək.
Əmirxanlı ilə eyni çəkidə yarışan Faiq Mollayev də inamlı çıxışı ilə diqqət çəkib. Azərbaycan çempionu 1/8 finalda Martin Bohunçakı (Slovakiya) 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Eldar Abdullazadə (52 kq) də startda uğurlu nəticə əldə edib. Ruslan Aulovu (Estoniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən həmyerlimiz 1/4 finalda Marian Petraçe (Rumıniya) ilə qüvvəsini sınayacaq.
1/8 final çərçivəsində İbrahim Mirhəsən (60 kq) yunanıstanlı Vrettos Anastasiosla üz-üzə gəlib. İlk raundda tam üstünlüklə qələbə qazanan həmyerlimiz növbəti görüşündə Florin Marinlə (Rumıniya) münasibətinə aydınlıq gətirəcək.
54 kq çəkidə Elbrus Kərimli Yulian Buletiça (Rumıniya) ilə döyüşüb. 1/4 final mərhələsi çərçivəsində keçirilən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:2 (29:27, 27:30, 29:28, 28:29, 29:28). Kərimli finala gedən yolda Angelos Karaitislə (Yunanıstan) qarşılaşacaq.
63 kq çəki dərəcəsində mübarizə aparan Kənan Aslanlı və Tərlan Əhmədov da adını yarımfinala yazdırıb. Onlar müvafiq olaraq Ali Balku (Rumıniya, birinci raundda tam üstünlüklə qələbə), Ronald Banqonu (Macarıstan, 5:0 (30:27, 30:25, 30:25, 30:27, 30:26)) yarışdan kənarlaşdırıblar. Aslanlı 1/2 finalda Narkis Maqdalinlə (Rumıniya), Əhmədov Nikola Neaksa (Rumıniya) ilə üz-üzə gələcək.
Gənclərdən ibarət yığmamızın 7 üzvü qələbəyə sevinib. 1/8 Sübhan Məmmədov (51 kq) Davit Safaryanla (Ermənistan) qarşılaşıb. Rəqib boksçumuz qarşısında sonadək tab gətirə bilməyib. Avropa çempionumuz erməni idmançıya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ilk döyüşdən azad olan Mihay İrofte (Rumıniya) ilə gücünü yoxlayacaq.
Məhəmmədəli Aşurəliyev (57 kq) də startda qalib gəlib. Macarıstanlı Frank Danieli 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finalda Camel Cemmalı (Fransa) sınağa çəkəcək.
Onun eyni çəkidə döyüşən Məhəmmədəli Qasımzadə Qaetano Bonocoreya (İtaliya) eyni hesabla qalib gəlib - 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:26). Təmsilçimiz mübarizəni 1/4 finalda davam etdirəcək.
63,5 kq çəkidə qüvvəsini sınayan Aslan Quliyev Riçard Horvata (Macarıstan) gücünü göstərib. O, görüşü 4:0 (29:27, 30:26, 30:24, 30:26, 28:28) hesabı ilə aktivinə yazıb. Quliyev 1/4 Yuraj Bona (Slovakiya) ilə qarşılaşacaq.
Komanda yoldaşlarından fərqli, Ramal Yolçuyevlə (48 kq) Rauf Məmmədov (48 kq) yarımfinalda iştirak hüququ qazanıb. Onlar müvafiq olaraq Alberto Borlan (Rumıniya, 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27)) və Kirço Gerasimovdan (Bolqarıstan) – 4:0 (30:26, 30:26, 29:27, 29:27, 28:28) üstün olublar. Yolçuyev finala gedən yolda ukraynalı Maksim Zimenko ilə mübarizə aparacaq.
Səbuhi Əlizadə (92 kq) isə 1/4 finalda Kirilo Lavrinenkoya (Ukrayna) gücünü göstərib. Təmsilçimiz üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda ilk mərhələdən azad olan Florin İonita (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa fevralın 27-də yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39

