Tərlan Əhmədov: "Heç-heçə ədalətli nəticədir"
16.03.2023 [21:47]
Rövşən ƏLİSOY
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (2:2) danışıb.
O, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Maraqlı oyun izlədik. İtkilərə rəğmən komandanı yaxşı motivasiya etmişdik. Bizim üçün çox vacib xal idi. Futbolçularım çox yaxşı oynadı. Hər şey nizam-intizamla bağlıdır. Komandada rəqabət çoxdur. Bütün futbolçularıma təbrik edirəm. Öz səhvlərimizdən, hakimlərin səvlərindən çox xal itirdik. Yerdə qalan doqquz oyunda xallar qazanmağa çalışacağıq. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Veteran futbolçularımıza minnətdaram. Məhz bunların sayəsində inkişaf edirik.
Burada təbrikdən söhbət gedə bilməz. Rəbimiz böyük klubdur. Yeddinci aydır ki, mən buradayam. İndiki halda “Neftçi”dən xal almaq böyük nəticədir. Heç-heçə ədalətli nəticədir. Səfərdə bir xal qazanmaq önəmli idi.
Hakim səhvləri ucbatında səkkiz xal itirmişik. Bəzi məsələlər də zaman aldı. Artıq bunlar keçmişdə qalıb. Əvvəlki matçlarda olduğu kimi ciddi səhvlər olmadı. Aprel ayı bizim üçün çətin olacaq. Ardıcıl olaraq ağır qrafikdə oynayacağıq. Qarşımıza qoyduğumuz məqsəd elitada qalmaq və vəziyyətimizi yaxşılaşdırmaqdır. 6 və ya 7-ci pilləyə yüksəlmək əsas məqsəddir.
Ümumiyyətlə, “Səbail”lə matçda uduzmamalıydıq. Lakin həyatın görünməyən tərəfləri var. Bunlar təbii proseslərdir. Liderlərə qarşı necə oynayırıqsa, son pillələrdə olan komandalara da qarşı eyni formada çıxış etməliyik. Komandam yeni formalaşır. Burada stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, stabilliyi qoruyub saxlayaq. “Sabah”a uduzmamalıydıq. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bu, hazırda çox vacibdir.
Dördüncü dövrədə nələrin olacağını bilə bilmərəm. Yenə deyirəm: hədəf elitada qalmaqdır. Komandamla bu gün səkkiz dəqiqə matç barədə danışmışam. Oyunun əsas mahiyyətini onlara çatdırmaq olub.
Futbolçuların özünün gələcəyi var. Onları motivasiya etmək vacibdir. Futbolçuların motivasiyalı olması göstərdikləri oyunla bağlıdır. Bir neçə futbolçumuza təklif var. Oyunçulara hər zaman bir cümlə deyirəm: “Fikirləşin ki, sizi evdə düşünənlər var”.
Mən istəyirəm ki, elitada 16-18 komanda olsun. Çox istəyirəm ki, komandaların sayı artsın. Futbol oynamaq fərqliliyini görmək istəyirəm. Bizim o qədər itirdiyimiz kollektivlər var ki...Qərar federasiyanındır. Komandaların sayı artsa, yaxşı olar”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

