Dünya çempionu: Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək çox qürurvericidir
08.08.2023 [10:52]
Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub. İdmançımız 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb. O, 520 xal toplayaraq qızıl medal qazanıb.
21 yaşlı çempionumuz hazırda tələbədir. Ukraniyada Aviasiya Universitetində təhsil alır. Atıcılıq karyerası qısa olsa da, dünya miqyasında qalibiyyətləri var. Sonuncu qələbə sevincini isə yeniazerbaycan.com-a bölüşüb: “50 m məsafəyə tapançadan atəş açmada qızl medal qazandım. Dünya çempionatı mənim üçün çox maraqlı, bir o qədər də həyəcanlı keçdi. Koreyada bir çox yeniliklərin şahidi oldum. Xüsusilə də, dünyaca məşhur idmançılarla görüşdüm. Atıcılıq idman növü üzrə ən güclü idmançıların siyahısına Koreya və Çin başçılıq edir. Onların məşqlərini izləmək belə mənim üçün böyük təcrübə oldu. Qızıl medalı qazandıqdan sonra ilk sevincimi valideynlərimlə bölüşdüm. Məşqçim Məmmədov Rəsul Koreyada mənimlə deyildi, Çində təşkil olunan Universiadaya qatılmalı idi. Dərhal onunla da əlaqə saxladım. Hər kəs çox sevinirdi. Başqa bir ölkədə bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək çox qürurvericidir. Biz idmançılar daim çalışırıq ki, bayrağımızı yüksəldək, himnimizi ən uca zirvələrdə səsləndirək, Azərbaycanımızı güclü rəqib kimi tanıdaq. Bu, bizim əsas məqsədimizdir”.
Xanna Əliyeva bundan sonra da hər yarışda uğur qazanacağına və bayrağımızı yüksəklərə qaldıracağına söz verib. Onun sözlərinə görə, əsas məqsədi Olimpiya Oyunlarına qatılmaq və Azərbaycana qızıl medal qazandırmaqdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMüsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30

