Ulu öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turniri başa çatıb
04.05.2012 [01:09]
Dünən “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş media nümayəndələri arasında voleybol turnirinin final oyunu keçirilib. Azərbaycan Voleybol Federasiyasında təşkil olunmuş final görüşündə “Səs” və “Xalq qəzeti”nin komandaları üz-üzə gəliblər.
Qarşılaşmanı Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı, turniri təşkil edən qəzetlərin baş redaktorları, kütləvi informasiya vasitələrinin nümayəndələri və komanda azarkeşləri izləyiblər.
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarovun idarə etdiyi matçın ilk iki setində “Səs” qəzetinin komandası qələbə qazanıb(25:19, 25: 21).
İlk iki setdən sonra “Xalq qəzeti”nin voleybolçuları oyunda dönüş etməyə müvəffəq olublar. Nəticədə 3-cü və 4-cü setlərdə gərgin şəraitdə keçən mübarizənin qalibi məhz “Xalq qəzeti”nin voleybolçuları olub (22: 25, 26:28).
Bundan sonra oyunun gedişində sükanı ələ keçirən “Səs” qəzetinin komandası əzmkar və komanda oyunu göstərərək həlledici - 5-ci setdə 18:16 hesabı ilə qələbə qazanıb. Beləliklə, “Səs” qəzetinin komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin qalibi və fəxri kubokun sahibi olub.
Final oyunundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov vurğulayıb ki, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlər keçirilir: “Bu tədbirlər içərisində önəmli yer tutan hadisələrdən biri də idman yarışlarının keçirilməsidir. Belə tədbirlərin keçirilməsi bütövlükdə hər bir Azərbaycan vətəndaşının və Azərbaycan xalqının Heydər Əliyevə, Onun əziz xatirəsinə, ideyalarına hörmətinin, ehtiramının ifadəsidir. İndi Azərbaycanı müxtəlif və mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi bir məkan kimi tanıyırlar”.
Əli Əhmədov final oyunu haqqında fikrini açıqlayarkən qeyd edib ki, qalibin kim olacağı sonuncu ana qədər məlum olmayıb ki, bu da oyunun maraqlı keçməsindən irəli gəlib.
YAP İcra katibinin müavini onu da vurğulayıb ki, turnirin ən böyük gözəlliyi ondan ibarətdir ki, bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 89-cu ildönümünə həsr olunub: “Hesab edirəm ki, idmançılar Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərini yüksək qiymətləndirirlər, Onun əziz xatirəsinə həmişə böyük ehtiram və hörmət nümayiş etdirirlər. çünki Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın və kütləvi bədən tərbiyəsinin də inkişaf təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Azərbaycanda idman çox inkişaf edib. Hökumətimiz və dövlətimiz bu istiqamətdə əlavə proqramlar həyata keçirir və çox əlamətdardır ki, bizim idmançılarımız, eləcə də bu və digər formalarda fəaliyyət göstərən həvəskar idmançılarımız həmişə Ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Bizlər bir daha bu gerçəkliyin şahidi olduq. Mən sizi bir daha təbrik etmək istəyirəm. Ancaq kimisə qalib saymaq, kimi isə məğlub hesab etmək bizim üçün həqiqətən də çətindir. Lakin burada üç mükafat yeri tutmuş komandalar var. Onu da bildirim ki, final uğrunda oyuna çıxan hər iki komanda çox güclü oyun nümayiş etdirdilər. Mən sizi bir daha təbrik edirəm”.
Görüşdən sonra 3-cü yerin sahibi “AzərTAc” komandasına, 2-ci yerin sahibi “Xalq qəzeti”nin komandasına və turnirin qalibi olan “Səs” qəzeti komandasına Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı və digər qonaqlar tərəfindən diplom və pul mükafatı təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58

