İnflyasiya proqnozu azaldıldı...
03.05.2024 [10:50]
Qiymətlər ucuzlaşacaqmı?
Mərkəzi Bankı (MB) 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozunu azaldıb. MB bildirir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı və azaldıcı risklərinin bir-birini tarazlaşdırdığını göstərir. Aprel ayında inflyasiya proqnozu azalma istiqamətində dəyişib və aylıq inflyasiya 0,4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib. Bu ssenariyə əsaslandıqda, mövcud şərtlərin dəyişməz qalacağı və 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağı gözlənilir.
İnflyasiya ilə bağlı təhlillər onu göstərir ki, 2024-cü ilin yanvar-mart aylarında 2019-cu ildən sonra ilk dəfə olaraq ərzaq məhsullarının qeyri-ərzaq məhsulları ilə müqayisədə qiyməti daha az artıb. Bu isə ondan xəbər verir ki, idxal inflyasiyası arxa plana keçib və birbaşa ümumi inflyasiya dərəcəsinə təsir göstərən faktor aradan qalxıb. Belə ki, 2024-cü ilin martında inflyasiya illik əsasda 0,3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 faiz aşağı düşüb. Bütün bunlar qiymət indeksinin ilin sonuna qədər səngiməsi üçün əsas faktorlardan biri kimi səngiməsinə işarədir.
Onu da nəzərə almaq lazımdır ki, hazırkı sabit inflyasiya iqtisadi və sosial baxımdan əlverişlidir. İlk növbədə, inflyasiyanın səngiməsi sosial baxımdan əhalinin gəlirlərinə, yığımlarına və aylıq maaşlarına müsbət təsir göstərir, onların aylıq xərcləri inflyasiyanın yeminə çevrilmir.
Ona görə də hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri 2023-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2024-cü ildə də prioritet kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.
Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiaysi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar bitməyib, Yaxın Şərqdə - İsrail və Fələstin arasında baş verən münaqişə də sona çatmayıb, bütün bunlar qlobal bazarlara mənfi təsirləri artıra bilər və qiymət dalğalanmalarına öz neqativ təzyiqini göstərməsi mümkündür.
Qeyd edək ki, Nazirliyi Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı ilə ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülməsi tapşırılıb və bu qərarın icrası təkcə 2023-cü ilə aid deyil. Məqsəd inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlamaq, əhalinin gəlirlərinə təzyiqləri neytrallaşdırmaq olduğundan bu siyasət 2024-cü il üçün də aktualdır.
Bütün bu meyilləri nəzərə alan Mərkəzi Bank və digər iqtisadi qurumlar mövcud vəziyyəti dərindən təhlil edərək 2024-cü ildə də inflyasiya ilə mübarizə strategiyası çərçivəsində bir sıra addımlar atmağı planlaşdırır. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2024-cü il ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə saxlanılacaq. Ötən il kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də çağırış kimi iqtisadi blokun masasında olacaq.
Bir məqam da var, büdcə xərclərinin irihəcmli artımları da inflyasiya təzyiqlərini yüksəldə bilər, ona görə də hökumət bu riskləri də nəzərə alaraq ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, həmçinin “Böyük Qayıdış”a dair Dövlət Proqramında, eləcə də Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində büdcə xərclərinin artımına üstünlük verəcək. Digər xərclərdə maksimum ehtiyatlı davranılacaq ki, izafi xərclər və pul kütləsi yaranmasın. Həmçinin əlavə xərclərin yüksək inflyasiyaya təkan verməyən səviyyədə saxlanması üçün fiskal siyasət çərçivəsində müəyyən addımlar atılacağı da istisna deyil.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52

