Transxəzər Gömrük Tranzit Portalı..
28.05.2024 [10:35]
Azərbaycan Yeni İpək Yolu ölkələrini şəffaf ticarət platformasında birləşdirir
Son dövrlərdə Transxəzər (Orta Dəhliz) nəqliyyat kommunikasiyasının cəlbediciliyinin artması region ölkələrinin bu unikal qovşaqda birləşmək səylərini də yüksəldib. Xüsusilə də Orta Dəhlizin aid olduğu “Bir kəmər, bir yol” layihəsinin müəllifi və ən aparıcı ölkəsi olan Çinlə Azərbaycan arasında trans-kontinental nəqliyyat əlaqələrinin güclənməsi bu nəqliyyat ailəsinə qoşulmaq istəyənlərin sayını da artırır.
Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməkdə israrlı olması isə Orta Dəhlizdə ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Xüsusilə də Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişir və Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhliz kimi strateji əhəmiyyətini artrırır. Bir sözlə, Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi ilə Şərq-Qərb təhlükəsizlik və əməkdaşlıq dəhlizinin formatını çıxmaqdadır.
Orta Dəhlizin ən mühüm komponentlərindən biri kimi Transxəzər Tranzit Portalının əhəmiyyəti də xüsusi rola malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hazırlanmış Ticarət Portalı Çinin Çendu şəhərində keçirilən “6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Smart Logistika” sərgisində təqdim edilib və bu, bir daha Azərbaycanın strateji nüfuzunun göstəricisi hesab edilə bilər. Tədbir çərçivəsində, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Çinin “Northstar Sinogold Exhibition Chengdu Co Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Transxəzər marşrutuna həsr olunmuş konfrans keçirilib. Konfransda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu amil də Azərbaycan və Çin arasında qlobal nəqliyat arteriyasının formalaşmasında birgə iradəsini nümayiş etdirir. Transxəzər Gömrük Tranzit Portalı nədir və nəyə xidmət edir?
Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı xidmətlərin asan və şəffaf bir pəncərədə birləşdirən sistemdir. Orta Dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaqdır. Bu sistem gömrük nəzarətinin müasir formulu kimi optimal nəzarət formasını təmin edir, könüllü riayətetmə mədəniyyəti formalaşdırır, sahibkarlar, daşıyıcılar və digər iqtisadi operatorların gömrük yüklülüyünü onların üzərindən götürür. Yəni, onların logistik işini asanlaşdırır, bununla yanaşı, vaxt itkisinin qarşısını alır, xərcləri azaldır.
Azərbaycanın əsas hədəfi gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaş məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsinə nail olmaqdır. Bu baxımdan, Transxəzər Gömrük Tranzit Portalı qarşıya qoyulan məqsədləri təmin edən unikal sistem sayıla bilər.
Azərbaycan Transxəzər (Orta Dəhliz) qovşağında birləşən ölkələrin tranzit gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı həm də təşəbüskarlığı üzərinə götürüb. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, rəqəmsal tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək bu layihənin xüsusi əhəmiyyətini bəyan ediblər. Bunun nəticəsi kimi qeyd edilən portalı ərsəyə gətirib və bu Rəqəmsal Orta Dəhlzinin də artıq formalaşması deməkdir.
Transxəzər Portalının mühüm bir komponenti olan Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) isə məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən sistemdir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin edilir, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən edilir. Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanaraq 2024-cü ilin yanvar ayından istifadəyə verilən bu sistemin köməyilə məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şəraitin yaradılması təmin olunur. Bu isə həm biznes subyektlərinin əməliyyat xərclərini azaldır, gömrük tranzitlərində kənar müdaxilə hallarını sıfıra endirir, şəffaf bir platformanı təmin edir.
Beləliklə, rəqəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək. Ən əsası isə Azərbaycan Transxəzər Gömrük Tranzit Portalını qurmaqla Yeni İpək Yolu ölkələrinin biznes icmasını şəffaf bir platformada birləşdirir, qlobal hesabatlılıq koalisiyası qurur, azad ticarətin və logistik imkanların səmərəliliyini artırır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

