Azərbaycan və Çinin müəllifi olduğu layihə...
13.06.2024 [10:35]
Avropa İttifaqı Orta Dəhlizin reallaşması üçün səylərini daha da artırmaqdadır
İyunun 12-də Astanada Orta Dəhliz üzrə Avropa İttifaqı-Mərkəzi Asiya Koordinasiya Platforması işə başlayıb. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole və Avropa İttifaqının (Aİ) Qazaxıstandakı səfiri Kestutis Yankauskasın qatıldığı tədbirdə Orta Dəhliz üzrə əməkdaşlığın inkişafına dair imkanlar müzakirə edilib, region ölkələrinin bu tranzit alyansında vahid birliyinin perspektiv əhəmiyyətinə dair fikirlər səsləndirilib. Trans-Qazaxıstan dəhlizinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) sıx əlaqələndirilməsi üçün yeni infrastrukturların yaradılması və ümumilikdə Orta Dəhlizin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçüb sərmayə yatırılması məsələlərinə toxunulub.
Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahid Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb. Bu prosesdə Aİ-nin bütün zəruri dəstəkləri verəcəyi xatırlanıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzən fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamağa başlayıb. Azərbaycan Xəzər regionunu beynəlxalq huba çevirmək üçün TransXəzər nəqliyyat xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə bəyan edib və bu təşəbbüslər Avropa Komissiyası tərəfindən birmənalı olaraq dəstəklənib. Ötən ay Laçında keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda bir daha gündəmə gətirilən TransXəzər layihəsinin qlobal alyansın bir daha xüsusi marağında olduğu diqqəti cəlb edib.
Yeni İpək Yolunun əsas müəllifi olan Çin bu layihənin gerçəkləşməsində Azərbaycanın iradəsini xüsusilə müsbət dəyərləndirir. Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoy Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına toxunarkən Cənub və Şimal, Şərq və Qərb nəqliyyat körpülərinin üzərində mövqe tutan Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün liderliyini də yüksək dəyərləndirib və bu məsələdə rəsmi Pekinin ölkəmizdə siyasi-iqtisadi dəstəyini ifadə edib. Cənab Siaoyun qənaətinə görə, Çin Orta Dəhlizin ən axıcı və hərəkətverici qoluna çevrilə biləcək Transxəzər Nəqliyyat Dəhlizinə müsbət yanaşır və bu sahədə Azərbaycanla birgə zəruri addımlar atmağa hazırdır. Çünki bu dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldır və böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır. Həmçinin, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir.
Qeyd edək ki, Prezident İlham Əliyev də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə böyük ehtiyacın yaranmasına diqqət çəkərək vurğulayıb ki, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə həcmləri artır. Həmin malların əsas hərkətə zolağı Mərkəzi Asiyanı əhatə edir və Xəzər üzərindən Azərbaycan vasitəsilə Avropaya ünvanlanır. Bu isə faktiki olaraq sözügedən dəhlizin formalaşdığını və artıq hərəkət üçün açıq olduğunu göstərir.
Məhz Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin TransXəzərə cəlb olunması daha da aktuallaşıb və hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlizin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başçılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri də məhz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı olub.
Göründüyü kimi, Azərbaycanın əsas oyunçu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Transxəzər Nəqliyyat Dəhlizi Azərbaycan müasir geoiqtisadi və geosiyssi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

