/ / Bakıda daşınmaz əmlakın elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsinin yaradılması layihəsinin təqdimatı keçirilib
Bakıda daşınmaz əmlakın elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsinin yaradılması layihəsinin təqdimatı keçirilib
11.10.2012 [22:59]
Dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin icrasına başlanması ilə əlaqədar ictimai təqdimat keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Bakı şəhərində başlanacaq kadastr layihəsinin uğurla həyata keçirilməsi üçün maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olmaqdır.
Tədbirdə çıxış edən komitə sədrinin müavini Rafiq Cəlilov daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Sədr müavini qeyd edib ki, ƏMDK tərəfindən müasir dünya təcrübəsinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır: “Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkənin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir”.
R.Cəlilov onu da bildirib ki, artıq icrasına başlanan “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması” layihəsi Dünya Bankı, KfW və cəlb edilən beynəlxalq məsləhətçilərin tövsiyələri nəzərə alınmaqla hazırlanmış Texniki Tapşırığa əsasən elan edilən açıq tenderin qalibi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş.” şirkəti tərəfindən reallaşdırılacaq: “12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq. Belə ki, qeyd edilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu müddət ərzində, həmçinin, Bakının digər 9 rayonunda daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək”.
Onun sözlərinə görə, layihəyə əsasən, Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.
R.Cəlilov əlavə edib ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına “Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsi artıq başa çatmaq üzrədir. Bundan başqa, Azərbaycan və Almaniya hökumətləri arasındakı “Maliyyə əməkdaşlığı haqqında” sazişə əsasən, ƏMDK ilə KfW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, Gəncə şəhərində və Şəki rayonunda “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb: “Ümumiyyətlə, yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə “mükəmməl kadastr”ın, ölkənin digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə “sadə kadastr”ın yaradılmasına nail olmaq niyyətindəyik. Sonrakı illərdə “mükəmməl kadastr”ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək”.
Bildirilib ki, inkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübəsi əsasında həyata keçirilən bu kimi layihələr nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud proseduraların sadələşdirilməsinə, qeydiyyata sərf olunan vaxtın azaldılmasına, məlumatların dəqiqliyinin təmin edilməsinə, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq. Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturları, məhkəmələr, banklar, fiziki və hüquqi şəxslər, bələdiyyələr, qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz ediləcək. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

