Azərbaycan yeni iqlim maliyyə hədəflərini müəyyənləşdirir
27.07.2024 [10:25]
Ölkəmizin “yaşıl enerji” potensialı qlobal aləmdə yüksək dəyərləndirilir
Braziliyanın Rio-de-Janeyro şəhərində “Böyük İyirmilik” (“G20”) ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin toplantısında qlobal iqlim çağırışlarına uyğun olaraq dünyada iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi və bu istiqamətdə qlobal təşəbbüslərin səmərəliliyi müzakirə olunub. Braziliyanın Maliyyə Nazirliyinin dəvəti əsasında Azərbaycanı təmsil edən maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin qlobal iqlim dəyişikliyi üzrə davamlı maliyyə mənbələrinin təmin olunmasının vəziyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bildirilib ki, artan iqlim böhranı ilə əlaqədar qlobal çağırışa cavab tədbirləri müvafiq həcmdə və təxirə salınmadan maliyyə təminatının yaradılmasını tələb edir. Bu öz növbəsində, 2015-ci ildə qlobal iqlim sazişini (Paris Sazişi) imzalamış dünya ölkələrinin üzərinə götürdükləri karbon qazlarının emissiyasının azaldılması öhdəliklərinin inkişaf etməkdə olan ölkələrin payına düşən hissəsinin icrası üçün inkişaf etmiş ölkələr tərəfindən illik əsasda iqlim maliyyəsinin həmin ölkələrə ayrılmasını reallaşdıran maliyyə mexanizminin yaradılmasını zəruri etsə də, xeyli müddət ötməsinə baxmayaraq onun ərsəyə gətirilməsi hələ də gündəmdədir. Bu, cari ildə Bakıda keçiriləcək COP29 Zirvə görüşü zamanı Paris Sazişinin məqsədlərinə çatmaq üçün yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsini və Saziş tərəfləri arasında razılaşdırılmasını daha da aktuallaşdırır.
Ölkəmizin iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər önəmli sənədlərin hazırlanmasına başlanılıb.
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritetin və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, 30 illik işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması, “ağıllı şəhər və ağıllı kənd” layihələri işlənib hazırlanmış və artıq icra olunmaqdadır.
Nazir, ədalətli və iddialı yeni iqlim maliyyə hədəfini müəyyənləşdirmək, inkişaf etməkdə olan ölkələrin iqlim inkişafı gündəliyinin ehtiyaclarını qarşılamaq və Paris Sazişinə olan etimadı bərpa etmək üçün Bakıda keçiriləcək COP29 tədbirinin münbit meydança olacağını vurğulayıb və iqlim maliyyəsi üzrə hədəfi bu il qəbul etmək üçün “Böyuk İyirmiliyin” müstəsna rola malik olduğunu qeyd edərək “G20” dövlətlərinin maliyyə nazirlərini mövqelərinin razılaşdırması üçün əlavə səylər göstərməyə çağırıb.
İnkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə resurslarının mobilizasiyasının tələb olunduğunu vurğulayan nazir Samir Şərifov Braziliyanın “G20” sədrliyi zamanı iqlim maliyyəsi üzrə xüsusi yaradılmış işçi qrupun işinə Azərbaycanın da dəvət olunduğunu nəzərə alaraq, həmin işçi qrupun gündəliyinə çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması məsələsinin daxil edilməsini və buna nail olunması üçün “Böyük İyirmiliyin” maliyyə nazirlərinə xüsusi hesabatın hazırlanaraq təqdim olunmasını təklif edib.
Tədbirdə Azərbaycanın bərpa olunan enerji mənbələri potensialı barədə də məlumat verilib. “Yaşıl enerji” mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı məqsədyönlü siyasət sayəsində Azərbaycanda “yaşıl enerji” istehsalı 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq rekord səviyyəyə yüsəlib. Ötən ilin bu dövründə bərpa olunan enerji istehsalı 1 milyon kVt.st təşkil edibsə, artıq bu rəqəm 2 milyon kVt·stı ötüb. “Yaşıl enerji”nin payında günəş enerjisi istehsalı daha çox artıb, bu sahədə istehsal 9 dəfə böyüyərək 32,3 mln. kVt·st-dan 286,6 mln. kVt·st-a yüksəlib. Digər enerjinin isə 1581,1 mln. kVt·st SES-lərin, 135 mln. kVt·st Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb. Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon kVt·st artıb.
Qeyd edilib ki, Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpaolunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böyük istehsal göstəriciləri qeydə alınıb, 2023-cü ildə hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatdırılıb. Həmin dövr ərzində külək enerjisinin gücü 2014-cü ildə mövcud olan 3 meqavatdan 67 meqavata, Günəş enerjisi isə 2 meqavatdan 282 meqavata yüksəlib. Bərpa olunan enerji mənbələrinin strukturunda su elektrik stansiyalarının payı isə 15,2 faizdən 20,3 faizə qədər artıbdır.
Digər enerji agentliklərinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Dövlət başçısının vurğuladığı kimi bərpa olunan enerji mənbələrinin ən zəngin ünvanlarından biri azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsidir. Bu bölgədə su elektrik enerjisi baxımından nəhəng potensiala malikdir. Ortamüddətli inkişaf konsepsiyasına əsasən, bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və Yaponiyanın TEPSCO şirkəti müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Respublikamızın digər bölgələrində də Günəş və külək enerjisi ehtiyatlarının həcmi ümidvericidir. Quruda külək və günəş enerjisi üzrə resursların həcminin təxminən 40 QVt olduğu ehtimal edilir. Xəzər dənizində qiymətləndirilən 157 QVt gücündə külək və Günəş enerjisinin Azərbaycana aid payı isə bu ehtiyatların ən azı 30 faizinə bərabərdir.
Azərbaycanın “yaşıl enerji” gündəliyi ilə bağlı məsələlər Energetika Nazirliyində keçirilən tədbirdə də diqqət mərkəzində olub. Tədbirdə “yaşıl enerji” layihələri üzrə həyata keçirilən işlər, bu istiqamətdə yerli və xarici investorlarla nəzərdə tutulan planlar barədə geniş müzakirələr aparılıb. Dövlət başçısının “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində görülən işlərə uyğun olaraq, ölkəmizin mövcud “yaşıl enerji” güclərinin artırılmasında mühüm nəticələr əldə olunub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

