Azərbaycanda ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başlayıb
29.07.2024 [13:34]
Gəncədə “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.
Dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.
Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin test rejimində istehsalı həyata keçirilir.
15 hektar ərazidə inşa edilən müəssisənin təməli 2023-cü ilin yanvar ayında qoyulub. Layihənin kapital qoyuluşu 11 milyon, ümumi investisiya dəyəri isə 15 milyon manatdır. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.
İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.
Zavodun tam rejimdə fəaliyyətə başlaması ilə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcək və idxaldan asılılıq aradan qaldırılacaq. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavod yerli tələbat və ixrac potensialı qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin - 31 min 500 tona çatdırılması planlaşdırılır.
Zavodun istehsal xəttində Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilib, yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

