Şəffaflıq məqsədi ilə...
31.07.2024 [10:00]
Xaricdən maliyyələşən QHT-lər qarşısında yeni öhdəlik
Onlar fəaliyyətləri barədə Ədliyyə Nazirliyinə də hesabat verəcək
Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lərin maliyyə hesabatlılığı və öhdəlikləri artırılıb. Belə ki, xarici maliyyə mənbələri hesabına fəaliyyət göstərən QHT-lər indiyə qədər Maliyyə Nazirliyinə maliyyə hesabatları təqdim edirdilərsə, bundan sonra onlar Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatları və fəaliyyətlərinin yekunları barədə arayışlar təqdim edəcəklər.
Qeyd edək ki, əksər ölkələrdə xarici maliyyə mənbəli ictimai təşkilatların fəaliyyətinə nəzarət alətləri son illərdə gücləndirilib. Həmin qanunlar, eyni zamanda əsas etibarilə QHT adı ilə xarici agent işini həyata keçirən fiziki və hüquqi şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyur. Qeyd edək ki, bu cür qanunlar Avropa və ABŞ-da neçə illərdir ki, qüvvədədir. ABŞ-da xaricdən maliyyələşən ictimai təşkilatların fəaliyyəti Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) ilə tənzimlənir. Qanun Ədliyyə Departamentində qeydiyyatdan keçməyi və hər il hesabat verməyi tələb edir. Böyük Britaniyada qüvvədə olan Milli Təhlükəsizlik Aktı də eyni mexanizmləri təsbit edir. Avropa İttifaqı ölkələrində də oxşar hüquqi prosedurlar qüvvədədir. Çində isə 2017-ci ilin yanvar ayından tətbiq edilən qanun xarici QHT-lərin fəaliyyətini tənzimləyir. İsraildə 2016-cı ilin iyul ayında “QHT-lərin Maliyyələşdirilməsində Şəffaflıq Qanunu” yuxarıdakı ölkələrin eyni hüquqi prinsiplərini əks etdirir. Ukraynada 2014-cü ildə müvafiq qanuna “xarici təsirlə bağlı” düzəlişlər qəbul edildikdən sonra “xarici agent” funksiyalarını yerinə yetirən ictimai birlik anlayışı bu dövlətin qanunvericiliyinə daxil edilib. Rusiya, Mərkəzi Asiya ölkələri, Gürcüstan və digər region dövlətlərində “Xarici nümayəndələr haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatlarının fəaliyyətindəki şəffaflığın artırılması, müxtəlif xarici siyasi təşkilatların anti-milli təzahürlərinin məhdudlaşdırılması, hətta bəzi xarici dövlətin agenti funksiyası icra etməsinin qarşısın alınması və digər halların məhdudlaşdırılmasını nəzərə tutan qanuna dəyişiklikləri təsdiq edib.
Belə bir hüquqi mexanizm hazırda demək olar ki, inkişaf etmiş dövlətlərin hər birində mövcuddur və xarici maliyyə əsaslı təşkilatların Ədliyyə Nazirliyi qarşısında öhədlikləri müəyyənləşib. Bu cür qaydalar xaricdən maliyyələşən ictimai-iqtisadi fəaliyyətdənkənar, xüsusilə də siyasi fəaliyyətlə məşğul olan QHT-lərin xüsusi reyestrdə təsnifləşdirilərək onlara nəzarətin artırlmasına xidmət edir. Eyni zamanda, həmin QHT-lərdən əlavə hesabatlar vermələri tələb olunur, plandankənar yoxlamalara məruz qalırlar.
Azərbaycan hökuməti xaricdən maliyyələşən QHT-ləri xüsusi reyestrə daxil etməmək, eyni zamanda plandankənar yoxlamalara cəlb etməməklə öz demokratik niyyət və məramını ifadə edir, onlara yerli ictimai təşkilatlarla eyni prizmadan yanaşır, ayrı-seçkilik etmir, ancaq bu cür QHT-lərin qanunla müəyyən edilmiş tələblərdən kənara çıxmasına, hesabatlılığına, əsasnamələrində fəaliyyət istiqamətlərindən kənara çıxmamasına xüsusi nəzarət edir. Eyni zamanda, müvafiq qanunlarda təsbit edilmiş hallara yol verilməsinə, dövlətin milli maraq və mənafeyinə qarşı zidd fəaliyyətin göstərilməsinə imkan vermir. Bu, bütün dövlətlərdə ictimai təşkilatların fəaliyyəti ilə bağlı qüvvədə olan qanunlara, beynəlxalq prinsiplərə əsaslanan hüquqi mexanizmlərdir.
Ötən illərin praktikasından da bizə bəllidir ki, dövlətimizin mənafeyinə qarşı yönəlmiş fəaliyyətlə məşğul olan, anti-Azərbaycan təşviqatı yürüdən ictimai təşkilatlar müxtəlif yollarla öz hesabatlarını və maliyyə arayışlarını təqdim etməkdən yayınıblar. Demokratik cəmiyyət quruculuğu, azad media, iqtisadi və sosial islahatlara dəstək adı altında fəaliyyət göstərən bu cür təşkilatlar radikal müxalifəti, ekstremist ruhlu qruplaşmaları hərtərəfli dəstəkləyib, bəzi gəncləri zorakı əməllərə cəlb etməyə çalışıblar. Həmin xarici təşkilatlar təxribatçı əməllərini daha yaxşı ört-basdır edə bilmək üçün isə çox zaman antimilli ruhda köklənmiş, fərdi maddi-korporativ maraqlarını ümumxalq mənafelərindən üstün tutan və radikal müxalifətə yaxın olan yerli QHT-lərlə, ayrı-ayrı “hüquq müdafiəçiləri” və digər “fəallarla” əməkdaşlıq ediblər. Onl?r bunun üçün xaricdən hər il böyük miqdarda maliyyə vəsaitləri alıblar, ancaq maliyyə məlumatlarını hər zaman gizlədiblər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməli olsalar da, onların sırasında hesabatları yayındıranlar da olub. Bu təşkilatlar barəsində İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunub.
Nazirlər Kabinetinin adıçəkilən qərarına dəyişikliklər həm də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları” haqqında qanunlarının icrasından irəli gəlir. Bu isə o deməkdir ki, hökumət xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin və işlərin görülməsi zamanı qeyri-şəffaf vəsaitlərin hərəkətinin qarşısının alınması istiqamətində də sərt nəzarəti həyata keçirəcək. İstisna deyil ki, bir sıra dövlətlərin təşkilatlarının cinayət yolu ilə əldə etdiyi “çirkli pullar”ın təyinat ünvanlarından biri kimi siyasi sifarişlərə cəlb olunan QHT-lər də mövcuddur. Onların hesabına müxtəlif kənar ünvanlarda yönləndirilən həmin vəsaitlərin mənşəyi də əslində “çirkli pullara” gedib çıxır ki, bu da dünya ölkələri tərəfindən son illərdə genişlənən qlobal mübarizə planının ən əsas istiqamətlərindən biridir. Bu baxımdan NK-nın mövcud hüquqi qərarı beynəlxalq hüququn aktuallaşan əsas prinsiplərinə söykənir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

