Türkdilli ölkələrin vahid ixrac brendi
21.08.2024 [10:00]
“Made in OTS” TDT ölkələrinin birgə istehsal və ixrac imkanlarını bir araya gətirəcək
Türkdilli dövlətlərin iqtisadi-ticari imkanları artırmaqla bağlı hədəf prioritetlərinə əsasən, yaxın illərdə xarici ticarətdə daha səmərəli və asan, təşviqedici ticarət platformalarının yaradılmasıdır. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin prioritetlərindən biri vahid ticarət strategiyası hazırlayaraq mal və xidmətlərin manesiz, güzəştli tariflərlə idxal və ixrac olunmasıdır. Bu layihələrdən biri kənd təsərrüfatı məhsullarının vahid - “Made in OTS” brendi altında istehsalının və TDT-yə üzv, habelə təşkilatın müşahidəçi ölkələrinin regiondaxili bazarlarına məhsul ixracının asanlaşdırılmasıdır. “Made in OTS”nin əsas missiyası TDT ölkələrinin iqtisadi inkişafının stimullaşdırılmasına kömək etmək, rəqabət qabiliyyətini artırmaq və bu sahədə əlverişli ticarət mühiti yaratmaq, birgə layihələrin həyata keçirilməsi imkanlarını bölüşməkdir.
Türk dövlətləri birgə kənd təsərrüfatı layihələrini həyata keçirməklə bu sahəyə investisiyaları cəlb etmək, nəticədə müasir birgə istehsal və emal infrastrukturları qurmaq və imkanları artırmaq, ərzaq təhlükəsizliyini möhkəmləndirmək, aqrar malların “Made in OTS” brendi adı altında öz coğrafiyalarına, həmçinin qlobal bazarlara çıxışını təmin etməyi düşünür. Bu, gələcəkdə dünya ölkələrinin istehlak bazarlarında vahdi türk brendinin təqdimatında mühüm yol xəritəsi kimi dəyərləndirilir. Qeyd edilən hədəfə çatmaq üçün türkdilli ölkələrin təşviqedici iqtisadi alətlərdən istifadə etməsi nəzərdə tutulur. Həmçinin bir sıra hüquqi-iqtisadi təminatların daha da genişləndirilməsi vacibdir. Belə ki, bütün tərəflərin ikiqat vergitutmanın aradan qaldırılması, qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, xarici ticarətin asanlaşdırılması üçün sazişlərdə bəzi əlavələrin edilməsinə ehtiyac var.
Son dövrlərdə türk dövlətləri arasında hüquqi-iqtisadi müstəvidə yeni münasibətlərin keyfiyyəti üçün əhəmiyyətli sənədlər imzalanıb, razılaşmalar əldə olunub. Xüsusilə də qardaş Türkiyə və Azərbaycan iqtisadi-ticari əlaqələri ən yüksək səviyyəyə çatdırmaq üçün müxtəlif iqtisadi alətlərdən, gömrük və vergi motivasiyalarından istifadə etməkdədir. İki ölkə arasında 2 ildən artıqdır ki, icra edilən Preferensial Ticarət Sazişi iqtisadi və ticari əlaqələrdə tamamilə yeni səhifə açıb. Bu saziş hazırda digər türk dövlətləri arasında da bağlanmaqdadır. Azad Ticarət sazişi hesab edilən Preferensial anlaşma sənədi gömrük rejiminin sadələşdirilməsini təmin edir və bir neçə mal qrupu üzrə gömrük dərəcələrinin azalmasına səbəb olur. Saziş, həmçinin müxtəlif növ kənd təsərrüfatı məhsullarının idxalı və ixracı zamanı tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin ləğv olunması, ticarətin genişləndirilməsi və təşviqi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Türkiyə və Azərbaycan artıq bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldıb. Həmin sazişin digər ölkələr arasında da qarşıqlıqlı olaraq qüvvəyə minməsi aqrar sahədə əsil dönüş yaradacaq və türkdilli dövlətlərin kənd təsərrüfatı sahəsində əlaələrini yüksəldəcək. Nəticədə üzv ölkələr “Made in OTS” brendi altında istehsal və ixrac strategiyasının həyata keçirilməsinə nail olacaqlar.
Qeyd edək 2 ay əvvəl Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanmış Qarabağ Bəyannaməsinin əsas hədəflərindən biri də türk dövlətləri arasında birgə istehsal və ixrac əməkdaşlığının yaradılması məqəsdilə investisiyaların cəlb edilməsi, müxtəlif güzəşt və stimillaşdırıcı iqtisadi alətlərin tətbiq edilməsidir. Həmçinin türk dövlətləri arasında iqtisadi əlaqələrin artırılması və koordinasiyasında ortaq platformalardan biri kimi Türk İnvestisiya Fondu (TİF) da mühüm əhəmiyyət kəsb edir. 2024-cü il noyabrın 1-dən fəaliyyətə başlayacaq Fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını yerinə yetirəcək. Bura regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək, özəl müəssisələr və sahibkarlıq sektorları ilə əməkdaşlığa töhvə vermək, kənd təsərrüfatında səmərəli inkişaf layihələrinə donorluq etmək, qeyri-neft istehsalı və ixracı layihələrinə yardım göstrəmək kimi prioritetlər daxildir. Bu baxımdan Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının “Made in OTS” layihəsinin həyata keçirilməsində mühüm rolu olacaqdır.
Nəticədə bu kimi təşviqedici proqram və layihələr türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, ticari dövriyyələrin artırılması üçün güzəştli ticarət rejiminin yaradılması, preferensial sazişlərin hazırlanması və qüvvəyə minməsi, mal və nəqliyyat vasitələri də daşınmalarda sərfəli rüsumların tətbiqi, bir sıra rüsumların aradan qaldırılması təşəbbüsləri ilə də çıxış edəcək. Nəticədə bu səmərəverici təklif və təşəbbüslər türkdilli ölkələr arasında mövcud bazar və investisiya imkanlarının səfərbər olunması, xarici ticarət və mal mübadiləsinin həcmlərinin artmasına səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

