Sahibkar-vətəndaş məmnunluğunun yeni ünvanı...
29.08.2024 [10:10]
Dövlət Agentliyinin yaradılması rəqabət bazarında sağlam mühiti təmin edəcək
Prezident İlham Əliyevin imzaladığı “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirəcək.
Biznes mühitinin əlverişliliyi və azad sahibkarlığın təşviqi artırılacaq...
Ölkəmizdə sahibkarlıq mühitinin inkişafına təkan vermək, dövlət qurumları tərəfindən buna müvafiq şərait yaratmaq, dəstək vermək Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkədə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Xüsusilə ölkədə yaranan yeni iqtisadi mühitdə rəqabətə dəstək verilməsi, rəqabət mühitinin qorunması antiinhisar orqanı qarşısında duran mühüm vəzifələrdəndir. Məhz bu baxımdan Yeni Agentliyin yaradılması ölkədə həyata keçirilən müasir iqtisadi islahatların və yeni çağırışlar əsasında daha da güclənən biznes-dövlət münasibətlərinin yaxın partnyorluq çərçivəsində inkişafının mühüm nəticəsi hesab edilə bilər. Eyni zamanda, biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən antiinhisar fəaliyyətinin təkmilləşdirilməsi, bazar iştirakçılarının hüquq və mənafelərinin daha müasir formatda qorunması, eləcə də rəqabət sektorunda meydana çıxan yeniliklərin icrası çevik və operativ dövlət orqanının yaradılmasını labüd edirdi.
Agentliyin təsis olunmasını şərtləndirən əsas amillərdən biri də ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından yeni islahatların həyata keçirilməsidir. Bu mühüm islahatların tərkib hissəsi kimi 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsindən irəli gələn yeni vəzifələri qeyd etmək mümkündür. Belə ki, məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar da öz əksini tapıb ki, bu da müasir çağırışlara uyğun fəaliyyətin təmin edilməsini nəzərdə tutur. Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin rəqabət orqanı, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilməsi müəyyən edilib. Bazarda rəqabətin təmin olunması, qorunması və inkişafına daha effektiv nəzarətin təşkil edilməsi üçün rəqabət orqanının statusu, vəzifələri və hüquqları, habelə bazar subyektlərinin hüquq və vəzifələri də Məcəllədə öz əksini tapıb. Bundan əlavə, sağlam rəqabətin inkişafını stimullaşdırmaq, maneələri aradan qaldırmaq və ya onları azaltmaq məqsədilə rəqabət orqanı tərəfindən yoxlamalar keçirilir. Yoxlamalar bazar subyektlərində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə, işə baxılma zamanı zərurət yarandıqda, aparılan araşdırmalar zamanı əlavə sübutlara zərurət yarandıqda aparılır.
Yeni meyarlar və çağırışlar isə dövlətin funksiyalarının icrası və tənzimləmə səalahiyyətlərinin daha da işləkliyini, çevikliyini tələb edir. Xüsusilə də ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılması, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün daha çevik və funksional dövlət orqanının fəaıliyyəti labüddür. Xidmətin bazasında daha institisional qurumun - Dövlət Agentliyinin yaradılması bu sahədə idaretmənin və dövlət nəzarətinin təkmilləşdirilməsi, eləcə də optimallaşdırılması baxımından mühüm rol oynayacaq. Agentlik tənzimləyici orqan kimi daha effektiv qərarların qəbul edilməsi, təkmil bazar monitorinqi və araşdırma aparmasını təmin etməklə, ölkədə sağlam rəqabətin və rəqabət mədəniyyətinin təşviqinə xidmət edəcək.
İstehlakçıların hüquqları daha etibarlı qorunacaq...
Dövlət Agentliyi, səlahiyyətləri çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi istiqamətində də təsirli addımlar atacaq, istehlakçı müraciətlərini daha təfərrüatlı araşdıraraq zəruri tədbirlər görəcək, o cümlədən istehlakçıların lazımi keyfiyyətli mal, xidmət əldə etmək hüququnu qoruyacaq, qüsurlu və ya saxtalaşdırma halı aşkar edilən malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək imkanlarının müdafiəçisinə çevriləcək. Mülki Məcəllənin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müvafiq maddələrinə, eləcə də “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq istehlakçılara dəyən zərərlərin ödənilməsi istiqamətində inzibati tədbirlər görəcək.
Agentlik, həmçinin dövlət satınalmaları sahəsində də çevik və operativ idaretmə sistemini quraraq bu sahədə optimallaşma tədbirlərini həyata keçirəcək, elektron satınalma üzrə şəffaflıq imkanlarını təmin edəcək, eləcə də sahibkarlıq subyektlərinin satınalmalarda iştirakını stimullaşdıracaq.
Rəqabəti pozanlara qarşı sərt tədbirlər görüləcək
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlak bazarında nəzarət tədbirləri çərçivəsində rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görmək səlahiyyətlərinə də malik olacaq. Təbii inhisar subyekti olan bir sıra müəssisələrin sahibkarlarla münasibətlərinin düzgün qurulması və qanunvericilik səviyyəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılacaq, eləcə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı düzgün olmayan, yaxud qanunvericiliklə uyğunlaşmayan hansısa tələblər qoyulduğu təqdirdə, həmin tələblərin aradan qaldırılması, yaxud daxili normativ sənədlərin mövcud qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması məsələsi qaldırılacaq.
Həmçinin sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən fəaliyyətinə hər hansı bir maneçilik yaradıldıqda Dövlət Agentliyi onların da mənafeyini qoruyacaq. Həmçinin rəqabəti pozan hansısa bazar iştirakçısı müəyyən edildikdə də təbii inhisar subyektləri də daxil olmaqla, onlara qarşı qanunvericiliyin imkan verdiyi ən sərt tədbirlər görüləcək.
Beləliklə, Dövlət Agentliyi müasir fəaliyyət meyarları və prinsiplərinə əsaslanaraq ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini təmin edəcək, biznes və rəqabət sektorunda çalışan bazar iştirakçıları üçün məsuliyyətli fəaliyyət mühiti yaradacaq. Bu isə sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq, bu prosesdən həm sahibkarlıq subyektləri, həm də geniş ictimaiyyət faydalanacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29

