Sabit inkişaf, güclü iqtisadiyyat”...
07.09.2024 [07:45]
Türkiyə iqtisadiyyatın yeni yol xəritəsini elan edib
Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz bildirib ki, ölkənin 2025-2027-ci illəri əhatə edən Ortamüddətli İnkişaf Proqramı hazırlanıb. Sənəd makroiqtisadi və maliyyə sabitliyinin qorunması, xarici mühitdən gələn təsirlərin neytrallaşdırılması, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, yeni reallıqlara uyğun gəlir və fiskal çərçivənin formalaşdırılması, inflyasiyanın sabit həddə qədər endirilməsi və digər makrohədəflər nəzərdə tutulub. C.Yılmaz iqtisadi sahədə milli prioritetlərin əsas istiqamətlərindən biri kimi yerli və xarici investisiyaların iqtisadiyyata axınını sürətləndirilməsinin və milli tədiyyə balansının artması hesabına daxili qiymət sabitliyinin möhkəmləndirilməsinin yer aldığını bildirib.
Biznesə dəstək, investorlar üçün yeni güzəştlər...
Maliyyə naziri Məhmət Şimşək yeni strateji yol xəritəsi çərçivəsində sahibkarlar üçün güzəştlərin, aztəminatlı əhali üçün isə sosial yardımların yenidən strukturlaşdırılacağını və müasir sosial proqram tətbiq olunacağını bildirib. Ölkədə iş yerləri ilə stimulların genişləndirilməsi məqsədilə əmək bazarı çevik təminat əsasında qurulacaq, əmək müqavilələrinin bağlanma mexanizmləri şirkətlərin müxtəlif ehtiyaclarından asılı olaraq fərqləndiriləcək, müddətli əmək müqavilələrinin bağlanması asanlaşdırılacaq. Əmək haqqının müəyyən edilməsi zamanı iqtisadi tarazlıqları və əmək məhsuldarlığındakı inkişafları izləmək üçün mexanizmlər hazırlanacaq, işsizlikdən sığortadan faydalanan şəxslərin aktiv əmək bazarı proqramlarında iştirakı təşviq ediləcək.
Vergi tətilləri də makroiqtisadi siyasətin əsas istiqamətləri kimi diqqətdə saxlanılacaq, differensial vergi mexanizmi təkmilləşdiriləcək. Biznesin qeydiyyatı ilə bağlı vaxt və rüsumlar, inzibatçılıq təkmilləşdiriləcək. Şirkətin açılması, bağlanması və ya birləşməsinin xərcləri və vaxtları azalacaq, lisenziya və icazə sistemi sadələşdiriləcək, Gənc biznesə dəstək tədbirlərinin yeni modelləri qurulacaq, xüsusilə gənclər arasında sahibkarlıq təşviq ediləcək, gənc sahibkarlara kapital dəstəyi göstəriləcək, vergilərin azaldılması proqramları həyata keçiriləcək.
Türkiyənin investisiya siyasəti üzrə də müasir baxış vizyonu formalaşdırılacaq. Davamlı iqtisadi inkişafa nail olmaq üçün beynəlxalq investisiya yatırımları artırılacaq, xarici sərmayəçilərin axınını təşviq etmək üçün gömrük və ticarət rejimində prefernsial sazişlərin əhatəsi artırılacaq. Strategiyaya əsasən, dövlət-özəl sektorun birgə koordinasiyasının gücləndirilməsi və mühüm infrastruktur layihələrinə hər iki t?rəfin birgə sərmayə yatırması planlaşdırılır.
Bacarıqlı insan, sağlam cəmiyyət...
Büdcə-fiskal siyasətdə də yeniliklər gözlənilir, əsas məqam dövlət xərclərinin səmərəlilik və effektivliyə əsaslandırılmasıdır ki, bu da şəffaflıq və hesabatlılığın möhkəmlənməsinə xidmət edir. Büdcə vəsaitləri ilə yanaşı, müasir innovasiya və rəqəmsal layihələrə sərmayə qoyuluşları üçün orta binesin imkanları səfərbər olunacaq.
Türkiyənin inkişaf strategiyasında aqrar sahəyə dəstəyin daha da artırılması da nəzərdə tutulur. Kənd təsərrüfatında son illərdəki azalmanın yenidən canlandırılması, fermerlərə sığorta təminatının yaxşılaşdırılması və məqsədli subsidiyaların artırılması, eləcə də heyvandarlıq sahəsində dövlətin maliyyə dəstəyinin gücləndirilməsi milli prioritetlərdən birini təşkil edəcək. Habelə kənd təsərrüfatına yararlı torpaqların dövriyyəyə cəlb edilməsi, aqrar sahədə innovasiyalara açıq yeni mütəxəssislərin sayının artırılması üçün davamlı tədbirlər görüləcək.
Türkiyənin yeni yol xəritəsi hesab edilən inkişaf proqramı həmçinin, “Sabit inkişaf, güclü iqtisadiyyat”, “Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal”, “Təbii fəlakətlərə davamlı yaşayış sahələri, davamlı ətraf mühit” və “Ədalətə əsaslanan demokratik, yaxşı idarəçilik”, “Bacarıqlı insan, möhkəm ailə, sağlam cəmiyyət” kimi milli hədəfləri əks etdirir.
İnflyasiyaya qarşı koordinasiyalı fəaliyyət gücləndiriləcək
Türkiyənin iqtisadi-sosial həyatında ən böyük problemlərdən biri inflyasiyadır. Ona görə də, əsas hədəf prioritetlərindən biri kimi inflyasiyanın azaldılması istiqamətində hökumətin koordinasiyalı fəaliyyətinin artırılması nəzərdə tutulur. Ortamüddətli inkişaf proqramı çərçivəsində müəyyən edilmiş anti-inflyasiya tədbirlərinə əsasən, qiymət indeksinin azaldılması istiqamətində məqsədli addımlar atılacaq və inflyasiyada əsas yer tutan idxal faktorunun təsirinin minimallaşdırılması üçün yerli ixracın gücünün artırılmasına təşviqlər veriləcək. Həmçinin, istehlak bazarında spekulyasiyalar və süni qiymət artımına qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Qeyd edək ki, qardaş ölkədə qiymət artımlarında və ölkənin milli valyutasının ucuzlaşmasında yerli və xarici bank-maliyyə təmsilçilərinin də rolu az deyil. R.T. Ərdoğanın “təpəçilər” (sələmçilər) dediyi qrupun Türk Lirəsinin ucuzlaşması üçün məqsədli şəkildə dollar ajiotajı yaratdığına dair kifayət qədər sübutlar var. Türkiyə Mərkəzi Bankının (TMB) dollar-TL məzənnəsini müəyyən etdikdən sonra “qara bazarda” 20-25 faizlə valyuta satışları da buna dəlalət edir. Bazar iştirakçıları, biznes qrupları süni dollar ajiotajı mühitində daha çox dollar almaq istəyir ki, bu da tələbi artırır, banklar və valyuta birjası dollar və avroya tələbi tam qarşılaya bilmədiyindən kiçik və orta biznesin bir qismi “qara bazar”a üz tutmalı olurlar. Bazardakı həmin spekulyatorlar da məqsədli şəkildə sələmçilərin sayəsində TL-nin dəyərsizləşməsinə səbəb olur, inflyasiya dərinləşir.
Türkiyə Mərkəzi Bankı baş verən spekulyativ simulyasiyalara qarşı tədbirlərin və anti-inflyasiya həmlələrində bütün iqtisadi-maliyyə komandasının fəaliyyətinə koordinasiyalı nəzarətin artırılacağını bəyan edib.
Türkiyənin gücü iqtisadi hədəflərə çatmağa imkan verir...
Türkiyə mövcud iqtisadi çətinlikləri dəf etməyə qadirdir və ölkə sənayesinin potensialı ixracı və tədiyyə balan?ını möhkəmləndirməyə imkan verir. Son 20 ildə real ifadədə 3,4 dəfə böyüyən iqtisadiyyatın dəyər gücü, yəni ümumi daxili məhsul (ÜDM) 314 milyard dollardan 1 trilyon dollara çatmaqdadır. 20 il əvvəl milli ixracın əsas payı aqrar və yüngül sənaye, xidmət sektorları idisə, hazırda Türkiyə güclü sənaye dövlətidir, hərbi, avtomobil sənayesində xüsusi yüksək sıçrayışlar müşahidə edilir. 2024-cü ildə milli müdafiə və avtomobil sənayesinin ixracda xüsusi çəkisinin daha da artacağı gözlənilir. Eyni zamanda, kəşf edilmiş qaz yataqlarında hasilat işlərinə başlanılması və qaz sənayesinin inkişafı, eləcə də neft hasilatı rayonlarında yanacaq istehsalı-emalı infrastrukturlarının qurulması, turizm sektorunun milli gəlirdə payının artması, tətbiq olunan vergi güzəştlərinin biznesin yaratdığı əlavə dəyərdə çəkisinin yüksəlməsi, digər sahələrdə inkişaf templəri Türkiyənin qarşıya qoyduğu hədəfə çatmağa zəmin yaradır. 2024-cü ilin birinci yarısında Türkiyə iqtisadiyyatı 5,8 faiz artıb, ilin sonunda artımın 8 faizə çatacağı gözlənilir. Bütün bunlar ölkənin milli iqtisadi inkişaf hədəflərinə çatmasına dərin zəminlər yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42

