İki ölkə arasında yeni iqtisadi gündəlik...
17.09.2024 [09:48]
Tərəflər maliyyə, büdcə sahəsində mübadilənin artırılması və iqtisadi risklərin minimuma endirilməsi sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycan və Rusiya iqtisadi sahədə birgə əməkdaşlığın yeni gündəliyinə əsaslanaraq, maliyyə, büdcə, fiskal yığımlar, gəlirlərin idarə olunması və s. sahələrdə əlavə addımlar atmağı planlaşdırır. Sentyabrın 13-də Moskva şəhərində keçirilən Azərbaycan-Rusiya Maliyyə Dialoqunun 1-ci iclasında bununla bağlı yeni təşəbbüslər irəli sürülüb və müsbət dəyərləndirilib. Hər iki ölkənin maliyyə nazirləri - Samir Şərifov və Anton Siluanov birgə maraqlara cavab verən təşəbbüslər üzrə praktiki addımların həyata keçirilməsinə keçmək və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, iki ölkə arasında çoxəsrlik münasibətlərin hərtərəfli inkişafından məmnunlıq ifadə olunub. Bildirilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfü deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır. Bütün bunlar Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında mövcud olan etimad mühiti və hər iki liderin siyasi iradəsinə əsaslanır. Bunun nəticəsində dövlətlərarası münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq şəraitində inkişaf edir. Makroiqtisadi vəziyyət və yeni çağırışlar üzrə qiymətləndirmələr iqtisadiyyatın bir çox sahələrində, o cümlədən maliyyə-büdcə istiqamətləri üzrə mübadilənin artırılmasını, iqtisadi risklərin minimuma endirilməsi üzrə təcrübələrin əlaqələndirilməsini labüd edir. Bu baxımdan hər iki ölkənin maliyyə orqanı mövcud imkanları nəzərdən keçirərək yeni hədəf prioritetləri üzrə əlaqələrin dinamikasına töhfə vermək iradələrini bəyan ediblər.
Birgə iqtisadi planlara xidmət edən siyasət
Azərbaycan və Rusiya arasında maliyyə əməkdaşlığının qayəsi ümumi olaraq hər iki ölkənin strateji iqtisadi planlarına daxildir. Bu, çoxistiqamətli strateji tərəfdaşlığın müasir gündəliyini müəyyən edən 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında bəyannamənin əsas müddəalarından biri olan iqtisadi-ticari dövriyyələri bir neçə dəfə artırmaq hədəfinə xidmət edir. Məhz bu xəttə uyğun olaraq qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi son 3 ildə iqtisadi təmasların ən yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Hazırda Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 17,5 faiz artaraq, 4,4 milyard dolları ötüb. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45 faizindən çoxu Azərbaycanın payına düşür.
İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10 faizini təşkil edir.
Ümumilikdə, iki ölkə arasında iqtisadi-siyasi, sosial-humanitar sahələrin dinamik inkişafına dərin zəmin yaradan 270-dən çox sənədin icrası maliyyə sahəsində də əlaqələrin möhkəmlənməsinə təkan verib, son bir ildə iqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb. İki ölkə arasında əlaqələr qeyri-neft sektorunda irəliyə doğru addımlayır - maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir. Bu əlaqələrin dayanıqlılığında isə birgə maliyyələşmə mühüm yer tutur və hər iki ölkə maliyyə üzrə yeni alətlərdən istifadənin tətbiqində maraqlıdır. Belə ki, maliyyə, bank, sığorta, qiymətli kağızlar və digər sahələrdə nəzərə çarpan yeni keyfiyyət dəyişiklikləri maliyyə dialoqunun fəallaşmasında əlverişli rol oynamaqdadır.
Rusiya Azərbaycanın maliyyə idarəçiliyini uğurlu nümunə hesab edir
Göründüyü kimi maliyyə sektorunda ikitərəfli təmasların intensivləşməsində iki ölkənin maliyyə nazirliklərinin üzərinə böyük məsuliyyət düşür. Maliyyə sektoru son illərdə xeyli inkişaf edir, xüsusilə büdcə sistemində aparılan islahatlar, fiskal yığımlarla bağlı yeni prioritetlər, yerli gəlirlərin, o cümlədən neft-qaz gəlirlərinin iqtisadi inkişafa yönəldilməsi, dövlət borcunun idarə edilməsi, vergi siyasətinin təhlili və proqnozlaşdırılması və digər sahələrdə əhəmiyyətli müsbət nailiyyətlər əldə olunub. Tərəflər bu istiqamətlərdə qazandıqları təcrübəni birgə məsləhətləşmələr və mübadilə yolu ilə bölüşməkdə qərarlıdır.
Azərbaycanın maliyyə naziri Samir Şərifov də tərəflər arasında maliyyə-büdcə sahəsində son illərdə aparılan iradəli islahatların verdiyi müsbət nəticələri və əldə edilmiş təcrübənin qarşılıqlı mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu çərçivəyə əsaslanaraq Rusiya və Azərbaycanın maliyyə orqanları arasında büdcə siyasəti və audit fəaliyyətinin bir çox istiqamətləri üzrə əməkdaşlığın yeni prioritetlərini müəyyən etmək niyyətindədir. Ümumilikdə, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşması və sistemli şəkildə keçirilməsi nəzərdə tutulur. Rusiya Azərbaycanın beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığını və səhmdar kimi fəal mövqeyini yüksək qiymətləndirir. Eləcə də ölkəmizin yürütdüyü təmkinli borc siyasətinin mühüm üstünlükləri, xarici donorlarla yeni kredit layihələri üzrə əməkdaşlığın səmərəsi və digər məsələləri uğurlu maliyyə idarəçiliyinin nümunəsi hesab edir. Bu baxımdan Rusiya və Azərbaycan BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutlarında qarşılıqlı fəaliyyəti əlaqələndirməklə səyləri daha da artırmaq niyyətindədir.
Ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması...
Ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur. Tərəflər, həmçinin sənaye kooperasiyasının inkişafına xüsusi önəm verir. Həmçinin, nəqliyyat-logistika əlaqələrinin daha da artırılması prioritetlərdən biridir. Qərbi Avropanı Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya və Azərbaycanın əməkdaşlığının bariz nümunələrindən biridir və dəhlizin imkanlarının artırılması nəzərdə tutulur. Ötən il dəhliz vasitəsilə yükdaşımaların həcmində 30 faizdən çox artım qeydə alınıb. Layihənin genişləndirilməsi çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Eyni zamanda bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərində birgə tikilən körpünün istifadəyə verilməsi nəzərdə tutulur.
Digər istiqamətlərdə nəzərdə tutulan layihələrin icrası da Rusiya və Azərbaycan arasında qarşılıqlı dövriyyənin artması, pul-maliyyə əməliyatlarının yüksələməsini şərtləndirir. Bütün bunlar maliyyə seqmentində yeni yanaşmaları da zəruri edir ki, Maliyyə Dialoqu çərçivəsində müəyyən edilən prioritetlər həmin prinsiplərə xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24

