2025-ci ilin büdcəsi: Nə, necə dəyişir?
19.09.2024 [06:05]
Mərkəzi Bank uçot dərəcəsini yenə sabit saxladı
Mərkəzi Bank (MB) 2024-cü ildə 6-cı dəfə faiz dəhlizi parametrlərinə dair qərarını açıqlayıb. Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin müəyyən edilməsində inflyasiya faktoru başlıca rol oynayır, istehlak qiymətləri indeksinin artıb-azalması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirir. Bu baxımdan uçot dərəcəsinin əvvəlki həddə saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə olması, qiymət indeksinin daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında inflyasiya 3,5 faiz, ərzaq malları üzrə inflyasiya 3 faiz, qeyri-ərzaq malları üzrə 1,8 faiz, xidmətlər üzrə 5,6 faiz təşkil edib. Beləliklə, illik baza inflyasiya isə 2,4 faiz səviyyəsində qalıb. Bu isə daxili qiymət indeksi üzrə əlverişli mühitin olması deməkdir.
Xarici mühit aşağı inflyasiya üçün əlverişli olub
MB-nın təxminən 2 ay əvvəl qəbul etdiyi faiz qərarından keçən müddət ərzində inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dərəcələri sabit olaraq qalır. Dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. Ancaq büdcə xərclərinin artımı və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımını sürətləndirib, son 1 il ərzində bank sisteminin kredit portfeli 19,5 faiz, o cümlədən biznes kredit portfeli isə 18,4 faiz artıb.
2024-cı ilin ötən dövründə inflyasiyanın xarici fonu da ümumilikdə sabit və qənaətbəxş səviyyədə olub. İnflyasiyanın payında əsas yer tutan xarici faktor diqqətlə izlənilib. Son 5 ayda qlobal bazarlarda qiymətlər sabit qalıb və bir sıra mal qruplarında ucuzlaşmalar baş verib. Belə ki, istehlak qiymətləri indeksinin düşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri də xüsusi rol oynayıb. Xüsusilə də inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub. Cari ilin 8 ayında dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də aprel-may ayında mal və xidmətlərin dəyəri 7,5 faiz, o cümlədən enerji qiymətləri üzrə 15 faizdən çox ucuzlaşıb və nəticədə idxal inflyasiyası təzyiqləri də azalıb. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin 2.8 faiz bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
Beynəlxalq qurumların proqnozu da nikbindir...
İnflyasiya ilə bağlı həm Azərbaycan hökumətinin, həm də beynəlxalq institutların gözləntiləri ümidvericidir. Niderlandın “ING Group” analitik tədqiqat şirkətinin bu günlərdə dərc etdiyi hesabatda Azərbaycanda orta illik inflyasiya ilə bağlı inflyasiyan 2,2 faiz nəzərdə tutulub. 2025-ci ildə 4,7 faiz, 2026-cı ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 2,9 faiz səviyyəsində proqnozlaşdırıldığı, 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir. İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, qiymət indeksi 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.
Maliyyə-valyuta bazarı da qənaətbəxşdir...
Ötən dövr ərzində ölkəmizin cari maliyyə vəziyyəti də qənaətbəxş olub. Tədiyə balansının cari əməliyyatlar hesabında 2,6 milyard dollar və ya ÜDM-in 7,5 faiz səviyyəsində profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6,1 faiz artaraq 72,6 milyard dollara çatıb. Bu, ölkəmizin maliyyə sabitliyinin möhkəmlənməsində başlıca faktor olub. Həmçinin, maliyyə bazarında valyuta tələbatı da tam ödənilib. 8 ay ərzində dövlətin birbaşa valyuta xərclərinin, o cümlədən xarici dövlət borca xidmət xərclərinin artımına, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbinə rəğmən Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında xarici valyuta tələbi tam təmin edilib.
Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapozonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində, təxminən 2-4 faiz intervalında olacağı proqnozlaşdırılır.
Anti-inflyasiya tədbirləri 2024-2025-ci illərdə diqqətdə saxlanılacaq...
MB həm daxili bazardakı faktiki vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlaşdırılan inflyasiya gözləntilərinə, həm də xarici bazar konyukturasına əsaslanaraq, faiz dərəcələrinin sabit şkalada qalmasını uyğun hesab edərək əvvəlki aylarda olduğu kimi yumşaq monetar siyasət davam etdiriləcək. İnflyasiya faktorları təhlil edilərkən inzibati alətləri də yaddan çıxarılmayacaq və anti-inflyasiya tədbirləri 2024-2025-ci illərdə də əsas hədəf prioriteti kimi diqqətdə saxlanılacaq.
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. MB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını oktyabr ayının 30-da açıqlayacaq. Bu dövr ərzində uçot dərəcəsi xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq qərar veriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24

