Pandemiyadan sonra ilk dəfə...
20.09.2024 [09:07]
ABŞ hökuməti uçot dərəcəsini aşağı salmaqla qlobal bazarda ajiotaja səbəb olub
ABŞ-ın Mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) 4 ildə ilk dəfə baza uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq, 5,25-5,5 faiz dərəcəsindən 4,75-5 faiz dərəcəsinə endirilib. FED 2020-ci ildən sonra 4 ildə ilk dəfə aşağı faiz qərarını verməklə təkcə Amerikada deyil, qlobal maliyyə-bank sistemində böyük ajiotaj yaradan hadisəyə səbəb olub. Xatrladaq ki, uçor dərəcəsinin azalması ilə bağlı qərar 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklərə adekvat olaraq verilmişdi. FED həmin ilin mart ayında COVİD-19-un iqtisadi təsirləri ilə bağlı artan narahatlıqlar səbəbindən faiz dərəcələrini iki dəfə azaltmışdı. İnflyasiya ilə mübarizə strategiyası çərçivəsində faiz dərəcələri 1997-ci ildən sonra ən yüksək səviyyəyə qaldırılmışdı. FED pul siyasətini tənzimləmək vaxtının çatdığını bəyan edərək qarşıdakı dövrdə aşağı uçot siyasəti yürüdüləcəyini bəyan edib, 2024-cü ilin sonunda yenidən dəyişiklik istisna olunmur. Hətta 2025-ci ilin sonuna kimi faiz dəhlizinin mərhələlərlə 3,4 faizə qədər endiriləcəyi bildirilir.
FED-in aşağı uçot siyasətinin səbəbi nədir?
Hazırda qlobal bazar iştirakçılarını, maliyyə və ticarət treyderlərini maraqlandıran ən mühüm mövzu və sual budur ki, ABŞ-da son 4 ildə nə dəyişdi ki, FED bu addımı atmağa məcbur oldu. Hərçənd Ehtiyat Sisteminin analitikləri bu suala müəyyən qədər aydınlıq gətitriblər, FED sədri Cerom Pauel sentyabrın 18-də tarixi iclasından sonra verdiyi mesajlarla situasiyanı izah etməyə çalışıb. Cənab Pauelin fikirlərindən belə anlaşılır ki, faizlərini 0,50 faiz diapazonunda endirməsi iqtisadiyyatda geriləmənin nəticəsidir və vəziyyətin getdikcə narahatedici olması Mərkəzi bank sisteminin maliyyə sabitliyi ilə bağlı qayğılarını artırır. Reallıq budur ki, Bayden hökumətinin ilin əvvəlindən vəd etdiyi proqnozlar özünü doğrultmayıb və artım proqnozu süni xarakter daşıyır, iqtisadiyyat isə real rəqəmlərə söykənir, dövlətin iqtisadi strategiyası və planları real göstəricilər üzərinə qurulur, xüsusən də Mərkəzi bank institut maliyyə sabitliyinin dayanıqlılığını faktiki iqtisadi vəziyyətin təhlilinə əsasən nizamlayır. Reallıqda isə ABŞ-ın iqtisadi artım göstəriciləri zəifləyir, ölkədə iqtisadi və biznes fəallığı aşağı düşür, əmək bazarı zəifləyir. 2024-cü il iyul ayında 2,1 faiz proqnozlaşdırılan iqtisadi artım təxminən 1,9 faizə endirilib. İlin sonuna qədər bu rəqəmin daha da enəcəyi istisna edilmir. Hökumətin makroiqtisadi inkişaf proqnozlarında 2025-ci il üçün iqitisadi artımın bir neçə ay əvvəl 3 faiz ehtimal olunacağı açıqlansa da, proqnozun özünü doğrultmayacağı və inkişaf indeksinin 2 faiz səviyyəsində saxlanılmasına qərar verilib. Sözügedən rəqəmin özünü doğruldacağı da hələ şübhə doğurur. Bu məşğulluq göstəricilərində də dəyişikliklərə səbəb olub, hökumət işsizlik üzrə proqnozu 2024-cü ildə fərz edilən 4 faizdən 4,4 faizə, 2025-ci il üçün gözlənilən 4,2 faizdən 4,5 faizə yüksəldib.
Doğrudur, ölkədə inflyasiyanın azalması istisna deyil, ancaq inflyasiyanın aşağı düşməsində ölkədəki əmək məhsuldarlığının, pul bazasının azalması, biznesin və ticarətin həcmlərinin azalması da öz təsirlərini göstərməkdədir. Mərkəzi bank komandası əmək bazarındakı soyumanı sabitləşdirmək və aşağı faiz dərəcəsi qərarları ilə gələn ilin ortalarına qədər əmək məhsuldarlığının bərpasına nail olunacağını düşünür. Çünki əmək bazarının pisləşməsi digər riskləri artıra bilər, xüsusilə də alıcılıq və istehlak dövriyyəsinin azalması iqtisadi yığımların kəskin aşağı düşməsinə gətirib çıxarması ehtimalı böyükdür.
Qlobal bazar necə reaksiya verir?
FED-in faizlərini azaltmasına dair qərarından sonra qlobal bazarda ajiotaj özünü dərhal göstərib. Sentyabrın 19-da dünya birjalarında maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklər baş verməyə başlayıb. Dollar ucuzlaşması, qızılın isə bahalaşması ilk gündəcə hiss olunub, qızılın bir unsiyası 2600 dollara qədər tarixi maksimumu yeniləyib. Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın qiyməti ilə yanaşı, alıcılıq qabiliyyəti və tələblər də yüksəlib. ABŞ-ım investisiya bazarlarında və birjalarında ənənəvi sindrom həmişə özünü göstərib, FED faiz dərəcələrini artırdıqda qızılın qiyməti ucuzlaşır, faiz stavkasını aşağı saldıqda isə bahalaşır.
Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasına, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasına da stimullar yaradacaq. Qızıla investisiya aləti kimi beynəlxalq investorların marağı daha da artacaq və pul və səhmlərlə nisbətdə bu qiymətli metalın maliyyə-investisiya bazarlarında üstünlüyü bir qədər də önə çıxacaq. Qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı daha məqsədəuyğun sayacaq, eləcə də dünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edəcəklər.
Dünyanın səhm və qiymətli kağızlar bazarının şəksiz lideri olan ABŞ-ın monetar alətlərdə etdiyi dəyişikliklərin bütün dünya maliyyə sisteminə təsir edəcəyi şübhəsizdir. FED-in bütün qərarları birja indekslərində azalma və ya artımları alovlandırır.
Müxtəlif birjalarda indekslərin də bahalaşması müşayiət olunub, aşağı faiz kursu kriptovalyuta sektorunun üzünü güldürməkdədir. ABŞ-nin səhm fyuçerslərinin kəskin artımı ilə yanaşı, “Bitcoin”un dəyəri sentyabrda ən maksimum səviyyəyə yüksələrək 62 min dolları da ötüb. Bu, cəmi bir gündə 4 faiz artım deməkdir. ABŞ-da 500 ən iri şirkətin səhmlərini birjalarda tənzimləyən “S&P 500” indeksi də əhəmiyyətli dərəcədə yüksəlib.
FED-in qərarında siyasi motivlər gizlənib
Ancaq ABŞ-ın maliyyə sistemində, eləcə də qlobal bazarlarda təsiredici rol oynayan aşağı faiz siyasətinin davamlı olacağı qeyri-müəyyən olaraq qalacaq. Çünki ABŞ-ın mövcud faiz qərarında geosiyasi amillərin də təsiri az rol oynamır. Qlobal miqyasda baş verən mürəkkəb geoiqtisadi proseslər və müxtəlif siyasi hadisələr, xüsusən də bu ölkədə prezident seçkiləri ərəfəsində hakimiyyətin iqtisadi itkilərini sığortalamaq, qarşıdakı dövrdə iqtisadi artımlarla cəmiyyətin inamını bərpa etmək və yaxşı iqtisadi gözləntilər əsasında seçkilərdə xüsusi statusa malik iri maliyyə holdinqlərində güvən yaratmaq və s. amillər hazırkı qərarın arxasında siyasi məqsədləri istisna etmir. Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq reytinq agentliyi “Fitch Ratings” ABŞ hökumətinin 2024-cü ilin ikinci yarısında uçot dərəcələrini endirəcəyinə dair xəbərlər yaymışdı və bunun arxasında payız aylarında ölkədə prezident seçkiləri ilə bağlı siyasi mübarizənin artmasının dayanmasını istisna etməmişdi. Agentliyin vurğuladığı kimi daxili siyasətdə gərginliklərin davam etməsi hökuməti aşağı faiz dəhlizinə fokuslanmağa məcbur edir, yəni Mərkəzi Bankın iqtisadi qərarlarında siyasilik də az rol oynamır.
Əgər faiz dərəcəsindəki korrektələrin 3-cü rübün yekununda ABŞ-ın maliyyə sistemində əhəmiyyətli dəyişiklik yaratması mümkün olmasa sözsüz ki, bu cür siyasi addımların hakimiyyətin siyasətini təşviq edən komanda üçün heç bir faydası olmayacaq. Bu baxımdan hakimiyyət dəyişikliyi və yeni iqtisadi komandanın FED-in aşağı faiz siyasətini yürütmək niyyətini dəstəkləyəcəyi də şübhə doğurur. Bir sözlə, yaxın aylarda bu ölkədə baş verən siyasi dəyişikliklərdən sonra iqtisadi sektorlara və qlobala bazarlardakı vəziyyət də tam müəyyənləşəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

