İqtisadi inkişafa töhfə verən amillər
01.10.2024 [09:13]
Köklü islahatlar, şəffaflığın artırılması dayanıqlı və inklüziv inkişafı təmin etməkdədir
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı bildirib ki, 2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 faiz olub. Artımın böyüməsində həyata keçirilən genişmiqyaslı islahatlarla yanaşı, büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayenin inkişafı və s. istiqamətlərdə aparılan tədbirlər də mühüm rol oynayıb.
İqtisadiyyatın şaxələndirilməsi müsbət bəhrəsini verməkdədir
Son illərdə tətbiq edilən çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı təmin etməkdədir. Bu dinamika 2024-cü ilin yanvar-avqust aylarında daha da sürətlənib, ölkədə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb.
Beləliklə, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70 faizə çatacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunda vergi daxilolmaları 12,8 faiz yüksəlib
2024-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 11,2 milyard manat vergi daxil olub. Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 744 milyon manat təşkil edib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 878,6 milyon manat və ya 12,8 faiz çox olub. Ümumilikdə, vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi isə neft-qaz sektorunun payına düşüb. Yəni, fiskal yığımların əsas yükü qeyri-neft mənbələrində cəmləşir. Qeyd edilən aylarda sosial yığımlarda da artım qeydə alınıb. Belə ki, 8 ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manata yaxın olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 133,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6 faiz artaraq 100,8 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 659,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4 faiz artımla 468 milyon manat təşkil edib.
Qeyd edilən sahələrdə yığım mənbələrinin genişlənməsi, iqtisadi fəallığın artması, xüsusilə də qeyri-neft və biznes sektorlarında sahibkarların maliyyə imkanlarının böyüməsi sayəsində mümkün olub.
Yerli və xarici biznesin sayı artır
Hökumətin vergi sahəsində apardığı optimallaşdırma tədbirləri, biznesə dövlət müdaxilələrinin azaldılması və digər iqtisadi stimulları sayəsində 2024-cü ilin ötən dövründə yerli və xarici biznes sahiblərinin sayı artıb. Belə ki, 8 ayda uçotda olan vergi ödəyicilərinin ümumi sayı 89,9 min vahid və ya 6,1 faiz artaraq 1 milyon 570 minə çatıb. Fiziki şəxslərin sayı 76,2 min, hüquqi şəxslərin sayı 13,7 artıb.Vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2024-cü ilin yanvar-avqust aylarında 8741 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onun 7791-i və ya 89 faizi yerli investisiyalı, 950-si və ya 11 faizi xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38564 olmaqla 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 faiz təşkil edir.
Nəqliyyat dəhlizlərindən əldə edilən dividentlər də böyüyür
Transmilli nəqliyyat-kommunikasiya dəhlizlərində öz fəallığını və praktiki çevik addımlarını sürətləndirən Azərbaycanın bu qətiyyətli siyasəti də sosial-iqtisadi inkişaf göstəricilərinin yaxşılaşmasında töhfəverici əhəmiyyət kəsb edib. Belə ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı qlobal nəqliyyat zəncirinin mühüm tərkib hissəsi kimi qlobal yükdaşımaların həcminin artmasına səbəb olub. 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16,4 milyon ton olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Nəticədə ölkəmizin beynəlxalq daşınmalardan əldə etdiyi dividentlərin həcmi də böyüməkdədir. 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyasında da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması nəzərdə tutulur. Bu hədəf çərçivəsində hazırda tranzit potensialının artırılması üçün nəqliyyat infrastrukturların genişləndirilməsi, o cümlədən “Şimal-Cənub” və Orta Dəhliz üzərində yerləşən infrastrukturların əlaqələndirilməsi, dəniz limanının 2-ci fazasının tikintisi və digər tədbirlər davam etdirilir ki, bu, Azərbaycanın tranzit imkanlarını genişləndirmək və yükdaşımaların həcmini artırmaqla valyuta gəlirlərinin də məbləğini böyütmüş olacaq.
2028-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 78 faizə çatacaq
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi də əsas çağırışlardan biri olacaq. Ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Həmin iqtisadi imkanların səfərbər edilməsi iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığını da gücləndirəcək.
Proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin həcmi 92,2 milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq. 2027-ci ildə ÜDM 142,9 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin həcmi 108,3 milyard manata bərabər olacaq. 2028-ci ildə isə ÜDM-in cəmi dəyəri 150,8 milyard manata çatacaq ki, onun 117,2 milyard manatının və ya 77,7 faizinin qeyri-neft ÜDM-i olacağı fərz edilir. Beləliklə, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi isə 5 faiz olacağı proqnozlaşdırılır.
Ölkədə iqtisadi inkişafın sosial sahələrə də təsirləri əhəmiyyətli dərəcədə nüfuz edəcəyi gözlənilir. Belə ki, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Orta aylıq əməkhaqqını nominal həcmi 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48

