“Gəlin Bakıda görüşək”...
18.10.2024 [10:58]
Pekində keçirilən “2024 Sıfır karbon missiyası” konfransında ölkəmizin COP29-a hazırlığı yüksək qiymətləndirilib
Çinin paytaxtı Pekində keçirilən “İqlim Ambisiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransında Çinin dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, elm və beyin mərkəzlərinin nümayəndələri, eləcə də diplomatlar qlobal emissiyaların azaldılmasının yollarını və bu sahədə birgə mübarizə strategiyaları müzakirə ediblər. Konfrans çərçivəsində təşkil edilən “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı panel müzakirələrdə ölkəmizin qlobal iqlim çağırışlarından irəli gələn məqsədlərə çatmaq yolunda gördüyü işlər yüksək dəyərləndirilib. Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynovun COP29-a hazırlıq prosesi, iqlim dəyişikliyi ilə mübarizədə milli, regional və qlobal miqyasda həyata keçirilən tədbirlər, habelə “yaşıl inkişaf” strategiyasına keçid istiqamətində planlaşdırılan proqramlar barədə verdiyi məlumatlar iştirakçıların marağına səbəb olub.
Çin Azərbaycanda günəş və külək stansiyalarına sərmayə yatıracaq
Konfransda Çinin “yaşıl inkişaf” və qabaqcıl texnologiyası sahəsində əldə etdiyi zəngin təcrübə də nümayiş olunub ki, bu da bir çox ölkələr, o cümlədən strateji müttəfiqlərdən biri - Azərbaycan üçün də xüsusi maraq kəsb edir. Qeyd edək ki, Çin hazırda alternativ enerji texnologiyaları üzrə dümya liderlərindən biridir və dünyanın 80-dən çox ölkəsində bu innovasiyalara geniş yer verilir. Eləcə də Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır. 2023-cü ildə Çinin bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir. Dünya üzrə bərpa olunan enerji potensialının təxminən 40 faizini məhz Çin təmin edir və 2030-cu ildə bu rəqəmin 44-ə çatacağı gözlənilir.
Bu baxımdan Azərbaycanın Pekinlə “yaşıl texnologiyalar” sahəsində əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Son bir ildə iki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair intensiv görüşlər keçirilib, faydalı müzakirələr aparılıb. Çinlə bərpa olunan enerji, enerji saxlancı sistemləri, şəbəkənin gücləndirilməsi, yüksək gərginlikli sabit cərəyan kabellərinin təchizatı və “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanları qiymətləndirilərək birgə layihələrin icrasına dair razılıqlar əldə edilib. 2023-cü il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 giqavatt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi istehsalı, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı enerji” sistemlərinin qurulması, “yaşıl hidrogen” istehsalına investisiya qoyuluşu nəzərdə tutulur.
Anlaşma Memorandumları “yaşıl müttəfiqliyi” gücləndirir...
Ötən il oktyabrın 17-də Azərbaycanın Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumu da bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafını və enerji layihələrinə investisiyaların təşviqini nəzərdə tutur. Həmçinin bu istiqamətdə artan səmərəli əməkdaşlığı əlaqələndirmək üçün Energetika Nazirliyi ilə “China Energy Engineering Group Co.Ltd” arasında İşçi Qrupu yaradılıb. Qurumun indiyə qədər keçirilmiş 2 iclasında Çinin “Guangdong Electric Power Design İnstitute Co”, “TBEA CO. Ltd”, “China Datang Corporation Ltd” şirkətlərinin nümayəndələri ilə Azərbaycanın “yaşıl enerji” və innovasiyalar üzrə tanınmış şirkətlərinin nümayəndələri arasında müvafiq msələhətləşmələr aparılıb və gələcək sərmayə planları üzrə yol xəritəsi müəyyən edilib. Prioritetlərə əsasən, ölkəmizin enerji infrastrukturunun yaşıllaşdırılması məqsədilə yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsinin təmin edilməsi nəzərdə tutulur. Eləcə də Çin şirkətləri ilə “SOCAR Green” arasında ekoloji səmərəlilik sahəsində əlaqələrin genişləndirilməsi qərara alınıb.
2024-cü ildə enerji sahəsində Çin şirkətləri ilə “yaşıl texnologiyalar” üzrə əməkdaşlıq daha da intensivləşib, 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında və Mingəçevirdə müasirl texnologiyalar əsasında yenidən qurulan elektrik stansiyasının tikintisində Çinin “Dongfang” şirkətinin iştirakı rəsmiləşib. Cari ilin may ayında “China Energy Engineering Group Co.Ltd” və “China Energy International Group Co. Ltd” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edərək bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrini müzakirə edib. Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumuna əsasən, yaxın vaxtlarda günəş elektrik stansiyalarının tikintisinə başlanılacaq.
Çin şirkətlərinin Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalında da iştirakı nəzərdə tutulur. Bir neçə ay əvvəl. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çinin “Jiubai Import & Export” şirkəti arasında keçirilən görüşdə ölkəmizdə elektrik avtomobillərin istehsalı ilə bağlı müzakirə aparılıb. Hər iki tərəf ətraf mühitin qorunması prinsiplərinə söykənərək bu sahəyə birgə investisiyaların cəlb olunmasına razılıqlarını ifadə edib.
Azad ərazilərdə Çinin “yaşıl texnologiyaları”...
Çin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsində də tərəfdaşımızdır. İndiyə qədər Zəngilan, Füzuli, Laçın və digər ərazilərdə qurulan infrastrukturlarda, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında istifadə edilən “ağıllı texnologiyalar”ın, habelə enerji sistemlərinin qurulmasında zəruri olan şəbəkə sistemlərinin bir qismi Çin şirkətlərinin payına düşür.
Hazırda, Çin investorları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeni quruculuq layihələrində öz imkanlarını artırır, Yaşıl Enerji Zonası elan edilmiş bu bölgənin enerji tələbatı modellərinin hazırlanmasında iştirak edir. Çin şirkətləri ilə bu ərazilərdə bərpa olunan enerji mənbələrinin istehsalı ilə yanaşı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, “ağıllı enerji” texnologiyalarının tətbiqi və idarə olunması sahəsində də əməkdaşlıqla bağlı danışıqlar aparılır. Bundan başqa, Çin şirkətləri 2050-ci ilə kimi sıfır emissiyalı zona elan edilmiş Naxçıvan Muxtar Respublikasının təmiz ətraf mühit proqramlarında da təmsil olunmaq niyyətlərini bəyan edib.
Çin Azərbaycanın təşəbbüskarı olduğu “yaşıl enerji” dəhlizlərini də dəstəkləyir və “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin bərpa olunan enerjinin ixracı baxımından əhəmiyyətini yüksək dəyərləndirir.
Beləliklə, Çinin dünyada böyük dəstək qazanmış “Sıfır karbon missiyası” platforması Azərbaycanın “yaşıl quruculuğu” üçün də əlverişli imkanlar açır. COP29 ərəfəsində Pekində qlobal iqlim gündəliyi ilə bağlı yeni təşəbbüslərin müzakirə olunması və “Gəlin Azərbaycanda görüşək” devizi altında panel müzakirələrin təşkili isə Azərbaycanın qlobal iqlim gündəmi ilə üst-üstə düşən çağırşılardır. Bu, həm də Çin və Azərbaycanla birlikdə, qlobal ekologiya ailəsinin COP29-dan sonrakı dövrlərdə də “yaşıl inkişaf” naminə gələcək əməkdaşlıq yollarını davam etdirməsi baxımından əlverişli fürsət hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

