Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır
26.01.2025 [20:27]
Azərbaycan ilə Türkiyə arasında quru sərhədindən keçən ticarətin həcminin artacağı gözlənilir. Sərhəd Ticarət Mexanizmi bunun üçün mühüm dəstək rolunu oynayır. Bu sözləri ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Diplomat bildirib ki, Türkiyənin şərqindən olan sahibkarlarla Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının şirkətləri arasında yeni əlaqələrin yaradılması məsələsi iki qardaş ölkənin müvafiq strukturları səviyyəsində müzakirə olunur. Biznes forumların, sahibkarların qarşılıqlı səfərlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılır.
Diplomat xatırladıb ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələri 2024-cü il noyabrın 27-də Azərbaycanla həmsərhəd İqdır vilayətinə səfər ediblər və burada Sərhəd Ticarət Mexanizmindən səmərəli istifadə məsələləri müzakirə olunub.
“Türkiyə tərəfi milli qanunvericiliyə uyğun olaraq Qars və İqdırı Naxçıvan Sərhəd Ticarət Mexanizminin əhatə etdiyi vilayətlər kimi müəyyən edib. Bu mexanizm Naxçıvandan Türkiyəyə hər il müəyyən həcmdə məhsulların çatdırılmasına imkan verir”, - deyə baş konsul qeyd edib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəyə diqqət çəkib və dövlət başçısının “həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur” sözlərini xatırladıb.
“Azərbaycanın tarixən bir-birinə bağlı olan bu regionları vahid konsepsiya əsasında inkişaf edir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur şirkətlərinin məhsullarının yuxarıda qeyd olunan ticarət mexanizminin əhatə dairəsinə daxil edilməsi vacib olardı”, - deyə baş konsul bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10

