Biznesin maliyyə təminatı naminə
08.02.2025 [11:25]
Sahibkarlara verilən kreditlər üzrə subsidiya müddəti artırılıb
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” qanunlara müvafiq dəyişikliklər edilib. Belə ki, ölkə sahibkarlarına 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti 2024-cü ilin sonuna qədər alınmış kreditləri əhatə edirdi. Bundan sonra həmin müddət daha 2 il müddətə alınmış kreditlərə da şamil olunacaq. Bundan başqa, biznes sektorunun kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və yaxud zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olduqda və yaxud son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda onun öhdəliklərinə zəmanət verilməyəcək. Əvvəlki qaydalara həmin müddət 60 günə bərabər idi.
Kreditlərin kiçik və orta biznes üçün faydaları
Qeyd edək ki, dövlət zəmanəti ilə verilən ipoteka kreditlərinin əsas məqsədi biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirilməsi təmin edilib.
2025-ci il yanvarın 1-ə qədər müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 549,5 milyon manat kredit verilib. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat məbləğində subsidiya verilib.
Zəmanət verilmiş kreditlər üzrə banklar tərəfindən müəyyənləşən orta faiz dərəcəsi 14,4 faiz olduğu halda, subsidiya hesabına borcalanlar tərəfindən 6,2 faiz həcmində faiz ödənilib.
Bu mexanizm çərçivəsində indiyədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Dəstək sayəsində 6500 yeni iş yeri yaradılacaq
Zəmanətli kreditlərin yönəldildiyi əsas sahə sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesidir. Digər əsas sahələr isə tikinti, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələr, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektorlarıdır. Biznesə kredit zəmanətinin verilməsi sahibkarlığın maliyyələşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq sahələrinin genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olur. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Hazırda fond 17 müvəkkil təşkilatı vasitəsilə sahibkarların manatla aldıqları kreditlər üzrə zəmanətlərin və kredit öhdəlikləri üzrə subsidiyaların verilməsini həyata keçirir.
Kredit zəmanətinin kəmiyyət və keyfiyyəti yaxşılaşdırılacaq
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Ölkədə formalaşmış kredit zəmanət mexanizminin təhlili göstərir ki, mexanizm kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, bank və digər kredit resurslarından fəal istifadə etməyə imkan yaradır və kredit risklərinin azaldılmasına səbəb olur.
Bu baxımdan fondla sahibkarlar arasında maliyyə vasitəçiliyinin daha da yaxşılaşdırılması üçün yeni inkişaf konsepsiyası hazırlanıb. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib.
Fondun kredit portfeli yüksəlib
Qeyd edək ki, dövlət başçısının bir müddət əvvəl imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində də dəyişikliklər edilib. Fondun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Beləliklə, dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün əlavə 87 milyon manatın ayrılması mümkün olacaq.
Nizamnamə kapitalının artırılması biznesin maliyyə ehtiyaclarının ödənilməsində əlavə olaraq subsidiya təminatının da yaxşılaşmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09

