“Bitcoin” yenidən bahalaşır
21.02.2025 [10:14]
Trampın dəstəyi kriptovalyuta bazarını canlandırıb
Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artmaqdadır. Cari həftə ərzində virtual pul bazarında “Bitcoin”in qiyməti yenidən 100 min dollara yaxınlaşıb. Ötən ilin sonlarında 110 min dollara qədər yüksələn, dekabrın sonlarında isə 90 min dollara qədər ucuzlaşan bu virtual maliyyə alətinin orta birja indeksi hazırda 95-97 min dollar civarında dövr edir. Məşhur “Binance” platformasında “Bitcoin”in dəyəri 97 min dolları da ötüb. Bu tendensiya “Bitcoin”in yaxın günlərdə 110 min dollar həddini də keçəcəyini şərtləndirir.
Ümumiyyətlə, son bir ildə “Bitcoin”in qiyməti 3,5 dəfə bahalaşıb. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəltməkdədir. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2 trilyon dollara yaxındır.
“Rəqəmsal valyuta” bazarı gərginləşir
Ekspertlər “Bitcoin”in qiymət artımının siyasi amillərlə bağlılığını istisna etmir. Prezident Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınması və ABŞ maliyyə bazarının rəqəmsal valyuta sütunları üzərində inkişafına xüsusi meyl etməsi həm fiziki, həm də psixoloji olaraq bazarı yenidən canlandırıb.Trampın yanvarın sonlarında “bizim kriptolarla bağlı əla fikirlərimiz var, yeni valyuta sıçrayışları ilə bazarlarda liderliyimizi olmağımızı istəyirik” açıqlamasından sonra “Bitcoin” kriptovalyutasının qiymət enişi əks-istiqamətdə hərəkət edib. Ötən ay ABŞ-ın yeni iqtisadi komandasının kriptovalyuta sektorunun dayanıqlılığını gücləndirən yeni hüquqi-iqtisadi mühitin yaratması və fond bazarına əlavə stimullar verməsi də virtual pul alətlərinin indeks göstəricilərini yaxşılaşdırıb. Nəticədə kriptovalyuta alışlarının həcmi 74 milyon dollara yüksəlib.
Amerikanın yeni hökumətində də virtual valyuta tərəfdarlarının sayı çoxdur. Xüsusilə də Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təyin edilən yeni rəhbər rəqəmsal aktivlər üzrə peşəkar kadrlardandır. Bütün bunlar “Bitcoin”in ənənəvi maliyyə sistemində artan rolunu göstərir və “rəqəmsal qızıl” kimi potensial bazar payını artıracağını vəd edir.
Qiymət 250 min dollara yüksələ bilər
Beynəlxalq blokçeyn texnologiyaları üzrə mütəxəssislər virtual pulun ilin sonuna qədər daha da bahalaşacağını fərz edir, illik artım faizinin 130-150 faizə çatacağını proqnozlaşdırırlar. “Fundstrat” tədqiqat şirkətinin rəhbəri Tom Leen hesab edir ki, 2025-ci ilin sonuna qədər “Bitcoin”in qiyməti 250 min dollara qədər yüksələcək. Onun fikrincə, müxtəlif aylarda və situasiyalarda bu pulun bazarında dəyəri müvəqqəti olaraq azala bilər, bu cür azalmalar rəqəmsal aktivlərdə əhəmiyyətli hadisələrdən əvvəl baş verən adi proseslərdən biridir. Məsələn, 2024-cü ilin dekabrında 106 min dollardan 90 min dollara qədər ucuzlaşan “Bitcoin” yanvarın ortalarında yenidən 100 min civarını ötüb. Ona görə də, tez-tez qiymət dəyişikliyinə baxmayaraq, virtual valyutanın maksimuma çatacağı gözləniləndir.
Azərbaycanda kriptovalyutalar riskli hesab edilir
Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.
Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Avropa və Asiya ölkələrinin bəzilərində milli valyutalar dəyər itirməkdə davam edir. Ona görə də, “Bitcoin”lərə inteqrasiya indiki halda ölkəmizin monetar sektoru üçün də məqsədəuyğun deyil.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

