Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Serbiya ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub

Serbiya ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub

04.03.2025 [23:17]

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır.

Tərəflər ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ikitərəfli ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31