Türk dövlətlərinin müasir hədəflərindən biri
20.03.2025 [12:11]
Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq
Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni ratifikasiya edib. Sənəd TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin, saziş türk dövlətləri arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanların birləşdirilməsi kimi prioritetləri əks etdirir.
Qeyd edək ki, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq türk ölkələrinin müasir hədəflərindən biridir. 2024-cü ilin iyul ayında Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri də məhz qardaş ölkələrin elektron və rəqəmsal ticarət sistemlərinin vahid platformada birləşdirilməsidir. Bu məqsədlə türk dövlətləri qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensiala çatdırmaq üçün ticarətdə texniki maneələrin aradan qaldırılmasına çalışacaqlar. TDT ölkələri Bəyannamədə Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) hazırlanması niyyətini ifadə edib. Həmin sənədin tələblərindən irəli gələrək tərəflər öz səmərələşdirici təklifləri əsasında DEPA sazişinin yekun layihəsini hazırlayıb. 2024-cü ilin noyabrında Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində üzv dövlətlər arasında Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.
Azad Ticarət Rejiminin yaradılması
TDT ölkələrinin əsas prioritetlərdinən biri rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında qarşılıqlı ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutulur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Bu baxımdan DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
“Rəqəmsal İpək Yolu”
Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasıdır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hab”ı formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq. Ötən ilin noyabr ayında Özbəkistanda TDT ölkələri tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılması barədə razılıq əldə olunub ki, bu anlaşma “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Strategiyaya əsasən, Xəzərin dibi ilə “Trans-Xəzər” fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Bununla da “Digital Hab” sistemi də yaxın illərdə qlobal rəqəmsal ticarətin ən işlək və çevik həlqəsinə çevriləcək.
Türk İnvestisiya Fondu sərmayələri təşviq edir
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu ötən il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.
Vahid ödəniş sistemi...
TDT-nin rəqəmsal iqtisadiyat quruculuğu ilə bağlı hədəflərindən biri də maliyyə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidır.
Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TİF-nun türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini birləşdirən və nümayiş etdirən struktur kimi vahid iqtisadi mərkəz olacağı şübhə doğurmur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

