Qarabağın inkişafında yeni mərhələ
13.05.2025 [10:43]
Dəmir yolları vahid nəqliyyat qovşağı olmaqla, azad əraziləri digər rayonlarla birləşdirəcək
İşğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu bölgədə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Mayın 10-da açılışı olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında bildirib ki, yeni yol qovşağı Qarabağın ümumi nəqliyyat şəbəkəsinin tərkib hissəsi olmaqla regionun ümumi inkişafında müstəsna rol oynayacaq.
Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi “Bərdə-Ağdam dəmir yolu xətti”, Bərdə-Ağdam-Xankəndi dəmir yolu və avtovağzal kompleksi ilə vahid nəqliyyat sistemində birləşməklə böyük meqalayihədir. Təkcə Ağdam dəmir yolu ilə gündəlik 800-1000 nəfər sərnişin daşınacaq ki, bu da bölgəyə səfər edənlərin daha asan və tez mənzil başına çatmasını təmin edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi digər rayonların dəmir yolları ilə birləşəcək. Belə ki, mövcud nəqliyyat xətləri Yevlax-Bakı dəmir yoluna və Xankəndi şəhərinin nəqliyyat blokuna qoşulmaqla Qarabağın sosial-iqtisadi, mədəni inkişafını daha da sürətləndirəcək, Bakı ilə əlaqələri möhkəmləndirəcək. Bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq.
Yol-nəqliyyat layihələri turizmin inkişafını sürətləndirir
Yeni dəmir yolları sadəcə nəqliyyat layihəsi deyil, eyni zamanda, iqtisadi inkişaf və rifahı təmin edəcək proqramın mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yol və digər kommunikasiyaların qurulması bölgədə sahibkarların fəaliyyyəti, biznesin yeni layihələr icra etməsi, xarici və yerli sərmayə qoyuluşları, milli istehsalın artması və ixracın şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin, turizm baxımından yol qovşaqlarının, dəmir yolu şəbəkələrinin böyük rolu var. Turizm imkanları baxımından əlverişli coğrafiyaya malik olan bu bölgədə ən müasir turizm xidmətləri, infrastrukturları yaradılır, Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində iş gedir və Laçın və Kəlbəcərdə də belə layihənin icrasına başlanılıb. Nəticədə bütün bu infrastrukturların vahid çətir altında birləşməsi sosial-iqtisadi-turizm hədəflərinə çatmağa imkan yaradacaq. Ümumilikdə, yeni yol təminatları Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
Fermer təsərrüfatları ərzaq təhlükəsizliyinə töhfə verir
Qarabağ iqtisadi rayonunun inkişafında aqrar layihələrin icrası da mühüm əhəmiyyət daşıyır. Bölgədə kənd təsərrüfatının inkişafına töhfə verən mühüm layihələrdən biri də “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışıdır. Kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Təkcə damazlıq təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.
Ərazisi 7,6 hektar olan Kəndli Fermer Təsərrüfatının digər bölməsi taxılçılığın intensiv inkişafı ilə bağlıdır. İlk mərhələdə ərazidə 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da heyvandarlığın yem bazasını formalaşdıracaq.
Ümumilikdə, “Qoç ət” kompleksi azad ərazilərdə iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa töhfə verməklə yanaşı, Azərbaycanın ərzaq təhlükəsizliyində mühüm rol oynayacaq. İşğaldan azad olunmuş torpaqlarda digər fermer təsərrüfatlarının və sahibkarlıq müəssisələrin yaradılması da uğurla davam etdirilir. Sahibkarlıq fəaliyyətinin təşviqi və dövlətin verdiyi güzəştlər biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Regionda istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar.
Etibarlı və fasiləsiz enerji təminatı gücləndirilir
Azad ərazilərin infrastruktur təminatında dayanıqlı enerji təchizatı da mühüm əhəmiyyət kəsb edir. Bölgədə yaşayış və sosial həyat təminatının həlli ilə paralel olaraq enerji stansiyaları, kommunikasiyaların yaradılması həyata keçirilir. Dövlət başçısının açılışını etdiyi “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzi həmin ərazi ilə yanaşı, digər ətraf məntəqələrin də enerji təminatını tənzimləyəcək.
3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, eyni zamanda, kənd təsərrüfatı və turizm obyektlərinin, sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturların etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.
Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panellərinin quraşdırılması isə “yaşıl enerji”yə keçidin ilk addımı olmaqla, bərpaolunan enerji resurslarının vahid “yaşıl” şəbəkədə cəmləşməsi ilə bağlı strateji hədəflərə çatmağa xidmət edir.
Prezident İlham Əliyevin açılışında iştirak etdiyi digər layihə - Şuşa Müalicə-Sağlamlıq Mərkəzi əhalinin sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayacaq. Sağlamlıq Mərkəzi sosial-tibbi əhəmiyyət daşımaqla yanaşı, bölgənin ümumi xidmət panoramasının simvollarından biri hesab edilə bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

