Bakıda IATA Aviasiya Enerji Forumu keçirilir
13.05.2025 [12:20]
Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Tədbir 13-15 may tarixlərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür.
Bu, aviaşirkət nümayəndələrinə, yanacaq və Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.
Açılış mərasimində AZAL prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərdən biri olan AEF-ə ev sahibliyi etməyin əhəmiyyətini vurğulayıb.
“Bu mühüm forumun Bakıda təşkil olunması ölkəmizin qlobal aviasiya sektorunda və enerji keçidində artan strateji rolunun göstəricisidir və Azərbaycanın dayanıqlı aviasiya gündəminin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı aviasiyaya və “Net Zero” hədəfinə aparan yol innovativ enerji həllərinin sinerjisini tələb edir və bu həllər yalnız təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar nəticəsində mümkün ola bilər. Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq. AZAL isə, öz növbəsində, aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq, eyni zamanda öz dayanıqlılıq gündəliyini davamlı şəkildə inkişaf etdirəcəkdir”, - deyə Samir Rzayev vurğulayıb.
Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək.
Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25

