“Rəqəmsal qızıl”ın dəyəri 100 min dollara çatıb
14.05.2025 [09:11]
“Bitcoin” yığımı investorlar üçün cəlbedici alətə çevrilməkdədir
Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artaraq rekordu təzələyib. Ötən həftənin sonlarında virtual pul bazarında “Bitcoin”in qiyməti 100 min dollara çatıb. Son 3 gündə qlobal bazarlarda kriptocüzdan sahiblərinin aktivləri bu valyuta ilə kəskin dolub. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəldib. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2 trilyon dollara yaxındır. Yeri gəlmişkən, “Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ötən ilin sonlarından etibarən yürütdüyü monetar siyasət bu kripovalyutanın dəyərinə davamlı olaraq təsir edir.
Trampın tarif rejimini yumşaltması virtual pula yeni dəyər qazandırıb
Ekspertlər “Bitcoin”in qiymət artımının siyasi amillərlə bağlılığını istisna etmir. ABŞ Prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınması və yeni hüquqi-iqtisadi mühit yaratması virtual pul alətlərinin indeks göstəricilərini yaxşılaşdırıb. Xüsusilə də Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təyin edilən yeni rəhbər rəqəmsal aktivlər üzrə peşəkar kadrlardandır. Yeri gəlmişkən, rəqəmsal valyutanın martın ilk ongünlüyündə bahalaşmasına təsir göstərən amillərdən biri Donald Trampın bir ay əvvəl elan etdiyi kəskin tarif siyasətindən imtina edərək ticari rejimi yumşaldacağına dair bəyanatı da mühüm təsir göstərməkdədir.
Xüsusilə də, Trampın Böyük Britaniya ilə iri ticarət müqaviləsi bağlanacağına dair açıqlamasından sonra yeni bazar sıçrayışları baş verib. İnvestorlar prezidentin bu bəyanatını beynəlxalq gərginliyin azalacağına siqnal kimi qəbul ediblər və kriptobazarda son bir ayda müşahidə edilən psixoloji təlaş aradan qalxıb. Eləcə də ABŞ və Çin arasında yaxın günlərdə gözlənilən danışıqlar da müsbət siqnallar verməkdədir. Bir sözlə, kriptovalyuta bazarında volotillik investorların davranışına ciddi təsir edir və kriptoyığımlarda həssaslığı artırır.
Rəqəmsal pula marağın artması və yığım aktivi kimi saxlanması üçün etibarlı alətə çevrilməsi birja cüzdanlarında da dayanıqlılığı möhkəmləndirir. Artıq iri səhmdarlar arasında “Best Wallet” kriptocüzdanına xüsusi maraq yaranıb. Eləcə də “Ethereum”, “XRP”, “Dogecoin” və “$TRUMP” kimi altkoinlərə də tələbat artmaqdadır.
Göründüyü kimi “Bitcoin” üçün əlverişli bir mühit yaranıb, “rəqəmsal qızıl” kimi statusu möhkəmlənir və onun maliyyə dünyasında əhəmiyyətli bir aktivə çevrilməsi qarşısıalınmaz prosesdir.
Azərbaycanda kriptovalyutalar riskli hesab edilir
Azərbaycanda blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivi hesab edilir. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.
Azərbaycan bu virtual valyutanı emissiya etməyib və hesablaşmalarda, bazar əməliyyatlarında kriptovalyutadan istifadə olunmur. Ölkəmiz xarici valyuta seqmentlərinə, ələlxüsus da kriptobazarlara inteqrasiya olunmayıb, yerli səhmdarların və investorların, qiymətli kağızlar bazarının emitentlərinin virtual alətlərlə əməliyyatları həyata keçirilmir.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25

