Avropa Bankından bədbin proqnoz
15.05.2025 [09:26]
ABŞ-ın idxal rüsumlarının qlobal iqtisadiyyata təsirləri barədə ehtimallar açıqlanıb
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı may hesabatında ABŞ-ın ticarət siyasətində baş verən dəyişikliklərin, o cümlədən gözlənilən sərt tarif tədbirlərinin qlobal iqtisadiyyata təsirləri və itkiləri barədə proqnozlar yer alıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mart ayında xarici ticarət tərəfdaşlarına qarşı idxal rüsumlarının tətbiqi barədə fərman verib. Sənədin hüquqi qüvvəsi müəyyən müddətə təxirə salınsa da, sərt rüsum rejiminin tətbiqindən imtina olunmayacağı bəyan olunub. 2 kateqoriya üzrə təsnifləşdirilən rüsum siyasətinin birinci kateqoriyası Avropa İttifaqı (Aİ) və digər region ölkələrini əhatə edir.
Aİ üzrə idxal olunan məhsullar üçün orta 20 faizlik idxal rüsumu dərəcəsi nəzərdə tutulur. Digər region ölkələrindən bütün malların idxalı üçün minimum baza rüsumu 10 faiz həddində müəyyənləşdirilib. Buraya Böyük Britaniya, Braziliya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ukrayna və bir çox postsovet ölkələri daxildir. Belə ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda eyni rüsum dərəcəsi qüvvədə olacaq. Postsovet regionundan yalnız Moldova 31 faiz, Qazaxıstan isə 27 faizlik rüsumla ticarət rejiminə cəlb edilib. İdxal məhdudiyyətləri siyahısında Rusiya yer almır.
ABŞ-ın idxal rüsumları üzrə müəyyənləşdirdiyi ikinci kateqoriyaya Çin, uzaq Asiya və Afrika bölgəsi daxildir. Bu tarif siyasətinə əsasən, Çindən ABŞ-a idxal olunan bütün məhsullara 34 faiz idxal rüsumu tətbiq olunacaq. Asiyanın digər ölkələrindən Vyetnama 46 faiz, Kambocaya 49 faiz, Laosa 48 faiz rüsum tətbiqi planlaşdırılır.
Avropa İttifaqı üçün risklər qaçılmazdır
AYİB hesab edir ki, ABŞ-ın yeni tariflərinin tətbiqindən ən böyük potensial itkilər Slovakiyada (ÜDM-in 0,8 faizi) İordaniyada (ÜDM-in 0,6 faizi) və Macarıstanda (ÜDM-in 0,4 faizi) qeydə alına bilər. Qeyd edək ki, Slovakiya və Macarıstanın ABŞ-yə ixrac etdiyi əsas məhsullara avtomobillər, avtomobil komponentləri, akkumulyatorlar və elektronika daxildir. Bu ölkələrin ümumi ixracında ABŞ-ın payı 3-4 faiz təşkil edir. Avtomobil və akkumulyator ixracında ABŞ-ın payı isə ümumi ixrac həcminin təxminən 7-12 faizinə bərabərdir. Eləcə də digər əhəmiyyətli itki Almaniya iqtisadiyyatına gözlənilir, ümumi təsir isə ÜDM-in 0,5 faizi həddində ehtimal olunur. Almaniyanın ABŞ-a ixracında da əsas mallar avtomobil və maşınqayırma sənayesidir. Avropa İttifaqı ölkələrindən Çexiya, Estoniya və Latviyanın da ticarət rejiminin təsirlərinə məruz qalacağı istisna deyil.
Çin üçün təsirlər
Çin üçün isə təsirlər təxminən ÜDM-in 2,5 faizi səviyyəsində qiymətləndirilir. Çinin ixracının 13 faizə bərabər olduğu ABŞ-da mal çeşidlərinin strukturu hədsiz genişdir, sənayedən müxtəlif məişət mallarına qədər çeşidlər ticarət zənbilində yer alır. 2001-ci ildə ABŞ ilə azad ticarət sazişi imzalayaraq qaydalara riayət etməklə bu ölkənin bazarına demək olar ki, tam rüsumsuz giriş əldə edən İordaniya da ticari risklərdən sığortalanmayıb. ABŞ-a ixracı əsasən zərgərlik məmulatları və geyimdən ibarət olan İordaniyanın ÜDM-nin 5,7 faizi, ümumi ixracatının isə təxminən 23 faizi superdövlətlə bağlıdır.Bu ölkənin ABŞ-la ticarət balansının müsbət saldosu isə ÜDM-nin 2,4 faizini təşkil edir.
ABŞ-ın digər ən böyük ticarət tərəfdaşları olan Hindistan və Səudiyyə Ərəbistanın isə müvafiq olaraq ixracatının təxminən 14 və 11,5 faizi superölkəni əhatə edir. Ticari “sanksiyalara” məruz qaldığı halda hər iki ölkənin tekstil və zərgərlik sektorlarında daha çox asılılıq nəzərə çarpa bilər. Amerika qitəsindən isə Meksikanın avtomobil sənayesinin əziyyətlə üzləşəcəyi gözlənilir.
Afrika ölkələri üçün əlavə risklər də gözlənilir
Afrika ölkələrinə gəlincə, Avropa Bankı tariflərin ən böyük potensial təsirinin Kot-d’İvuara sirayət edəcəyini proqnozlaşdırır. Seneqal isə tekstil məhsulları üzrə ixracda çətinliklər yaşaya bilər. Bu region üçün əlavə risk Afrika Artım və İmkanlar Aktının (AGOA) dayandırılması ilə bağlı gözlənilir. Belə ki, AGOA şərtlərinə əsasən, 30-dan çox Afrika ölkəsi ABŞ bazarına rüsumsuz girişlə təmin olunur ki, aktın hüquqi qüvvəsi 2025-ci ilin sentyabrında başa çatır. Amerikanın güzəşt aktının yenidən artıracağı barədə ümidlər çox azdır.
AYİB ekspertlərinin qənaətinə görə, ümumilikdə, ABŞ-ın gömrük proteksionizmi üzrə qiymətləndirmələr qlobal təchizat zəncirlərinə dolayı təsir göstərəcək və ticarət axınlarını dəyişiklikliyə uğradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

