Nəqliyyat-logistika habının etibarlı tərəfdaşı
27.05.2025 [10:29]
Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana həvalə edilib
Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti keçirilib. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbirdə 80-dən artıq ölkədən 1200-dən çox iştirakçı qatılıb. “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunmuş sammitdə tədbir üzvləri təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib. O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın regional nəqliyyat layihələrindəki fəal iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ bölgəsində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa işləri çərçivəsində müasir magistral yolların, hava limanlarının tikintisinə və şəhər infrastrukturunun yenidən qurulmasına böyük həcmdə sərmayə yönəldilib. Bu da regionun dirçəlməsi və nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə 2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb. Belə bir mötəbər forumun rəhbərliyinin Azərbaycana həvalə edilməsi bir daha respublikamızın regionda nəqliyyat marşrutlarında etibarlı tərəfdaş olmasını, bölgənin logistika xəritəsində mühüm yerini təsdiqləyir.
Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkə olsa da, Mərkəzi Asiya ilə müxtəlif logistika-kommunikasiya xətləri ilə bağlantıları var. Xəzər dənizi bu bölgə ilə Azərbaycanı ayırsa da, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən möhkəm körpülər qurulub. Orta Dəhliz bu coğrafiyaları sıx birləşdirməklə, həm də bütün tərəfdaşların öz nəqliyyat infrastrukturlarını, tranzit xətlərini yeniləşdirmək, müasir kommunikasiya xidmətləri qurmaq üçün də tələbatlar yaradıb. Nəticədə, ötən əsrin ortalarında qurulmuş köhnə logistika və nəqliyyat qovşaqları yenidən qurularaq ən modern xidmət səviyyəsini təmin etməyə imkan verir və həyata keçirilən daşınmaların tezliyi, səmərəliliyi, iqtisadi rentabelliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Asiya və Avropa arasında möhkəm körpülər
Azərbaycanın nəqliyyat infrastrukturu tam qlobal logistika tələbatlarına uyğun müasirləşdirilir, dəniz limanları, gəmiqayırma zavodu, dəmir yolu müəssisələrinə yatırılan böyük investisiyalar xüsusi önəm daşıyır. Orta Dəhlizə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttini modernləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünü artırıb, qonşu ölkələrlə nəqliyyat bağlntılarının çevikliyini təmin edib. Nəticədə son illərdə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin həcminin artması qeydə alınıb.
Hazırda Orta Dəhlizdə yer almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinin təklifləri dayanmadan artır. Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlanacağını vurğulayıblar. Eləcə də digər Aİ ölkələrinin bu nəqliyyat ailəsinə qoşulması çoxşəbəkəli habın əhəmiyyətini daha da artırır.
Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta və ya TransXəzər Dəhlizinin fiziki-coğrafi sxemi nəhəng bir geoiqtisadi platformaya çevrilir.
“Şimal-Cənub” və Orta Şərq nəqliyyat coğrafiyasında yeni reallıqlar
Azərbaycan, həmçinin digər mühüm dəhliz - “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir. Respublikamızın yerləşdiyi əlverişli və strateji mövqe bu nəqliyyat qovşağının da hərəkətliliyinin artması fonunda imkanlarını davamlı şəkildə böyüdür. Azərbaycanın “Şimal-Cənub” nəqliyyat alyansını yaratdığı ölkələrlə sıx iqtisadi-ticari münasibətləri, birgə enerji-nəqliyyat proqramları sözügedən nəqliyyat dəhlizinin də qlobal əhəmiyyətini artırır.
Azərbaycan, həmçinin birləşdirici və rifahyaradıcı aktor kimi Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında sıx kommunikativ təmasları möhkəmləndirir. Həmin bölgə ölkələri ilə qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələrin qurulması yeni iqtisadi təşəbbüslərin, ticari qapıların da açılmasını təşviq edir, müxtəlif investisiya layihələri üzərində fəal işləkliyi artırır. Respublikamızın KƏŞ blokunda yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Birgə fəaliyyət kursu aparıcı iqtisadi sektorları, o cümlədən energetika, bərpaolunan enerji, nəqliyyat, logistika, turizm, xidmət sahələrini inkişaf etdirmək üçün münbit şərait yaradır. Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunun yaradılması isə bu inteqrasiyanın daha da güclənməsinə davamlı töhfələr verəcək.
Beləliklə, Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyin Azərbaycana təhvil verilməsi bölgədə yeni nəqliyyat-enerji qovşaqlarında birgə əməkdaşlığın güclənməsi, qlobal tərəfdaşlarla sıx inteqrasiyaların dərinləşməsi, bütün ölkələrin logistika təhlükəsizliyi, sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

