Büdcə xərclərinin icrasında müsbət dinamika...
28.05.2025 [10:34]
Hesablama Palatası “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib
Hesablama Palatası (HP) “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib. Rəydə bildirilir ki, ötən il ölkə iqtisadiyyatında qeydə alınan müsbət dinamika fiskal yığımlarda əhəmiyyətli artımları təmin edib. İqtisadiyyatın artımında əsas qeyri-neft-qaz sektoru aparıcı mövqe tutub, qeyri neft-qaz sektoruna daxil olan bütün sahələrdə real artım müşahidə edilib, müvafiq dövr üzrə əksər strateji hədəflərə nail olunub. Qeyri neft-qaz sahələrində 85 milyard 712,4 milyon manatlıq əlavə dəyər yaradılıb ki, bu da əvvəlki ilə nisbətdə 6,2 faiz artım deməkdir.
Qeyri-neft-qaz sahələrinin hər biri üzrə real ifadədə artım qeydə alınıb, əsas töhfə isə nəqliyyat, digər xidmətlər və tikinti sahələrindən formalaşıb. Əsas artım mənbələri əsasən dövlət idarəetməsi və müdafiə, həmçinin daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti hesabına təmin olunub. Nəticədə iqtisadi artım mənbələri dövlət büdcəsinin fiskal yığımlarının da böyüməsini təmin edib. Fiskal orqanlar tərəfindən büdcəyə ödənilən vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat olub ki, bu da təsdiq edilmiş illik proqnozu 2,1 faiz üstələyib. Nəticədə vahid xəzinə hesabında sərbəst qalıq 1 milyard 837,8 milyon manat təşkil edib.
Ötən il 21,4 milyard manat investisiya qoyulub
2024-cü ildə ölkəmizdə investisiya aktivliyi müşahidə edilib ki, bu prosesdə dövlətin sərmayə fəallığı xüsusi rol oynayıb. Hesabat ilində dövlət investisiyaları nominal ifadədə 10,1 faiz artıb. 21 milyard 435,1 milyon manata bərabər olan əsas kapitala yatırılan investisiyaların çəkisində dövlət sektorunun payı 61,1 faizə yüksəlib. Dövlət investisiyalarının artımı tikinti sektorunda əlavə dəyərin artımına təkan verib, bu sektor iqtisadi artıma yüksək töhfəsi ilə seçilib. Ümumilikdə, əsas kapitala investisiyaların müxtəlif qruplar üzrə bölgüsünün təhlili qeyri neft-qaz sektorunun, daxili investisiyaların və dövlət sektorunun investisiyalara töhfə verməsi fonunda neft-qaz sektoru, xarici investisiyaların və qeyri-dövlət sektorunun investisiyalara azaldıcı təsir etdiyini göstərib.
Yeri gəlmişkən, ötən il ölkənin ali iqtisadi prioritet sənədlərindən biri olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının maliyyə təminatı üçün 6 milyard 390 milyon manat vəsait sərf olunub. Vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib.
Dövlət qurumları öz vəsaitləri ilə azad ərazilərdəki quruculuğa töhfə verir
2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı, müvafiq dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib. Təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsi mümkün olan bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə üstünlük verilib. Ötən ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə, 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən 491,7 milyon manat maliyyələşdirilib.
Dövlət borcunun ÜDM-ə nisbəti azalıb
2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb. Büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380 milyon manat olmaqla ÜDM-ə nisbətdə 21,7 faiz təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki illə müqayisədə isə 0,1 faiz bəndi azdır. Müvafiq göstəricinin əvvəlki illə müqayisədə azalması ÜDM-in artımı ilə əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənib. ÜDM-dəki nominal artım tamamilə qeyri neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan formalaşıb. Hesabat ilində xarici dövlət borcu 2 milyard 263,5 milyon manat azalıb.
Valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib
Maliyyə naziri Sahil Babayev bildirib ki, ötən il büdcə xərclərinin icrası müsbət dinamika ilə aparılıb. Milli valyutanın sabitliyi qorunub saxlanılıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlər qeydə alınıb. Cari ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bu göstərici ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir.
Dövlətin ehtiyatlarının artması və fiskal intizamın qorunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidənqurma işləri davam etdirilib, müdafiə sahəsində vacib alışlar həyata keçirilməklə bütövlükdə, iqtisadi sabitlik təmin olunub. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır və bu, ölkənin gələcək maliyyə dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

