Banklar üçün cəlbedici sektor...
06.06.2025 [09:43]
Qiymətli kağızlar bazarında əməliyyatların sayı 2 dəfədən çox böyüyüb
2025-ci ilin birinci rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 17 milyard 896,9 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Mərkəzi Bankın (MB) məlumatına görə, əməliyyatın 640,7 milyon manatlıq hissəsi ilkin bazarda, qalan 17,2 milyard manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 7708 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Yanvar-mart aylarında qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 228,1 milyon manatlıq hissəsi və yaxud 1,3 faizi dövlət qiymətli kağızlarının, 957,6 milyon manatlıq hissəsi və yaxud 5,4 faizi korporativ qiymətli kağızların, 16 milyard 711,2 milyon manatlıq hissəsi və yaxud 93,3 faizi isə repo əməliyyatlarının payına düşüb.
Yatırımlarda liderlik edən banklar...
Ölkə banklarının ticarət və investisiya qiymətli kağızlarına yatırımlarının dinamikasında da son bir ildə artım qeydə alınıb. Son üç ayda qiymətli kağızlara ən çox yatırım edən bankların sırasında Beynəlxalq Bank (BB) liderlik edir. Bank tərəfindən ticarət və qiymətli kağızlara yatırımlar 3 milyard 339,1 milyon manat olub. BB-dən sonra ən yüksək göstərici 3 milyard 81,4 milyon manatla “Kapital Bank”a məxsusdur. “Paşa Bank”ın qiymətli kağızlara yatırımları isə 2 milyard 171,6 milyon manatı ötüb. “Xalq Bank” 285,5 milyon manatla 4-cü, “Azər Türk Bank” isə 205,5 milyon manatla 5-ci yerdə qərarlaşır. Sonrakı yerdə dayanan “Rabitəbank”ın ticarət və investisiya qiymətli kağızlarına yatırımları 110,1 milyon manata bərabər olub.
Digər ortagəlirli portfelə malik banklardan “Bank of Baku” da aktivlik nümayiş etdirib, bankın qiymətli kağızlara yatırımlarında 71,9 faiz və ya 31,9 milyon manat artım baş verib. “Azər Türk Bank” 46,7 faiz, “Turan?ank” 40,5 faiz, “Paşa Bank” 17,4 faiz, “Yelo Bank” 11,3 faiz artıma nail olub. “AFB Bank”, “Premium Bank” və “Bank Avrasiya”nın qiymətli kağızlara yatırımları ötən ilin ilk rübündə kimi eyni səviyyədə olub. “Azərbaycan Sənaye Bankı” və “Bank Melli İran”ın isə qiymətli kağızlara yatırımları olmayıb.
Faiz gəliri əldə etməyənlər...
Ümumiyyətlə, son illərdə qiymətli kağızlar bazarı banklar üçün cəlbedici sektora çevrilib və davamlı investisiya qoyuluşları müşahidə edilir. Bu bazar həm də bank institutlarının dividentlərinin artımında da mühüm rol oynayır.
2024-cü ildə bank sektorunda qiymətli kağızlardan əldə olunan faiz gəlirlərinin kifayət qədər qənaətbəxş olması bir çox bankın gəlirliliyini artırıb. Məsələn, ötən il Beynəlxalq Bank bu bazardan 140,6 milyon manat qazanaraq ümumi gəlirlərin 11 faizini bu sahədən formalaşdırıb. “Paşa Bank” isə 126,5 milyon manatlıq faiz gəliri əldə edib. Bu, həmin bankın ümumi gəlirlərində 17 faizlik pay deməkdir. Üçüncü yerdə qərarlaşan “Kapital Bank” 85,1 milyon manatlıq gəlir əldə edib, bu isə ümumi gəlirlərdə 6 faizlik pay deməkdir. Qiymətli kağızlar bazarında ən az faiz gəliri qazanan banklar arasında “Bank Avrasiya”, “Yelo Bank” və “Premium Bank” dayanır. Bəzi banklar isə qiymətli kağızlardan ümumiyyətlə heç bir faiz gəliri əldə etməyib. Onların sırasında “Azərbaycan Sənaye Bankı”, “Bank BTB” və “Melli İran Bankı” dayanır. Bu banklar üçün qiymətli kağızlar investisiya mənbəyi kimi cəlbedici görünmür. Ümumilikdə, bank sektoru ötən il qiymətli kağızlar bazarından 430,2 milyon manatlıq faiz gəliri əldə edib ki, bu rəqəm ümumi gəlirlərin 7 faizi deməkdir.
Sığorta təşkilatlarının da investisiyaları artır
Banklarla yanaşı, sığorta təşkilatlarının da dövlət qiymətli kağızlarına investisiyalarında artım müşahidə edilib. İlk sırada dayanan “PAŞA Həyat Sığorta”nın investisiyaları 517 milyon 205 min manata bərabər olub.
Azərbaycanın qiymətli kağızlar bazarının müasir gündəliyində qlobal səhmdarlarla və investorlarla əlaqələrin artırılması, yeni maliyyə alətlərinin, ələlxüsus da “yaşıl səhm və istiqrazlar”ın bu bazara gətirilməsi dayanır. Bu məqsədlə Mərkəzi Bank beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib.
Mərkəzi Bankın “yaşıl taksonomiya” platformasında da yeni səhm alətlərinə üstünlük verilməsi nəzərdə tutulub. Hazırda pilot layihə kimi yerli bank təşkilatlarımız “yaşıl istiqrazlar” emissiya edir. “Rabitəbank” ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 faiz olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb. Eləcə də “Unibank” ASC tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 faiz olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib. SOCAR “SOCAR Green” layihələrinə dəstək məqsədilə “yaşıl istiqrazlar”ın buraxılışını təmin edib, nominal dəyəri 1000 dollar olan istiqrazların illik gəlirliliyi 6 faiz, emissiyanın ümumi həcmi 200 milyon dollar, tədavül müddəti isə 5 ildir.
Xarici maliyyə institutlarını bu bazara gətirmək isə əsas prioritetlərdıən biridir. Azərbaycan bu məqsədlə Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq qurub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14

