İnvestisiya Forumunda nəhəng layihə
24.09.2025 [10:18]
“ACWA Power” şirkəti ilə imzalanmış sazişə əsasən, ərəb şirkəti Xəzər dənizinin suyunu duzsuzlaşdıracaq
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında imzalanıb. “ACWA Power” şirkəti ilə imzalanmış digər sənədlər təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi, Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə və Dövlət Zəmanəti Müqaviləsidir.
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.
“Əks Osmos” texnologiyası
Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədi daşıyır. Əsas hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etməkdir.
Su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişafda önəm kəsb edir. Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.
Dünya ölkələrində dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos” (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr geniş yayılmışdır. Həmçinin ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də duzsuzlaşdırma zavodları fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanda da su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi aktuallaşıb.
Azərbaycan su ehtiyatlarının azlığından əziyyət çəksə də...
Azərbaycan su ehtiyatlarının həcminə görə, region ölkələri arasında ən az resurslara malik olduğundan qarşıdakı illərdə dayanıqlı su fondunun yaradılması ciddi məsələ kimi qarşıda durur. 2024-cü il statistikasına görə, Azərbaycanda yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib. Bu, respublikamızın ən çox sululuq dövrü hesab olunan 1960-1990-cı illərdəki göstəriciyə nisbətən, 45 faiz azdır. Belə ki, həmin dövrdə ehtiyatlar 30 milyard kubmetr olub. Bu vəziyyət su ehtiyatlarının hesablanması və yeni mənbələrin dövriyyəyə cəlb edilməsini labüd edir. Alternativ su mənbələrindən biri isə dəniz suyunun duzlaşlaşdırılmasıdır.
Məhz bu çağırışlar nəzərə alınmaqla, Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı müvafiq sərəncama əsasən, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi hökumət qarşısında tələb kimi qoyulub.
Dövlət başçısının tapşırığının icrası istiqamətində ötən il müvafiq addımlar atılıb, pilot layihənin həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb. Eyni zamanda, Dövlət İnvestisiya Proqramına əsasən, bu sahəyə xarici investorların cəlb olunması nəzərdə tutulub. 2024-cü ildə elan edilmiş investisiya müsabiqəsinə bir neçə tanınmış xarici investor, o cümlədən dəniz suyunun emalında dünya nəhəngləri olan İsrailin “IDE Water Assets Ltd”, Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri də qatılıb. Qiymətləndirmələrin nəticələrinə əsasən, “ACWA Power” müsabiqənin qalibi seçilib.
Beləliklə, Birinci İnvestisiya Forumunda Səudiyyə Ərəbistanı şirkəti ilə yekun sazişin imzalanması ilə layihənin icrası üçün hüquqi-iqtisadi baza yaranmış oldu.
Gündəlik istehsal gücü 300 min kubmetr
İqtisadiyyat Nazirliyinin məlumatına görə, layihə çərçivəsində ərəb investoru tərəfindən qoyulacaq sərmayələr hesabına Sumqayıt Kimya Sənaye Parkında gündəlik istehsal gücü 300 min kubmetr su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək. Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfə verəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir. “ACWA Power”ın portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 98 milyard dollar təşkil edir və şirkət 69 GVt enerji istehsalı və gündəlik 8 milyon kubmetr suyun duzsuzlaşdırılması gücünə malikdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30

