Yeni sosial yığım mənbəyi - özəl pensiya fondları
25.09.2025 [09:58]
Fondun yaradılması vətəndaşlara iki mənbədən pensiya kapitalı formalaşdıracaq
Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində qanunvericilik bazası hazırlanır və razılaşdırma mərhələsindədir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, layihə sənədinin parlamentin payız və ya gələn ilin yaz sessiyasında təqdim olunacağı gözlənilir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırlanmış “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi aidiyəti qurumlar tərəfindən də müsbət rəy alıb. Hazırda müvafiq qurumlarla birlikdə müzakirə edilən qeyri-dövlət (özəl) pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması ilə bağlı məsələlər üzərində yekun iş aparılır. Həmin qurumların yekun rəy və təklifləri nəzərə alınmaqla layihə son təkmilləşdirmələrdən sonra parlamentə təqdim ediləcək.
Özəl pensiya fondları nədir?
Özəl pensiya fondlarının yaradılması sığorta-pensiya sisteminin yeni inkişaf konsepsiyası ilə bağlı sənəddə nəzərdə tutulan prioritetlərdən biridir. Əsas məqsəd işləyənlərin fərdi uçot sistemi bazasının genişləndirilməsi, pensiya təyinatı zamanı sığorta hesabında toplanmış vəsaitlərin şaxələndirilməsi və digər maliyyə təyinatlı fondlarda toplanmasıdır. Bu siyasətə uyğun olaraq Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ-hüquqi sənəd hazırlanmasına qərar verilib.
Özəl pensiya fondları qeyri-dövlət pensiya fondudur və beynəlxalq təcrübədə neçə illərdir ki, geniş istifadə edilir və alternativ pensiya yığımıdır. Bu cür fondlar sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.
Özəl fondlarla dövlət fondlarının fərqi könüllülük prinsipinə söykənməsidir. Fond və vətəndaş arasında imzalanan müqavilə şərtlərinə uyğun olaraq onun hər ay maaşının və yaxud gəlirlərinin bir hissəsindən köçürdüyü pullar alternativ pensiya yığımına çevrilir. Həmin vəsaitin hansı faiz və şərtlərlə və neçə müddətə geri qaytarılması tərəflərin razılaşmasından asılıdır. Bir çox ölkələrdə bu rəqəm 12-15 il arasında müəyyənləşir. Bundan aşağı olan müddət çərçivəsi də var.
Özəl pensiya fondlarına toplanan vəsaitlər təyinatına görə, bəzi hallarda bank depozitlərinə bənzəyir. Çünki banklara da vətəndaş pul qoyur və divident əldə edir. Ancaq fondun təminatlı vəsaitləri ilə bank dividentləri arasındakı fərq onun birbaşa sosial məzmunlu olmasıdır. Belə ki, fonda toplalan pullar aylıq və ya illik geri qaytarılmır, ödənilən vəsaitin məbləğinə görə, hər arataraq kapital yığımına çevrilir, bu vəsaitlər inflyasiya və s. amillərə görə, sığortalanaır. Eləcə də özəl fondlarda kapitalın qorunması riskləri idarə olunur, vətəndaşın pensiyasının gəlir artımı baxımından yaxşılaşmasını təşviq edir.
Dünyada 300-dən çox özəl pensiya fondu fəaliyyət göstərir
Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Amerika və Asiyada da fərdi pensiya fondlarının fərqli modelləri mövcuddur. Ümumilikdə, dünyada 300-dən çox özəl pensiya fondu mövcuddur ki, onların toplam idarə olunan aktivləri təxminən 24 trilyon ABŞ dolları təşkil edir. Dünya ölkələrində tətbiq edilən fərdi pensiya modelləri ümumi olaraq bir mexanizmə əsaslanır, bu da vətəndaşların aylıq gəlirlərinin bir hissəsinin divident xarakterli yığımlara yönəldilməsidir. Beynəlxalq təcrübəyə əsasən, özəl pensiya fondları vəsaitlərin saxlanması ilə bağlı yüksək faiz dərəcələri təklif edir. Yəni banklarda olduğu kimi onlar depozitlər və müxtəlif investisiya layihələri təqdim edərək pensiya alanların gəlirlərini artırmağa imkan yaradır. Belə ki, vətəndaşlar hər ay maaşlarından ödədiyi sosial sığorta haqqından əlavə, təxminən 1-2 faiz intervalında pullarını həmin fonda köçürürlər. Özəl fondlar həmin vəsaitləri investisiya məqsədilə yığır və müxtəlif iqtisadi sahələrə sərmayə, maliyyə investisiyası kimi yönəldir, dividentlər əldə edir. Həmin dividentlər illər üzrə yığılır və bankdakı əmanət hesabı kimi formalaşaraq təqaüdçülərə pensiya yaşında geri ödənilir. Müqavilə şərtlərinə uyğun, fonda pul qoyan şəxs pensiya yaşına çatmasa , həmin kapital dərhal onun varislərinə ötürülür. Varis o pulu birdəfəlik və ya hissə-hissə götürə bilir. Bu isə təqaüdçülərin daha yüksək pensiya almasına şərait yaradır.
Həmçinin özəl pensiya fondları vasitəsilə dövlət büdcəsinin yükünün azalması, həmçinin pensiya artımlarının indeksasiyasına əlavə müsbət təsirlərin olması mümkündür.
Dövlətin sosial vergisindən qaçmaq olmaz
Ölkəmizdə özəl pensiya fondunun yaradılması vətəndaşların iki mənbədən - həm dövlət, həm də özəl fondlar vasitəsilə kapital yığımı təmin etməklə daha etibarlı və böyük pensiya vəsaiti almasına imkan yaradacaq. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşdırmaqla yanaşı, DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Özəl pensiya institutu kommersiya strukturudur və ona görə də bu fondun fəaliyyətə başlaması o demək deyil ki, vətəndaşlar icbari sosial sığorta haqqından azad olunacaqlar, yəni Dövlət Sosial Müdafiə Fonduna aylıq 3 faiz həcmində vəsaiti ödəməyəcəklər. Çünki Dövlət Fondu fərdi uçot sisteminə uyğun olaraq hər bir vətəndaşın gələcək pensiya təminatı üçün öhdəliklərin məcburi ödəniş mənbəyidir. Ona görə də məcburi sosial sığorta haqqından heç kim imtina edə bilməz. Qeyri-dövlət pensiya fondlarının yığımları, yəni sosial sığorta haqları isə məcburi qaydada deyil.
Beləliklə, özəl pensiya fondlarının yaradılması ölkədə pensiya artımının dayanıqlılığını təmin edə, həmçinin pensiyaların indeksasiyasına müsbət təsir göstərə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

