Dayanıqlı iqtisadi artım potensialı yaranıb
30.10.2025 [09:52]
Dünya Bankı ölkəmizlə bağlı Dövri İqtisadi İcmal hesabatı təqdim edib
Dünya Bankı (DB) Azərbaycan üzrə Dövri İqtisadi İcmal hesabatını ictimaiyyətə açıqlayıb. Sənəddə ölkəmizin makroiqtisadi göstəriciləri və perspektivləri barədə ətraflı məlumatlar öz əksini tapıb. Hesabatda son dövrlərdə qeydə alınan iqtisadi meyillərin təhlili və ortamüddətli perspektivlər və risklər üzrə proqnozlara geniş yer verilib. Təqdimat mərasimində çıxış edən DB-nin Azərbaycan üzrə böyük iqtisadçısı Nadir Ramazanov bildirib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl və iradəli islahatlar biznes sektorunda mühüm inqilabi dəyişikliklərə səbəb olub, iqtisadi artım və maliyyə dayanıqlılığı güclənib. Son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirən Azərbaycan əhəmiyyətli iqtisadi, biznes, vergi islahatları ilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə töhfələr verib.
N. Ramazanov vurğulayıb ki, son illərdə Azərbaycanda əhəmiyyətli vergi islahatları həyata keçirilib, əmək münasibətlərində şəffaflığın artırılması və qeyri-rəsmi məşğulluğun azaldılması təşviq olunur. Dövlət müəssisələrinin idarəçiliyində də mühüm irəliləyişlər əldə olunub, o cümlədən əsas dövlət korporasiyalarında ilk dəfə olaraq müşahidə şuralarının və idarə heyəti komitələrinin yaradılması təmin edilib.
Rəqabət Məcəlləsi azad bazar üçün geniş meydan açıb
2024-cü ildə qəbul edilən Rəqabət Məcəlləsi mühüm sənəd kimi rəqabətə dair əsas qaydaları və tənzimləmələri özündə əks etdirməklə, azad bazar institutları üçün geniş meydan açıb. Sənəd azad rəqabət mühitinin təmin olunduğu qabaqcıl Avropa ölkələrinin mövcud təcrübəsinə əsaslanmaqla hazırlanmaqla, biznes assosiasiyalarının və sahibkarların niyyət və baxışlarını əks etdirir. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıbdır ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir. Bir sözlə, Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etməkdədir. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkanlar yaradır.
Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini gücləndirib
DB-nin Azərbaycan üzrə böyük iqtisadçısı onu da qeyd edib ki, reallaşdırılan iqtisadi islahatlar Azərbaycanın Cənubi Qafqazda strateji mövqeyini gücləndirib, zəngin enerji resurslarından daxil olan gəlirlərin şaxələndirilməsi güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib. Hökumətin makroiqtisadi sabitliyə yönəlmiş müdrik yanaşması ölkənin qlobal şoklara, o cümlədən 2015-ci ildəki neft qiymətlərinin çöküşü və COVID-19 pandemiyası kimi ağrılı sınaq dövrlərində təhdidlərə güclü müqavimət göstərməklə iqtisadi dinamikaya səbəb olub. Nəticədə fiskal və xarici ticarət profisitləri, aşağı dövlət borcu və əhəmiyyətli makroiqtisadi ehtiyatları üzrə resurslar qorunub saxlanılıb. Son təhlillər göstərir ki, həmin iqtisadi kursa söykənən siyasət tədbirləri sayəsində ölkədə müasir iqtisadi mühit daha da güclənib, qeyri-neft resurslarının təməllərinə əsaslanan resurs bazası genişlənib. Bu iqtisadi islhataların nəticəsində 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2 faizlik daralmaya baxmayaraq, qeyri-neft sektorunda artım 3,9 faizlik artım iqtisadi potensialın və əlavə dəyərin böyüməsini təmin edib. Hazırda tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyətləri, eləcə də kənd təsərrüfatı və turizm sahələrindəki imkanlar xarici və fiskal balansların əhəmiyyətli profisitlərlə saxlanılmasına imkan yaratmaqdadır.
Ən yaxşı islahatçı ölkələr sırasında
Azərbaycanda aparılan islahatlar Dünya Bankının dərc etdiyi “Doing Business” hesabatlarında da təqdir olunub və respublikamız ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib. “Biznesə başlama” və “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Hesabata əsasən bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) - 2 günə bərabərdir. Həmçinin, ölkəmiz “Vergilərin ödənilməsi” indeksi üzrə də MDB məkanında ilk yerlərdən birini tutub. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir. Ötən dövr ərzində ölkəmizdə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, nəticədə həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib.
İnflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalacaq
Dünya Bankının ekspertlərini icmal sənədində Azərbaycanın gələcək iqtisadi artımı ilə bağlı proqnozları da nikbindir. Qeyd edilir ki, iqtisadi artımın 2025-2027-ci illər arasında orta hesabla 1,7 faiz səviyyəsində qalacağı gözlənilir. Bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalacaq. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuru sayəsində təmin olunacaq. Özəl sektorun potensialından faydalanmaq üçün növbəti islahatların vacibliyini dəyərləndirən hökumətin azad bazarın inkişafı üçün bərabər rəqabət mühitini təkmilləşdirməsi, maliyyə resurslarına çıxışı genişləndirməsi və digər addımlar əlavə dəyərin qeyri-dövlət resursları üzərində uzunmüddətli inkişafını daha da böyüdə bilər.
Tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, sahibkarların hüquqlarının qorunması istiqamətində atılan addımlar, rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13

