Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın yeni beşillik inkişaf ssenariləri…

Azərbaycanın yeni beşillik inkişaf ssenariləri…

14.11.2013 [17:15]

Xalqın böyük etimad və etibarını qazanaraq növbəti dəfə dövlət başçısı postuna seçilən Prezident İlham Əliyev qarşıdakı dövr üçün fəaliyyət proqramını, Azərbaycanın daha 5 illik inkişaf platformasının başlıca hədəflərini açıqladı. Dövlət başçısının andiçmə mərasimində bəyan etdiyi islahatların ana konturları , inkişaf ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimullu fundamental konsepsiya təsiri bağışladı. Bu konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan, sosial dövlət-sosial cəmiyyətin inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir. Bir sözlə, ölkə başçısı cəmiyyətə Azərbaycanın gələcək obrazını canlandıran milli inkişaf trendlərinin mesajını verdi. 
Respublikamızda yeni dövrün inkişaf qanunauyğunluqları nəzərə alınmaqla çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdıran Prezident İlham Əliyev Prezident İlham Əliyev ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi və iqtisadi islahatların dönəməzliyinin təmin edilməsi, yeni reformalar kursunun həyata keçirilməsi davamlı və çoxkomponentli proses hesab edir və qarşıdakı mərhələdə bu istiqamətdə tədbirlərin sürətləndirilməsi əsas planlardandır. Prezident İlham Əliyev qarşıdakı 5 ildə islahatların başlıca təminatçısı və möhkəm zəmini hesab edilən sabitlik faktorunun qorunub saxlanmasının, gücləndirilməsinin əsas şərtlərdən olacağını diqqətə çatdırdı. Azərbaycanın dövlət başçısı siyasi və iqtisadi islahatların əsas təməl prinsipi kimi möhkəm sabitliyin dönməzliyini vacib sayır, sabitlik indikatorlarının yüksək olduğu cəmiyyətdə inkişafın və islahatların dayanıqlı, eyni zamanda, davamlı xarakter daşıdığını, tərəqqiyə, sosial rifaha impuls verdiyi qənaətindədir. Sabitlik inkişafın altbazası və təkanverici faktoru kimi çıxış edir, dövlətin gücünün artmasında hərtərəfli faktora çevrilir. Azərbaycanın İlham Əliyevlə ötən 10 illik inkişaf tarixi də bu fundamental meyarların siyasi əhəmiyyətini möhkəmləndirmiş olur. Prezident “Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır”fikrini bəyan etməklə dövlətin sabitliyə böyük önəm verdiyini, yaxın və ortamüddətli dövrdə sabitlik və təhlükəsizliyin güclənməsinin başlıca məqsədlərdən olacağını diqqətə çatdırmış olur. 
Azərbaycan Prezidentinin qarşıdakı dövr üçün ictimai-siyasi fəaliyyət platformasının əsas trendləri sırasında humanitarizmin dərinləşməsi ilə bağlı təşəbbüs və səylərin daha da gücləndirilməsi mühüm yer tutur. Bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərlə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirir, humanitar çağırışların yeni müstəvisində təşəbbüskarlığını artırır. Cənab İlham Əliyev hesab edir ki, regionda sabittliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir. Azərbaycanın əməkdaşlıq etdiyi tərəfdaş dövlətlərlə, beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimad qazanması, siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradıb. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Indiyədək Bakıda keçirilən beynəlxalq humantiar forumlar da da məhz bu siyasi-humanitar platformanın təzahürüdür. Prezident İlham Əliyev bildirir ki, Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. “Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir”. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən Azərbaycan hökuməti bu sosial, mədəni, humanitar platformanı genişləndirməyi əsas niyyət və məramlarından hesab edir. 
Növbəti beş ildə xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın formatının daha da genişləndirilməsi, yeni fəal tərəfdaşlıq modullarınını tətbiq olunması strateji hədəflərdəndir. Bu siyasət Azərbaycanın milli enerji təhlükəsizliyinin təminatının timsalında həyata keçiriləcək. “Mən Prezident kimi bunu təmin edəcəyəm. Əlbəttə, bu gün neft strategiyasının icrası nəticəsində beynəlxalq, regional əməkdaşlıq da yeni bir formada özünü göstərməkdədir. Regional və beynəlxalq əməkdaşlıqda Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da etibarlı tərəfdaş kimi öz rolunu oynayacaqdır” bəyanatı ilə çıxış edən İlham Əliyev milli enerji siyasətini milli təhlükəsizliyin əsas komponenti hesab edir, eyni zamanda, tərəfdaşlarla enerji əməkdaşlığında strateji marqlarımızı ana xəttə çevirir. Azərbaycan enerji amilindən spekulyativ məqsədlər üçün istifadə etmir, qarşılıqlı və sıx əməkdaşlığı məqsəd seçir, partnyorlarının ehtiyaclarınan ödənilməsinə üstünlür verir, bölgədə genişşəbəkəli əməkdaşlıq dəhlizinin möhkəmlənməsinə nail olur. Respublikamız neft və qaz faktorundan xarici ölkələrin daxili siyasətinə müdaxilənin tamamilə əleyhinədir və bunun öz diversifikasiyası zamanı biruzə vermiş olur. 
Real mənzərə bundan ibarətdir ki, Azərbaycan özünün mükəmməl enerji diplomatiyası ilə bütün dünya ölkələrini birləşdirməyə nail olmaqda, regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Mərkəzi Asiya-Xəzər-Qara dəniz-Baltik enerji dəhlizinin ən başlıca komponenti olmaqla dünyanın enerji xəritəsində mühüm geosiyasi yer tutan Azərbaycan qarşıdakı illərdə bu coğrafiyanın yeni nöqtələrini - Trans Anadolu Qaz Boru Kəməri, Trans Adriatik boru kəməri (TAP ) layihəsini reallaşdırmaqla dünyanın enerji xəritəsinə yeni ştrixlər əlavə etmək iqtidarındadır. 
Təbii ki, neft siyasəti iqtisadiyyatın hərarətlənməsinə impuls verir, qeyri-neft iqtisadiyyatının çoxşaxəli inkişafına zəmin yaradır. Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafının birbaşa qeyri-neft sektorundan qaynaqlanacağını, neftdənkənar sahələrin canlandırılması üçün konkret planların həyata keçiriləcəyini də bəyan etdi.” Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir” deyən ölkə başçısı qeyri-neft sektorunun uzunmüddətli inkişaf konsepsiyasının əsas seqmentlərini də açıqlayıb. Həmin perspektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrdir. 
Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominatlığını möhkəmləndirməkdən ibarətdir. XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verəcək və ölkəmizin sərmayə mənbələri sırasında qeyri-neft məhsulları xüsusi paya malik olacaq. Qarşıdakı illərə dair sosial-iqtisadi inkişaf indikatorlarına əsasən, neft sektorunun payı 52,4 faizdən 22,4 faizə düşəcək. Bu dövrdə qeyri-neft sektorunun payı müvafiq olaraq 47,6 faizdən 77,6 faizə qədər artacaq. 
İnnovativ iqtisadiyyat elmi biliklərə əsaslandığından elmin, informasiya-kommunikasiya texnologiyalarının rolunun artırılması da qarşıdakı dövrün başlıca prioritetlərindəndir. Dövlətin ən zəngin resursaları onun milli sərvətləri ilə yanaşı, elmi kəşfləri, elmi innovasiyaları hesab olunur. Milli sərvət o vaxt ölkənin inkişafının, iqtisadiyyatının hərəktverici qüvvəsi sayılır ki, onun altqatı intellektual mülkiyyətə, milli elmi idraka, insan kapitalına söykənərək intibah edir. Azərbaycanın ümumi strateji inkişaf doktrinası da məhz bu ana tezislərin təşəkkül tapmasında özünün real təcəssümünü nümayiş etdirməkdədir.Cənab İlham Əliyev hesab edir ki, yeni əsrin ilk onilliyi dünya iqtisadiyyatının inkişafının əsas meyarları kimi modern kəşflərin, ixtiraların, innovasiyaların, kreativ iqtisadi strategiyanın tətbiqinin genişlənməsi üçün qızıl dövrdür. Çıçrayışlı inkişafın, sürətli realizasiya olunan layihələrin də məhz altbazisi fenomenal insan kəşfləri, ideyaları ilə əlaqədardır. Müasir sənaye iqtisadiyyatının inkişafını, onun ideya və platformasını biliklərə əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. 
Qarşıdakı dövrdə iqtisadi siyasətinin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasətin əsas bazislərindən biridir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra ieyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. 
Cənab İlham Əliyevin tətbiq etdiyi milli inkişaf modeli iqtisadi mahiyyətinə görə, sosial dövlət prinsipinə əsaslanır və bu modelin alt qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata bağlıdır. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin aradan qaldırılmasına və son nəticədə sosial rifahın yüksəldilməsinə hesablanıb. Bu, eyni zamanda, dövləti iqtisadi gücünün artımı əsasında yeni demokratik cəmiyyətinin qurulmasına kömək edir. 
2003-cü ildən başlayaraq respublikamızda intibahın yeni həmlələri inkişaf dinamikasının sürətlənməsi fonunda sosial sahədə nəzərəçarpacaq dəyişiklilərin baş verməsinə fundamental baza yaradıb. Ötən onillik iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verməsi, əməkhaqlarının artımımn davamlı xarakter alması, iqtisadi və sosial sahələrdə çalışan işçilərin sosial yüksəlişinin təmin olunması və digər sosial indikatorların qeydə alınması ilə yadda qalıb. İlham Əliyevin 10 illik prezidentlik fəaliyyəti dövründə ölkədə orta aylıq əmək haqqı 6 dəfəyədək artıb. Hazırda ölkədə orta aylıq əməkhaqqı 410 manatdan yuxarıdır. Müqayisə üçün, qeyd edək ki, 2003-cü ildə orta aylıq əməkhaqqı nominal ifadədə 77 manat idi. Hazırda Azərbaycan orta əmək haqqı səviyyəsinə görə MDB-də Rusiya və Qazaxıstandan sonra üçüncüdür. Eyni zamanda, 10 il əvvəl 9 manat səviyyəsində olan minimum əməkhaqqı son 105 manatadək artırılıb. Nominal ifadədə minimal əməkhaqqı 10 dəfədən çox artıb, inflyasiyanın səviyyəsi isə 10 il ərzində 2 dəfədən çox yüksəlib. Əsas sosial tədbirlərdən biri də pensiyaların baza hissəsinin artırılaraq 100 manata çatdırılmasıdır. Ümumiyyətlə, son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artırılaraq 18,4 manatdan 170 manata, pensiyaların minimum məbləği isə 7,1 dəfə artaraq 14 manatdan 100 manata çatdırılıb. Yaşayış minimumu ölkə üzrə 116 manat səviyyəsinə , ehtiyac meyarının həddi 93 manata çatdırılıb, işləməyən əhaliyə dövlət tərəfindən təyin olunmuş sosial müavinətlərin həcmi artırılıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddi əmsalını ötüb. 
Beləliklə, sosioiqtisadi modernləşmə prosesi həyatın bütün sahələrini əhatə etdiyi üçün onun əhatə dairəsi kompleks xarakter daşıyır və 2018-ci ilədək innovasiya təyinatlı sosial proqramların icrası, sosial dövlətin formalaşması bütün iqtisadi-sosial sferalarda yüksək rifahin təşəkkül tapmasına səbəb olacaq. 2013-2018-ci illərdə inkişaf doktrinasının əsas şaxələrindən biri regionların tarazlı inkişaf coğrafiyasını genişləndirmək, bölgələrdə istehsalın səviyyəsini və müəssisələrin sayını artırmaq, liberal və maliyyə baxımından özünü təsdiqləyən milli istehsalçıların sırasının çoxalmasına çatmaqdır. Bu, iqtisadi tablonunu əsas mahiyyəti həm də, istehsal şəbəkəsinin çoxvektorluluğu fonunda aktiv məşğulluğun stimullaşdırılması, orta və yüksək gəlirli iş yerlərinin yaradılması sayəsində işsizliyin, yoxsulluğun aradan qaldırılmasından ibarətdir. Prezident Ilham Əliyev ölkədə iş yerlərinin yaradılması strategiyasını iqtisadi siyasətin əsas təməl nöqtələrindən biri kimi müəyyən edib və bu strateji xətt son 10 ildə hər ay dinamik templə davamlı xarakter alıb. Respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib və nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər baş verib. Dövlət başçısının vurğuladığı kimi son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. Prezident bununla kifayətlənmir, daha yüksək hədəflərə çatmaq niyyətindədir: “İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək”. 
Ümumiyyətlə, yeni iş yerlərinin bölgələrdə yaradılması sosial məna daşımaqla yanaşı, infrastruktur layihələrinin paytaxtadan bölgələrə daha çox yönlənməsinin təmin edir, insanların rayonlara axınını sürətləndirir, həm də, ictimai factor olaraq Bakı şəhərinin yüklənməsinin qarşısını alır. Insanların bir neçə il əvvəl işləmək üçün daha çox paytaxta axını baş verirdisə indi, sənayeləşmənin geniş vüsət alması ilə əlaqədar olaraq Gəncə, Zaqatala, Şəki, Qəbəbə, Quba, Balakən, Lənkəran, İsmayıllı, Xaşmaz, Şirvan, Şamaxı kimi bölgələrə axın yüksəlir. Bu şəhərlərdə, eyni zamanda, onların yaxınlığındakı rayonlarda iri sənaye komlekslərinin inşası insanların işlə təmin olunması fonunda ümumi işsizlik probleminə son qoyulmasına töhfə verir. İqtisadiyyatda və dövlət idarəetmə sistemində ən son yeni innovativ texnologiyaların tətbiq olunacağını hədəfləyən ölkə başçısı başlıca prioritet kimi şəffaflığın möhkəmlənməsi üçün güclü siyasi iradə nümayiş etdiriləcəyini bildirdi. Şəffaflığın əsas parametri kimi isə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacağını, bu sahədə barışmaz mövqe tutulacağını qeyd etdi: “Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır”. 
Cənab Prezidentin ali məqsədlərindən biri olan şəffaflığın bütün sektorlarda daha da gücləndirilməsi üçün qarşıdakı illərdə genişmiqyaslı tətbirlərin görüləcəyi şəksizdir. Məlum olduğu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ölkəmizin strateji məqsədlərindən biri kimi strateji yer tutur. Antikorrupsiya tədbirləri ümumi iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan hökumətinin şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə aparılması sahəsində güclü iradəsi var və bu istiqamətdə ardıcılı şəkildə atılan addımlar bunun əyani sübutudur. Ölkəmiz qeyd olunan sahədə daha təkmil qanunvericilik bazasının yaradılması, beynəlxalq konvensiyalara qoşulmaqla qanunvericilik bazasının möhkəmləndirilməsi sayəsində korrupsiyaya qarşı mübarizənin güclənməsinə səbəb olub. 
Bu istiqamətdə siyasi iradəyə malik olan hökumət ötən il qəbul olunmuş «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» çərçivəsində işləri daha da gücləndirməyi hədəf seçib. Bu sənəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə dövlət qurumlarının fəaliyyətinin daha səmərəli təşkili, anti-korrupsiya tədbirlərinə vətəndaş cəmiyyətinin və digər strukturların cəlb olunması və digər tədbirlər nəzərdə tutmaqla tətbirlərin davam etdirilməsinə qarşıdakı illər üçün güclü zəmin yaradır. 
Onu da qeyd edək ki, korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi ölkənin milli inkişafının sürətlənməsinə təkan verən başlıca amillərdəndir. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur. Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığa başlamaqla bu istiqamətdə daha genişmiqyaslı tədbirlər həyata keçirmək əzmini göstərir. 
Azad rəqabət mühitinin formalaşması və şəffaflığın təmin olunması iqtisadiyyatın sürətli inkişafına stimul verən başlıca faktordur. Bu, həm də iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsi deməkdir. Eyni zamanda, bu amil dövlətin güclü milli iqtisadi təhlükəsizlik şəbəkəsinin yaradılması kimi qiymətləndirilə bilər. İqtisadi təhlükəsizliyin təmin olunması isə bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin güclənməsi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporasiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. Üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir. Göründüyü kimi ölkəmizdə antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir, korrupsiya ilə mübarizənin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini şərtləndirir. Korrupsiyaya qarşı mübarizə tədbirləri strateji məqsədlərdən olub ölkəmizin ümumi iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Yeni inkişaf onilliyinə qədəm qoymuş Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinin artırılması məqsədilə əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsan və neqativ meyillərin aradan qaldırılması iqtisadi təhlükəsizliyimizin mühüm faktorlarından sayılır. Bu məqsədlə dövlət prinsipial məsələ kimi iqtisadi təhlükəsizliyimizə xələl gətirə biləcək halların qarşısının alınması üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi də həmin məqsədlərin əsas təməlləridir. Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını təmin edib. Dövlət başçısı strtateji valyuta ehtiyatlarının yüksək artımı üçün münbit mühitin olduğunu bildirib və yaxın illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artacağına əminliyini gizlətmir. Azərbaycanın strateji valyuta sərvətlərinin yüksək artımı, maliyyə qüdrətinin güclənməsi, gələcək etibarlı təminatı üçün zəngin baza deməkdir. 50 milyard dollardan artıq strateji valyuta ehtiyatlarına malik olan Azərbaycanın rezervlərin idarəedilməsindən əhəmiyyətli şəkildə divident əldə etməsi fonunda maliyyə vəsaitlərini artırmasına zəmin yaradır. 
Azərbaycanın üzunmüddətli inkişaf doktrinasının əsas hədəfləri valyuta sərvətlərini neft və mineral resurslar hesabına formlaşdırmaqla yanaşı, digər vasitələrlə artırmaqdan ibarətdir. Bu sahələrdən ən optimalı və yaxın dövr üçün ümidverici hesab olunanı mövcud ehtiyatların bir hissəsinin beynəlxalq bazarlara səhm, qiymətli kağızlar və daşınmaz əmlaka yönəltməklə irihəcmli dividentlərə sahib olmaqdır. Həmin vəsaitlər sabaha qoyulan sərmayələrdir . Bu starteji qərar isə Azərbaycanın yaxın onillikdə Avropada potensial səhmdar kimi güclənməsi üçün düzgün müəyyənləşdirilmiş iqtisadi platformanın altbazisidir. 
Azərbaycanın yaxın beşillik iqtisadi prioritetləri sırasında xaricə ölkələrin iqtisdiyyatına yatırılan investisiyaların diversifikasiyası, sərmayə layihələrinin miqyasınını genişləndirilməsi mühüm yer tutur. Dövlət başçısının qənaətinə görə, xarici dövlətlərə ivnestisiya qoyuluşları Azərbaycanın iqtisadi gücünü və region ölkələri ilə əlaqələrinin genişliyini təmin edir. Bölgədə potensial iri sərmaəçi kimi çıxış edən Azərbaycanın xarici sərmayə xəritəsində yer alan dövlətlərin sırasına Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Çin, Tailand , Slovakiya ilə yanaşı, uzaq Şərq ölkələri da daxildir. Azərbaycan qarşıdakı mərhələdə həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika,sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəltmək əzmində və maliyyə qüdrətindədir. Hazırda Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 6 milyard dollardan artıqdır, yaxın illərdə bu rəqəmin daha 10 milyard dollar artması gözlənilir. 
Respublikamızın regionda güclü potensial sərmayədar ölkəyə çevrilməsi, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təkan verən əsas amillərdən biridir. Eyni zamanda, hər bir xarici sərmayə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir. Xarici dövlətlərə yatırılan sərmayələr Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və dəyəri milyard dollarlarla ölçülən investisiyalar Azərbaycanın gələcək güclü maliyyə rezervləri hesab olunur.
Aydın Hüseynov
YAP Siyasi Şurasının üzvü
YAP Qaradağ rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 1305 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31