/ / Çinin aparıcı kosmik şirkəti: Bakı İpək yolunun keçmişi ilə gələcəyini birləşdirən əsas halqadır
Çinin aparıcı kosmik şirkəti: Bakı İpək yolunun keçmişi ilə gələcəyini birləşdirən əsas halqadır
27.03.2026 [20:35]
Çinin “Starvision Aerospace” şirkəti Özbəkistanda keçiriləcək Beynəlxalq Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference - STC 2026) hazırlıq prosesinə qoşularaq Bakının tarixi və müasir İpək yolunun əsas qovşaqlarından biri kimi roluna diqqət çəkib.
AZƏRTAC xəbər verir ki, təşəbbüs çərçivəsində şirkət peyk məlumatlarına əsaslanan vizual analiz təqdim edib. Analizin mərkəzində paytaxtın iki simvolik memarlıq abidəsi — Qız qalası və Alov Qüllələri (“Flame Towers”) kompleksi yer alır.
Materialda qeyd olunur ki, İçərişəhərdə yerləşən Qız qalası min ildən artıqdır ki, mühüm tarixi orientir olaraq Böyük İpək yolu marşrutlarının əsas bağlayıcı elementlərindən biri kimi çıxış edir. Müasir Alov Qüllələri isə Bakının dinamik inkişafını, onun enerji və innovasiya mərkəzi kimi mövqeyini simvolizə edir.
“Starvision Aerospace”-in qiymətləndirmələrinə görə, peyk müşahidələri hər iki obyekti şəhərin qədim ticarət mərkəzindən qlobal iqtisadiyyatın müasir habına çevrilməsini əks etdirən vahid vizual və məna landşaftı kimi təqdim etməyə imkan verir.
Qeyd olunub ki, bu cür yanaşma kosmik analitika vasitəsilə İpək yolunun nəqliyyat və iqtisadi əlaqələrinin təkamülünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır.
Ötən il STC 2025 Bakıda keçirilib. Bu il isə STC 2026 Özbəkistanda aparıcı kosmik agentlikləri və elmi təşkilatları, o cümlədən “Uzcosmos”, “Azərkosmos”, “Turkish Aerospace”, Orta Doğu Texniki Universiteti, TÜBİTAK və Qazaxıstanın “Kazakhstan Gharysh Sapary” şirkətini bir araya gətirəcək.
Konfrans çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı, dayanıqlı infrastruktur və Mərkəzi Avrasiyada əməkdaşlığın gücləndirilməsi üçün kosmik texnologiyaların tətbiqi məsələləri müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

