/ / Aydın Hüseynov: Valyuta Fondunun hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb
Aydın Hüseynov: Valyuta Fondunun hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb
11.04.2014 [09:20]
Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadiyyatının İnkişaf Perspektivləri” (“World Economic Outlook”) adlı yeni hesabatını dərc edib. Sənəddə dünya ölkələrinin 2015 və qarşıdakı illərə dair makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentlər təhlil edilib. Sənəddə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı nikbin proqnozlara yer verilib. Hesabatda qeyd edilir ki, gələn il respublikamızda iqtisadi artım 5,2 faiz təşkil edəcək. İnkişaf dinamikası sonrakı illərdə də davam edəcək.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun sözlərinə görə, Valyuta Fondunun yeni hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb. “Hesabatdan da göründüyü kimi Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli-iqtisadi potensialın artırılması, neft sektoru amilinin azalması və qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya və biznes mühitinin yaradılması siyasəti yürüdür. BVF hesab edir ki, respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə müsbət göstəricilər və dayanıqlılıq müşahidə olunur. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifahı yaxşılaşıb. Həyata keçirilən təmkinli və düşünülmüş iqtisadi strategiya respublikamızın siyasi və iqtisadi sabitliyi üçün dərin əsaslar yaradıb, inkişafı sürətləndirib”.
A.Hüseynov qeyd edib ki, BVF-nin ölkəmizlə bağlı yaxın 5 il üzrə proqnozlarında Azərbaycanın regionda ən sabit və dinamik inkişaf edən ölkə olacağı müəyyən edilib. “Valyuta Fondu Mərkəzi Asiya və Qafqaz regionunda ən yüksək inkişaf edən ölkə kimi Azərbaycanın 2015-2019-cu illərdə perspektiv inkişafının ümidverici olduğunu bildirir. Proqnozlara görə, milli məhsulun inkişaf dinamikası ölkə vətəndaşlarının illik gəlirlərinin artımına da şərait yaradacaq. 2014-2017-ci illər ərzində ÜDM-də əhalinin hər nəfərinə düşən pay ən azı 15 faiz artacaq. Yaxın ortamüddətli ssenarilərə görə, 2014-cü ildə ÜDM-in adambaşına həcmi 5,8 faiz artaraq 6,5 min manata, 2015-ci ildə 6,4 faiz artaraq 6,9 min manata, 2016-cı ildə 5,3 faiz artaraq 7,1 min manata, 2017-ci ildə 7,4 min manata çatacaq. Ümumilikdə, 2020-ci ilə kimi adambaşına düşən ÜDM-in 9 min manata catacağı proqnozlaşdırılır. Sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı 3 ildə özəl sektorun çəkisi də əhəmiyyətli dərəcədə artaraq ÜDM-də təxminən 81,8 faizə çatacaq. Azərbaycan həmin dövrdə Cənubi Qafqaz iqtisadiyyatının təxminən 90 faizlik payına sahib olacaq”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan yaxın illərdə iqtisadiyyatın həcminə görə, dünyanın 50 inkişaf etmiş ölkəsi sırasında yer almağı hədəf seçib. Respublikamız ümumi daxili məhsulun həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq üçün iqtisadiyyatı 2 dəfə artırmağı planlaşdırır. Mövcud iqtisadi artım və ssenarilər onu göstərir ki, hər il ÜDM-in 5-6 faizlik artım dinamikası nəzərdə tutulan həddə çatmağa imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

