/ / Qubadlı rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş şura iclası keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş şura iclası keçirilib
19.04.2014 [14:03]
Dünən Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirilib. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqinin əsas müddəalarını bir daha diqqətə çatdırıb.
Bildirilib ki, ilin birinci rübünün nəticələri bütövlükdə 2014-cü ilin də ölkəmiz üçün uğurlu göstəricilərlə yadda qalacağına işarə edir. Əldə olunan bütün nailiyyətlər Ulu öndər Heydər Əliyevin müdrikliklə gələcəyə hesablanmış inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyət və uğurla həyata keçirilməsinin bəhrəsidir.
Malik İsaqov deyib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, 2014-cü ildə 20 min məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulub.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev geniş məruzə ilə çıxış edib. Bildirilib ki, 2014-cü ilin birinci rübündə əhalinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işi Qubadlı rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biri olub. Daha 5 ailəyə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tikinti materialı ilə, 7 ailəyə isə yenə eyni məqsədlə maddi köməklik göstərilib.
Qeyd edilib ki, rüb ərzində aztəminatlı ailələrə köməklik göstərilməsi diqqət mərkəzində saxlanılıb. Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinin keçirilməsi, dərmanların alınması və sair məsələlər üçün məcburi köçkün ailələrə köməklik edilib. Novruz bayramı münasibətilə şəhid ailələrinə müxtəlif ərzaq yardımı paylanıb. Həmçinin, bu ilin mart ayında güclü külək nəticəsində məcburi köçkünlərin məskunlaşdıqları mənzillərə dəyən zərərin aradan qaldırılması istiqamətində işlər görülüb. Eyni zamanda, bu ilin birirnci rübü ərzində də Qubadlıdan olan məcburi köçkünlərin işlə təmin edilməsi məsələsi diqqət mərkəzində olub. Hazırda da rayon əhalisi arasında işsizliyin aşağı salınması istiqamətində aparılmış işlər davam etdirilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində vətəndaşlardan İcra Hakimiyyətinə daxil olan müraciətlər diqqətdə saxlanılıb. Rüb ərzində İcra Hakimiyyətinə 51 ərizə daxil olub ki, onlardan 28-i müsbət həll edilib, qalanlarına müvafiq hüquqi izahat verilib. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən cari ilin üç ayı ərzində keçirilən 8 səyyar qəbul zamanı vətəndaşlardan 34 müraciət olub ki, onlardan 23-ü operativ qaydada müsbət həll edilib, 11 müraciətlə bağlı Mərkəzi İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb.
Daha sonra məruzə ətrafında çıxış edənlər təmsil etdikləri ayrı-ayrı sahələr üzrə aparılan işlər haqqında məlumat veriblər. Onlar dövlətimizin əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını deyərək, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yığıncağa yekun vuraraq Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib. İclasın sonunda şuranın müvafiq qərarı qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

