Bakıda birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilib
24.04.2014 [09:12]
Aprelin 23-də “Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində Bakıda Birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilib.
AzərTAc xəbər verir ki, forumu “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 15 il bundan əvvəl “Caspian Energy” jurnalının yaradılmasında məqsəd Azərbaycanın və Xəzəryanı regionu ölkələrinin neft strategiyasının dünyada tanıdılması idi. Bu istiqamətdə çox iş görülüb.
Sonra açılış nitqi ilə çıxış edən forumun sədri, energetika naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu deyib. Qeyd olunub ki, cari il Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə “Əsrin müqaviləsi”nin 20 illik yubileyi təntənəli surətdə qeyd ediləcək. Belə bir forumun məhz “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar hadisədir.
Sonra forum öz işini sessiyalarla davam etdirib.
“Avropa İttifaqının enerji təhlükəsizliyinin Xəzər və Qara dəniz regionları ölkələri ilə qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən birinci sessiyaya energetika naziri Natiq Əliyev sədrlik edib. Nazir sessiyada “Azərbaycanın enerji təhlükəsizliyi - Xəzər regionu ölkələri ilə əməkdaşlıq və əsas prioritetlər” mövzusunda məruzə ilə çıxış edib.
Sessiyada Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ABŞ ilə Azərbaycan əməkdaşlığının inkişaf etməsinə öz müsbət təsirini göstərib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək bildirib ki, ötən 22 il ərzində Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazalarının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.
Sessiyada Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının ekologiya şöbəsinin müdiri İlyas Əlizadə “Davamlı inkişafın ekoloji və energetik göstəriciləri” mövzusunda məruzə ilə çıxış edib.
Akkord Sənaye, Tikinti, İnvestisiya Korporasiyasının baş direktoru Göksel Aybek və “Azersun Holding”in prezidenti Abdulbari Gözəl çıxış edərək forumun keçirilməsinin əhəmiyyətindən danışıblar.
ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə keçirilən forumun ikinci sessiyasında “Təbii qaz və qeyri-konvensional təbii qaz - XXI əsrin əsas enerji daşıyıcısıdır” və “Xəzərdə kəşfiyyat və hasilat perspektivləri” mövzularında fikir mübadiləsi aparılıb.
Sessiyada “SOCAR-AQŞ”-in baş direktoru Ramin İsayevin “Ekoloji təmiz qazıma, Xəzərin xidmət şirkətlərinin əsas iş prinsipləri” və “Caspian Wireline Service”-nin prezidenti Kelvin Vilsonun “Geologiya və geofizikanın aparıcı dünya texnologiyalarının Xəzərdə tətbiqi” mövzularında məruzələri dinlənilib.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin sədrlik etdiyi forumun üçüncü və dördüncü sessiyalarında “İqtisadi qloballaşma - Azərbaycan iqtisadiyyatı üçün üstünlükləri və çatışmazlıqları”, “Qeyri-neft sektorunun inkişafı - Azərbaycanda sənaye, keyfiyyət infrastrukturu, nəqliyyat və turizmin inkişaf potensialı”, “Azərbaycanda XXI əsrin informasiya-kommunikasiya texnologiyaları innovasiyaları”, “Postböhran dünya maliyyə sistemi və Azərbaycanın maliyyə siyasəti” və başqa mövzular ətrafında müzakirələr aparılıb.
Birinci Beynəlxalq “Caspian Energy Forum-2014”-ün təşkilatçıları Caspian European Club (CEIBC) və “Caspian Energy International Media Group”dur.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

