Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Səbail rayonunda 2014-cü ilin 6 ayının yekunları müzakirə olunub

Səbail rayonunda 2014-cü ilin 6 ayının yekunları müzakirə olunub

15.07.2014 [10:18]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələr iyulun 14-də Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45 illiyi tamam olur. Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu il iyul ayının 14-də respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 6 ay ərzində iqtisadiyyat 2,1 faiz artıb, ümumi daxili məhsulun səviyyəsi yüksəlib, qeyri-neft sektorunda inkişaf 7 faiz olub. İnflyasiya cəmi 1,6 faiz təşkil edib, əhalinin pul gəlirləri 4,7 faiz artaraq, inflyasiyanı 3 dəfə üstələyib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən də danışan Asif Əsgərov bildirib ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 faiz çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 faiz çox xidmətlər göstərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 faiz çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 faiz çoxdur.
2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
Birinci yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın, Badamdar qəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarının tikintisi davam etdirilir.
Hazırda rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli “İnturist” mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması aparılır, Neftçilər prospektində İdman Oyunları sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində “Könül” körpələr evinin əsaslı təmiri və yenidənqurulması həyata keçirilir.
Rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2 saylı, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılıb, Üz.Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, ayrı-ayrı binaların dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal İdarəsi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.
2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə (1520 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122 manat sosial yardım təyin olunub.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçülərə ilin ilk 6 ayı ərzində 19.535 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən ilin ilk 6 ayı ərzində 485 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub, “Ərazi Məşğulluq Proqramı”na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün “Kompüter istifadəçisi”, 16 nəfər iş axtaran vətəndaş üçün “Kompüterçi-dizayner”, 12 nəfər iş axtaran vətəndaş üçün “Xalçaçı”, 20 nəfər iş axtaran vətəndaş üçün isə “İngilis dili” peşə kursları açılıb, Əmək yarmarkasında 8 nəfər daimi işlə təmin olunub.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Şakir Nuriyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva, Səbail rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər.
Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş Gül bayramında fəal iştirak etdiklərinə görə 6 saylı orta məktəb, 132-134 saylı Təhsil Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivləri Səbail rayon İcra Hakimiyyətinin diplomları ilə təltif olunublar.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Milli Məclisin deputatı Fuad Muradov iclasda iştirak edib.

Paylaş:
Baxılıb: 1106 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31