Azərbaycan-İran əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub
08.08.2014 [09:43]
Avqustun 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, İran tərəfindən sənaye, kənd təsərrüfatı, ticarət, tikinti materiallarının istehsalı, təhsil, logistika sahələrində fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfi isə analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı ilə təmsil olunub.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2014-cü ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşündən, eləcə də dövlətimizin başçısının bu ilin aprelində Tehrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycan-İran əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir və bu əməkdaşlığın genişlənməsində iş adamları arasında əlaqələrin inkişafı da mühüm əhəmiyyətə malikdir.
Nazir qeyd edib ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib və müzakirə edilən bütün məsələlər üzrə razılıqlar əldə olunub. Belə ki, Dövlət Komissiyasının iclasında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı tələbatın müəyyənləşdirilməsi məqsədilə ixrac qabiliyyətli mallar haqqında, eləcə də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədilə bu sahədə mütəmadi məlumat mübadiləsinin aparılması qərara alınıb. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət Palatasının iştirakı ilə işçi qrupu yaradılacaq. Azərbaycan hökuməti ilə İran hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair” Sazişin imzalanması ilə bağlı işlərin sürətləndirilməsi barədə də razılığa gəlinib. Bundan başqa, tərəflər Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”in İranın aidiyyəti orqanları tərəfindən təsdiq olunmasının sürətləndirilməsi və icrasına başlanması barədə razılaşıblar. Eldə edilmiş razılaşmalara, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi, Astara (İran) - Astara (Azərbaycan) sərhəd keçid məntəqəsində yeni dəmir və avtomobil yollarının, həmçinin piyada körpülərinin tikintisi, müştərək sərhəd keçid məntəqələrində rüsumların azaldılması məsələsinə baxılması da daxildir. Dövlət Komissiyasının iclasında, həmçinin investisiya qoyuluşu, enerji, bank, İKT, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Ş.Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd edib, bugünkü tədbirin iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında Azərbaycan Prezidentinin bu ilin aprel ayında Tehrana rəsmi səfərinin hər iki ölkə, eləcə də beynəlxalq aləm üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, bu səfərdən sonra İran Prezidenti Həsən Ruhaninin Azərbaycanla əlaqələri prioritet hesab edərək ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib. Ölkələrimizin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən iranlı nazir daha sonra bununla bağlı fikirlərini bölüşüb. Azərbaycan və İran arasında müştərək ticarət və əməkdaşlıq palatasının yaradılmasını təklif edib və bunun ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını daha da sürətləndirəcəyinə əminliyini ifadə edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Əli Əkbər Fərazi isə İran iqtisadiyyatına dair təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində AZPROMO ilə İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Daha sonra İran iş adamlarının Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

