İran ilə Azərbaycan arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
01.10.2014 [09:34]
Bakıda səfərdə olan İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyan sentyabrın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb.
AzərTAc xəbər verir ki, A.Əliyev ölkələrimizi dost və qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib. Komitə sədri Azərbaycanın İran ilə münasibətlərə böyük önəm verdiyini xatırladaraq deyib: “İki ölkə arasında dostluq münasibətləri, eyni zamanda, siyasi iradə gömrük orqanlarının mövcud əlaqələrini daha da yaxşılaşdırmağa imkan verir və bu imkandan maksimum istifadə ediləcək. Biz münasibətləri indiki dövrdə yeni müstəvidə qurmalıyıq”.
A.Əliyev, həmçinin bildirib ki, nəqliyyat vasitələri və yüklərin gömrük məntəqələrində qısa müddətdə rəsmiləşdirilməsi Azərbaycan üçün önəmli məsələdir.
M.Kərbasiyan isə İran və Azərbaycan arasında gömrük sahəsində həll olunmamış heç bir məsələnin qalmayacağına əminliyini ifadə edib, ölkəmizin gömrük sisteminin inkişafından razı qaldığını vurğulayıb: “Azərbaycan böyük inkişaf yolu keçib. Bu, özünü gömrük sahəsində də büruzə verir. İki ölkə arasında gömrük prosedurlarının sadələşdirilməsi olduqca önəmlidir. Biz sərhəd-keçid məntəqələrinin fasiləsiz fəaliyyət göstərməsinə çalışmalıyıq. Ümid edirik ki, İran Prezidentinin Bakıya nəzərdə tutulan səfərində bu məsələlər də müzakirə olunacaq”.
Tərəflər qarşılıqlı maraq doğuran bu və digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

