Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
09.12.2014 [09:17]
Rayonun dinamik inkişafı operativ və effektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu inkişafın göstəriciləri qismində sürətli sosial-iqtisadi tərəqqi - iqtisadiyyatın inkişafı, regionların simasının əsaslı dərəcədə dəyişməsi, vətəndaşların sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması kimi amillər çıxış edir. Digər tərəfdən, həyata keçirilən səmərəli sosial-iqtisadi kursun qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması ümummilli tərəqqi baxımından aydın perspektivlərin mövcud olduğunu deməyə əsas verir. Hazırki səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.
O da qeyd edilməlidir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub-saxlamağı bacarmışdır. Bu inkişaf cari ildə də davam edib və əldə edilən göstəricilər həyata keçirilən iqtisadi kursun səmərəliliyini əks etdirir.
Bir sözlə, ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilib, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.
Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər ölkəmizin ümumi tərəqqisinə töhfələr verir
Vurğulamaq yerinə düşər ki, Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər də ölkəmizin ümumi tərəqqisinə fundamental töhfələr verir. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası təkcə Bakı şəhəri və onun ətraf qəsəbələrinin inkişafına təkan verməyib. Qeyd etdiyimiz kimi, bu eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Qeyd etmək gərəkdir ki, cari il ərzində bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə nail olunub. Başqa sözlə, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafında Nizami rayonunun da öz payı var
Sadalananların fonunda qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Nizami rayonunun da öz yeri və payı var. Belə ki, ötən müddət ərzində rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istehsalın inkişafına xüsusi diqqət yetirilib, yeni istehsalat sahələri açılıb, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Yeri gəlmişkən, 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları da rayonun inkişafı nöqteyi-nəzərindən gələcəyə optimist baxmağa imkan verir. Yekunlar onu göstərir ki, rayonun sənaye müəssisələri dinamik inkişaf tempi ilə fəaliyyətini davam etdirir, bir çox yenidənqurma işləri aparılmaqdadır, istehsal əvvəlki illərə nisbətən artıb. Bununla yanaşı, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edilib, istehlakçılara 353,3 milyon manat dəyərində məhsul göndərilib, 295,6 milyon manat həcmində podrat işləri yerinə yetirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yönəldildilib, 1003 yeni iş yeri açılıb. Həmçinin, 2014-cü ilin doqquz ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilib.
Bundan başqa, rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması, gənc nəslin respublikanın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlanması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu kontekstdə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət kəsb edib.
Rayon ərazisində sosial xarakterli mühüm aksiya və tədbirlərin keçirilməsi də təqdirəlayiq hal kimi dəyərləndirilir
Bundan başqa, rayon ərazisində sosial xarakterli mühüm aksiya və tədbirlərin keçirilməsi də təqdirəlayiq hal kimi dəyərləndirilir. Bu kontekstdə qeyd edək ki, 5 noyabr 2014-cü il tarixindən start verilmiş “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 29 noyabr 2014-cü il tarixində Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində keçirilmiş iməciliklərdə idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının kollektivlərinin iştirakı ilə 700 müxtəlif növ ağac əkilib. “I Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verildiyi gündən rayon ərazisində müxtəlif ünvanlarda və bütün ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və səhiyyə ocaqlarının ərazilərində təmizlik işləri aparılmış, çinar, zeytun, kiparis, eldar şamı, qaraağac, küknar, nar, liandra və digər növ ağaclar olmaqla ümumilikdə 2956 ağac əkilib. Bundan öncə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 5 noyabr 2014-cü il tarixindən start verilmiş “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində noyabrın 15-də Nizami rayonunda növbəti iməcilik keçirilib. Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilikdə rayonun idarə, müəssisə, təşkilatların, təhsil ocaqlarının kollektivləri iştirak ediblər. Belə ki, Q.Qarayev prospekti 81, C.Naxçıvanski küçəsi 51, Ə.Vəliyev küçəsi 12 ünvanlarında və bütün ümumtəhsil məktəblərinin ərazilərində təmizlik işləri aparılıb, ümumilikdə 345 ədəd müxtəlif növ ağac əkilib.
Nəzərdə tutulmuş bütün işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi durur
Eyni zamanda, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikintisi, yenidən qurulması və həmçinin, əsaslı təmirinə 2013-cü ildə başlanılmış işlər başa çatdırılıb, həmçinin, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən müvafiq işlər görülüb və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Hazırki şəraitdə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn işlər çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi durur. Bu işlərin icrası ilə əlaqədar problemlərin həlli istiqamətində müvafiq tədbirlər planı - konseptual əsaslar müəyyənləşdirilib və bu sahədə işlər davam etməkdədir.
Görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir
Göründüyü kimi, Nizami rayonunun sosial-iqtisadi inkişafı operativ və effektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Yuxarıda nəzər saldığımız istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr digər sahələrin də paralel inkişafını təmin etmiş olur.
Nurlan QƏLƏNDƏROV
“Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31

