Vergilər Nazirliyi Sumqayıtda “Açıq qapı günü” keçirib
18.12.2014 [10:04]
Dünən Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (ƏVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib. 2 saylı ƏVD-nin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov mətbuat nümayəndələrini salamlayaraq, bu tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə şərait yaratdığını qeyd edib.
Bildirilib ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi müxtəlif sahələr üzrə “Açıq qapı günləri” təşkil edir. Sonra departamentin əsas fəaliyyət istiqamətləri, onun əhatə dairəsinə daxil olan vergi ödəyicilərinin sayı, ümumi vergi daxilolmalarında onların payı və s. haqqında “Açıq qapı” iştirakçılarına ətraflı məlumat verilib, KİV nümayəndələri departamentin inzibati binası, iş otaqları ilə yaxından tanış olublar.
Vergilər Nazirliyinin vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural Quliyev “Vergi borclarının alınması” mövzusunda təqdimatla çıxış edib, vergi borclarının tərkibi və borc məbləğlərinin dinamikası, borcun yaranma səbəbləri, vergi borclarının dövlət büdcəsinə alınması istiqamətində görülən tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, son illər görülmüş tədbirlər nəticəsində borc məbləğləri ildən-ilə azalır. Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilib. Bu cür təsnifləşdirmə vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, görülən və görüləcək işlərə nəzarətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir.
Belə ki, cari ilin ötən dövrü ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində 31,1 milyon manat məbləğində, əmlakın siyahıya alınması barədə açılmış qərarların icrası nəticəsində 60,3 milyon manat məbləğində və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib, 519 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub. Borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar vergi orqanları tərəfindən icra məmurlarına edilmiş müraciətlər və onların verdikləri təqdimatlar əsasında məhkəmələr 60 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib. Cari ilin 11 ayı ərzində xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 803 vergi ödəyicisi üzrə 30,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib, onlardan 172 iş üzrə 1 milyon 653,3 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmayıb və ya başlanılmış cinayət işlərinə xitam verilib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Şükür Əhmədov Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2014-cü ildə Bakı şəhərinin Binəqədi rayonunun 5 bələdiyyəsində, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilib. Bələdiyyələrdə elektron uçotun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında 5 altsistemdən ibarət “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Bələdiyyə vergilərinin ödəyicilərinin istifadəsi üçün “İnternet Bələdiyyə İdarəsi” (www.e-belediyye.gov.az) yaradılıb və hazırda zəruri texniki tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri İnternet Bələdiyyə İdarəsinə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla, yaxud “ASAN imza” və mobil imzadan istifadə etməklə bələdiyyələrin onlara təqdim etdikləri elektron xidmətlərdən yararlana bilərlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırlacaq.
Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

