Azərbaycan iqtisadiyyatı öz yüksək dayanıqlılığını bundan sonra da saxlayacaq
08.01.2015 [10:00]
Respublikamız dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin, digər kənar təsirlərə baxmayaraq öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün geniş rezervlərə və maliyyə imkanlarına malikdir
Məlum olduğu kimi, son vaxtlarda dünya bazarında neftin qiymətinin aşağı düşməsi karbohidrogen ehtiyatları ilə zəngin olan ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Belə ki, bir sıra ölkələrdə milli valyuta kəskin şəkildə dəyərdən düşür və əhalinin alıcılıq qabiliyyəti müvafiq surətdə aşağı enir, sosial məzmunlu layihələr ixtisara salınır, işsizlik artır. Azərbaycanın nümunəsində isə biz tamamilə başqa mənzərənin şahidi oluruq. Ölkə iqtisadiyyatı dünyada baş verən kataklizmlərə, o cümlədən də neftin qiymətindəki azalmaya yüksək dayanıqlılıq nümayiş etdirir. Manatın məzənnəsi stabil və möhkəmdir, inflyasiya artmayıb, qabaqcadan müəyyənləşdirilən proqramlar eyni ardıcıllıqla həyata keçirilir, əhaliyə mal və xidmətlərin göstərilməsində, ümumiyyətlə, istehlak bazarında heç bir gərginlik müşahidə edilmir. Bir sözlə, ölkədə həyat öz normal axarı ilə davam edir, insanlar hər hansı bir sahədə məhdudiyyətlərlə üzləşmədən daha xoş gələcək barədə düşünürlər.
Bəs bir neçə il bundan qabaqkı qlobal maliyyə-iqtisadi böhran şəraitində olduğu kimi, hazırda dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər hansılardır? Mütəxəssislərin bu suala cavabı birmənalıdır: Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Prezident İlham Əliyevin səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, səmərəli islahatlar aparılması, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi sayəsində nəinki “neftdən asılılıq” sindromundan yan keçməyə müvəffəq olunub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilib. Buna görə də, hazırda respublikamız dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sığortalanmaq üçün kifayət qədər geniş rezervlərə malikdir. Son illərdə dünyanı bürüyən və ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə müşayiət olunan beynəlxalq maliyyə-iqtisadi böhranın, eləcə də neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsirsiz ötüşməsi bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının, rəqabətədavamlılığının, kənar təsirlərdən asılılığının olmamasının göstəricisidir.
Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində son 10 ildə Azərbaycan iqtisadiyyatının potensialı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, respublikamız iqtisadiyyatının həcminə görə dünyanın 70 ölkəsi sırasında yer alır. Son 10 ildə Azərbaycanda ÜDM-in 3 dəfə artması dünyada analoqu olmayan haldır. İlkin proqnozlara əsasən 2014-cü ildə ölkəmizdə 59 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bu da 2013-cü illə müqayisədə 3,6 faiz artım deməkdir. Ümumiyyətlə, növbəti 3 ildə respublikamızda 5 faiz həcmində orta illik iqtisadi artım proqnozlaşdırılır.
Respublikamızın maliyyə imkanları da getdikcə genişlənir. Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ildə daha da artaraq təxminən 53 milyard dolları ötüb. Ölkəmizin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Ölkəmizin maliyyə imkanları genişləndikcə respublikamızda investisiya qoyuluşunun həcmi də artır. 2015-ci ildə Azərbaycanda investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manata çatacağı proqnozlaşdırılır. Ölkəmizə yatırılan investisiyaların strukturunda daxili investisiyalar xarici sərmayələri üstələyib. Gələn il ölkəmizə yatırılacaq investisiyalar portfelində xarici sərmayələrin həcmi cəmi 5,8 milyard manat proqnozlaşdırılır.
Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən diversifikasiya siyasəti və qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlıdır. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Respublikamızda qeyri-neft sektorunun inkişafına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.
Aşağıdakı statistik rəqəmlərdə respublikamızda Prezident İlham Əliyevin qayğısı ilə qeyri-neft sektoruna, o cümlədən də, qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölməyə göstərilən dövlət dəstəyi öz əksini tapıb. Son 10 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit yönəldilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi strategiyası öz müsbət nəticələrini verib. Artıq bir neçə ildir ki, ölkəmizdə qeyri-neft sektorunda davamlı olaraq böyük uğurlar əldə edilir. 2013-cü ildə bu sahədə 10 faiz, ötən il isə 7 faiz artıma nail olunub. Qeyri-neft sektorunun inkişafı ÜDM-in strukturuna da ciddi təsir göstərib. Belə ki, artıq ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisi artaraq 56 faizi üstələyib. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq. Belə ki, ölkəmizdə dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Bununla paralel surətdə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların neft sektoruna yönəldilən sərmayələri üstələməsi də müsbət tendensiyadır. Cari ildə respublikamızda qeyri-neft sektoruna 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır ki, bu da sahənin dinamik və üstün inkişafına dəlalət edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı hər hansı kənar təsirlərdən etibarlı şəkildə sığortalanıb. Respublikamız neft gəlirlərinin azalmasının müqabilində öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün geniş rezervlərə və maliyyə imkanlarına malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

