/ / Əmanətlərə hesablanan gəlirlərin vergiyə cəlb olunması ölkə qanunvericiliyinə uyğun həyata keçirilir
Əmanətlərə hesablanan gəlirlərin vergiyə cəlb olunması ölkə qanunvericiliyinə uyğun həyata keçirilir
28.01.2015 [10:09]
Bank əmanətləri üzrə gəlirlərdən vergi tutulması müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci il yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq edilir
Məlum olduğu kimi, ölkəmizdə banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətlərinə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi müddəti cari il yanvarın 1-dən etibarən başa çatıb. Eyni zamanda, Milli Məclis tərəfindən qəbul edilən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər qüvvəyə minib. Hazırda fiziki şəxslərin bank və digər kredit təşkilatlarındakı depozitlərinə hesablanan faizlərin vergiyə cəlb olunması ilə bağlı bu və digər məqamlar ictimaiyyət arasında ciddi müzakirə olunmaqdadır. İnsanlar, ələlxüsus da əmanətçilər yeni qaydaların hansı tarixdən etibarən qüvvəyə mindiyi, bu qaydaların dövlət və kommersiya banklarında eyni qaydadamı tətbiq ediləcəyi, hansı həcmdə gəlirlərin vergiyə cəlb olunduğu və bu kimi digər suallara aydınlıq gətirilməsini istəyirlər. Biz də mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müvafiq sorğu göndərdik.
Mərkəzi Bankdan redaksiyamıza daxil olan açıqlamada öncə o qeyd edilir ki, bank və digər kredit təşkilatlarında əhalinin əmanətləri üzrə ödənilən faizlərin vergiyə cəlb edilməsi təcrübəsi dünyanın bir sıra ölkələrində geniş tətbiq olunur. Belə ki, ABŞ-da fiziki şəxslərin ümumi gəlirlərində nəzərə alınmaqla ödəmə mənbəyində banklardakı depozitlərə hesablanan gəlirlərə 10-40, İngiltərədə 10-20, Polşada 19-40, Çexiyada 15, Türkiyədə 10 faiz həcmində vergi tətbiq olunur.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, əhalinin banklarda saxlanılan əmanətlərinə hesablanan faizlərin vergiyə cəlb olunması təcrübəsi əvvəllər Azərbaycanda da mövcud olub. Lakin ötən əsrin 90-cı illərinin ortalarından etibarən respublikamızda bank sektorunun inkişaf etdirilməsi, banklara daha böyük həcmlərdə daxili maliyyə resurslarının cəlb edilməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Respublikamızda 1997-ci ildən etibarən fiziki şəxslərin bank əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi də, məhz belə stimullaşdırıcı tədbirlərdən olub. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bu məqsədlə sonuncu dəfə ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 27 dekabr 2013-cü il tarixli müvafiq qərarı ilə qəbul edilib. Sözügedən Qanun sonuncu 1 ili əhatə edib və 2015-ci il yanvarın 1-dək qüvvədə olub. Bundan başqa, ölkənin ali qanunverici orqanı tərəfindən ötən ilin sonlarında qəbul edilən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunda da gəlirlərin vergiyə cəlb edilməsində bir sıra dəyişikliklər nəzərdə tutulub.
Fiziki şəxslərin banklardakı və digər kredit təşkilatlarındakı əmanətlərinə hesablanan faizlərin cari il yanvarın 1-dən etibarən vergiyə cəlb olunması da ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bununla Bağlı Mərkəzi Bankın açıqlamasında vurğulanır: “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2015-ci il tarixində qüvvədən düşüb. Həmin tarixdən etibarən faiz gəlirlərinin vergiyə cəlb edilməsi Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir”.
Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi, 2015-ci il 1 yanvar tarixindən etibarən fiziki şəxslərin banklarda və digər kredit təşkilatlarında saxlanılan əmanətlərinə hesablanan faizlərin vergiyə cəlb olunmasına başlanılıb. Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələr nəticəsində əmanətçiləri narahat edən bir sıra məsələlərə də aydınlıq gətirilib. Belə ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci il yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək.
Yeri gəlmişkən, Mərkəzi Bankın açıqlamasında əmanətlər üzrə gəlirlərin vergiyə cəlb olunmasında dövlət və kommersiya bankları arasında hansısa fərqlərin qoyulacağı barədə şayiələrə də aydınlıq gətirilib. Bankın açıqlamasında bildirilir ki, əmanətlərə hesablanan faizlərdən vergi tutulması həm dövlət, həm də kommersiya banklarında eyni qaydada tətbiq olunur.
Mərkəzi Bankın açıqlamasında ölkəmizdə fiziki şəxslərin banklara əmanətlər yerləşdirmələrinin real vəziyyətinə də aydınlıq gətirilib. Son illərdə ölkəmizdə müşahidə edilən sosial-iqtisadi inkişaf dinamikası, həmçinin, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə və onların pul gəlirlərinin artmasına müsbət təsir göstərib. Eyni zamanda, ölkədəki möhkəm daxili sabitlik insanların banklara olan inamını yüksəldib. Vətəndaşlar hər hansı risklərdən çəkinmədən öz əmanətlərini dövlət və kommersiya banklarında, eləcə də, digər kredit təşkilatlarında yerləşdirirlər: “2014-cü ildə əhalinin əmanətləri 11 faiz artaraq 7,1 milyard manat təşkil etmişdir. Son 5 ildə isə əmanətlər orta hesabla illik 25,4 faiz artmışdır. 2014-cü ildə fiziki şəxs olan əmanətçilərin sayı 4,5 milyon nəfərə çatıb, il ərzində artım isə 17 faiz təşkil etmişdir. Son 5 ildə əmanətçilərin sayı 2,3 dəfə artmışdır”.
Qeyd edək ki, hazırda ölkəmizdə adambaşına düşən əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır, halbuki 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlayıb.
Əmanətçilərin sayının və banklara yönəldilən əmanətlərin həcminin artması, eyni zamanda, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində milli valyutanın - manatın məzənnəsinin sabit qalması ilə bağlıdır. Manatın getdikcə möhkəmlənməsi və digər valyutalara nisbətdə rəqabətqabiliyyətliliyini artırması əhalinin öz yığımlarını banklara yerləşdirmələrində güclü stimulverici amil kimi çıxış edir.
Mütəxəssislər bildirirlər ki, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərin vergiyə cəlb olunmasının tətbiqinə başlanılmasının daxili maliyyə resurslarının banklara və digər kredit təşkilatlarına cəlb olunmasına, eləcə də, sonuncuların fəaliyyətinə ciddi mənfi təsirləri istisnadır. Banklar vətəndaşların əmanətlərini cəlb etmək və öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlardan istifadə edə və stimullaşdırıcı tədbirlərdən bəhrələnə bilərlər. Mərkəzi Bankın açıqlamasında o da bildirilir ki, bir sıra bankların fəaliyyətinin dayandırılacağı barədə yayılan şayiələrin heç bir əsası yoxdur. 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlılığı təmin olunub, sektor aktiv olaraq ölkədəki iqtisadi artım və şaxələndirmə proseslərini dəstəkləyib. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirib, bankların kapitalizasiyası davam etdirilib. Mərkəzi Bankın açıqlamasında bildirilir: “2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra bankların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbilentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır”.
Göründüyü kimi, bankların bağlanması heç bir halda müzakirə mövzusu deyil. Öz fəaliyyətlərini ölkəmizdə həyata keçirilən bankların kapitallaşdırılması siyasətinə uyğun quran banklar fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Ümumiyyətlə, bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirmişlər. 10-a yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır ki, bu da ölkəmizin bank sektorunun möhkəm dayanıqlılığını bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

