Səbail rayonunda 2014-cü ilin yekunları müzakirə olunub
03.02.2015 [18:18]
Ötən il Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, rayonun sosial-iqtisadi həyatında mühüm uğurlar qeydə alınıb
Dünən Səbail rayon İcra Hakimiyyətində 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2015-ci il üçün qarşıda duran vəzifələr barədə tədbir keçirilib, tədbirdə bir sıra məsələlər müzakirə olunub.
Tədbirdə məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 faiz çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox nəqliyyat xidmətləri göstərilib.
2014-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 faiz çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 63,3 faiz çoxdur.
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294,5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 faiz çox istehlak malları satılıb, 105,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,9 faiz çox iaşə xidmətləri göstərilib.
2014-cü il Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 974 manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 faiz çoxdur.
2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılıb. Ümumiyyətlə isə, 2003-cü ilin oktyabrından 2015-ci ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılıb ki, onların da 43295-i daimidir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilib.
Rayonda aparılan abadlıq-quruculuq işlərində Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi xüsusi qeyd olunmalıdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidən qurulub, bağça üçün 90 yerlik yeni əlavə korpus tikilib, Fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunub.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səbail rayonu ilə bağlı Proqrama daxil edilmiş 24 bənd üzrə tədbirlərin həyata keçirilməsi üçün rayonda bütün qüvvələr səfərbər olunub, bu istiqamətdə müvafiq işlər aparılır.
Qeyd olunanlarla yanaşı, keçən il rayonda müvafiq Dövlət Proqramının icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çataraq qurğu şəbəkəyə qoşulub, Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və “Turac” uşaq bağçası əsaslı təmir olunub.
Badamdar qəsəbəsində yeni su anbarlarının, ikimərtəbəli yeni İdman Kompleksinin və hotel binasının tikintisi davam etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.
Badamdar qəsəbəsində Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı 4 ədəd yaşayış binalarının fasadları və həyətləri də təmir olunub, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış şəhid Sahib İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılıb.
Badamdar şossesində 2,2 km. məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin, burada yerləşən obyektlərin fasadında və istinad divarında təmir-bərpa işləri davam etdirilir.
Hazırda rayonda Su İdmanı Sarayının, “Alov qüllələri” kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni “İnterkontinental” və 5 mərtəbəli “İnturist” mehmanxanalarının, Səbail rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların, Ali neft məktəbi üçün yeni idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Badamdar qəsəbəsində yeni Xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və Beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirirəcək Bakı Media Mərkəzinin tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri-yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçürülməsi işləri aparılıb, Bayıl dairəsi ərazisində abadlıq işləri görülüb, yeni yeraltı keçid inşa olunub, dairənin mərkəz hissəsində müasir istirahət bağı, yeni yaşıllıqlar salınıb.
Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması işləri davam etdirilib. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.
Bibiheybət qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, burada yeni landşaftın yaradılması işləri aparılıb. İşlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradılıb, 8 min kvadratmetr sahəyə yeni yaşıl qazon salınıb, 10 min yeni ağac, 1000 ədəd dekorativ ağac, 50 min gül kolu əkilib, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülüb.
Gül kollarından gözəl kompozisiyalar, həmçinin, şəhərin mərkəzində Ü.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılıb.
Ümumilikdə isə, il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilib, 21000 kvadratmetr sahəyə qazon otu salınıb.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Ü.Hacıbəyov küçələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılıb, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.
İl ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənib, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yolların da təmir-asfaltlaşdırılması işləri aparılıb.
2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüblər.
2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri - İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızının adları musiqi sahəsində xüsusi istedadı olan gənc kimi Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli Sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Elton qızı Qasımova 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olublar.
Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 54 nəfər “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olublar.
Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının Fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 3 nəfəri - “Əməkdar müəllim” fəxri adına və 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüblər.
2014-cü il ərzində Səbail rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19947 olub.
İl ərzində həyata keçirilən işlərlə yanaşı, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilib.
İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülüb, yeni qaz xətləri çəkilib, yarımstansiyalar, transformatorlar quraşdırılıb, sayğaclaşma aparılıb, bununla da rayon sakinlərinin elektrik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş verib.
Ötən il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə - Ünvanlı Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132 manat sosial yardım təyin olunub. Ümumilikdə, Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 938 nəfər iş axtaran işə düzəldilib, il ərzində Mərkəzdə 140 nəfər vətəndaş üçün “Kompüter istifadəçisi”, “Kompüter-dizayner”, “İngilis dili”, “Xalçaçı”, “Kompüter mühasibliyi”, “Aşbaz köməkçisi”, “Qazanxana maşinisti” və “Dərzi” peşə kursları açılıb. Əmək yarmarkalarında 42 nəfər daimi işlə təmin olunub.
2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan bələdiyyə seçkiləri keçirilib. Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail Seçki dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülüb.
Rayonda yaradılmış 42 məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olublar. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılıb, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunub.
Rayonda seçkiqabağı hazırlıq işləri yüksək səviyyədə təşkil olunub, 3 bələdiyyə üzrə qeydə alınmış müxtəlif siyasi partiya, ictimai birlik və bitərəfləri təmsil edən 116 namizəd arasından Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15 və Bibiheybət bələdiyyəsinə 9 nəfər üzv seçilib.
Noyabr ayında “Aşura” mərasimi zamanı İçərişəhər “Cümə” məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 419 nəfər könüllü qan verib, RİH-nin dəstəyi ilə 4 nəfər həcc ziyarətinə göndərilib.
Sonra Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov məruzə ilə çıxış edib.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat verib.
Tədbirdə 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva, DSMA Səbail rayon şöbəsinin rəisi Şakir Nuriyev, 29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, rayon Enerji TSİ-nin rəisi Abdulla Əliyev, rayon Qİİ-nin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2014-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak etmiş və yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə, keçən il yüksək nailiyyətlər əldə etmiş bir qrup cüdoçuya və onların məşqçilərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə və Fuad Muradov, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov və başqa qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

