Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2014-cü il Qaradağ rayonu üçün sosial-iqtisadi uğurlarla yadda qalıb

2014-cü il Qaradağ rayonu üçün sosial-iqtisadi uğurlarla yadda qalıb

05.02.2015 [10:22]

Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, ölkənin bir sıra qəzetlərinin baş redaktorları, rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin rayondakı büstü önünə gül dəstələri qoyublar.
Qaradağ rayonunun 2014-cü ildə əldə etdiyi uğurlardan bəhs edən qısametrajlı film nümayiş olunub. Hesabat yığıncağında “Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, ötən ilin yekunlarına əsasən rayon üzrə 670 milyon manatlıq və ya 21,9 faiz çox sənaye məhsulu istehsal edilib və ya xidmətlər göstərilib. 2014-cü ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 9,9 milyon manatlıq xidmətlər göstərilib: “Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 433,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 2 milyon ton sement, 145,8 min ton mişar daşı istehsal edilmişdir. Hesabat ilində rabitə xidmətlərinin həcmi 2,3 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çox olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər isə 117,4 milyon manat olmuşdur”.
Bildirilib ki, hesabat ili ərzində rayonda orta aylıq əməkhaqqı 766,2 manat olub. Ötən il 1299 ailəyə (5234 nəfər) orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilib. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər və müavinətlər ödənilib. Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilib: “Bundan əlavə, bp-Azərbaycan şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilir. “Norm” sement zavodu açılaraq fəaliyyətə başlamışdır. Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanının inşasının birinci mərhələsinin birinci fazası tamamlanmış, artıq Bakı Bərəsi fəaliyyətə başlamışdır. Limanın layihəsinin növbəti mərhələlərinin tikintisi uğurla davam etdirilir. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu kompleksdə 2000 nəfər işlə təmin olunacaqdır. Bütövlükdə 2014-cü il ərzində rayonumuzda 1497 yeni iş yeri açılmışdır”.
Hesabat məruzəsində, həmçinin, rayonda əhalinin elektrik enerjisi, su və qaz təchizatının yaxşılaşdırılması yönündə görülən işlərlə bağlı da məlumat verilib. S.Mikayılov əlavə edib ki, ötən il Qaradağ rayonunda geniş abadlıq-quruculuq işləri aparılıb, qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulub, müasir işıqlandırma sistemi quraşdırılıb. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınıb.
Hesabatda qeyd olunur: “11 oktyabr 2014-cü il tarixində Lökbatan qəsəbəsində inşa edilmiş 5 ədəd yeni doqquzmərtəbəli yaşayış binaları neftçilərin istifadəsinə verilmişdir. Sahil qəsəbəsində neftçilər üçün inşa edilən yaşayış binalarının tikintisi başa çatmaq üzrədir.
Lökbatan qəsəbəsində uzun illərdir qəzalı vəziyyətdə olan qamış konstruksiyalı evlərdə yaşayan sakinlər üçün ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən yaxın günlərdə yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanacaq. Hal-hazırda inşa ediləcək binanın layihə-smeta sənədləri hazırlanır.
Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Qobustan qoruğuna gedən yolun sol və sağ hissəsinə yaşıllıq zolaqları salınmış, müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Rayon ərazisində ümumilikdə 76 min 700 kv.metr ot və yaşıllıq sahələri salınmış, 12 mindən artıq gül, 26 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilmiş, salınmış yaşıllıq zolaqlarına və ağaclara aqrotexniki qulluğun təmin edilməsi üçün müasir suvarma sistemləri quraşdırılmışdır.
Bakı - Ələt (Astara) magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi başa çatdırılmış və 4 min 340 kv.metr aqlay üzlük vurulmuşdur.
Rayonunun qəsəbələrarası yollarına və məhəllədaxili həyətlərə ötən il ərzində 56 min 600 kv.m. asfalt döşənmişdir. Eyni zamanda, yararsız vəziyyətdə olan küçələrə 52 min kub.metr çınqıl və daş qırıntıları tökülərək yayılmışdır. 13 min p/metr beton bordür qoyulmuş, 14 min p/m istinad divarları və səki mişar daşı ilə hörülmüş, 17 min 500 kv.metr tamet döşənmişdir. Çoxmərtəbəli yaşayış binaları cari təmir edilərək, qış mövsümünə hazır vəziyyətə gətirilmişdir”.
Tədbirdə, həmçinin, Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, rayonda təhsil və səhiyyənin inkişafı, əhalinin asudə vaxtının səmərəli təşkili, əlamətdar günlərin və bayramların qeyd olunması istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verilib.
Hesabat məruzəsindən sonra Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev və Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əli Əliyev çıxış ediblər.
Hesabat yığıncağının işində iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən respublikada görülən işlər barədə ətraflı məlumat verib.
Gündəlikdəki məsələyə dair Qaradağ rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezidentə dərin minnətdarlığını bildirib və əminliklə qeyd edib ki, dövlət başçısının rayona səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcək.

Paylaş:
Baxılıb: 967 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31