Manatın zəifləməsi üçün heç bir amil yoxdur
19.02.2015 [12:38]
Azərbaycanın güclü iqtisadi potensiala və ümumi daxili məhsulun təxminən 70 faizi həcmində maliyyə ehtiyatlarına malik olması qlobal risklər fonunda milli valyutanın dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görməyə imkan verir
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 fevral 2015-ci il tarixindən etibarən yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərar qəbul etməsi cəmiyyətdə birmənalı olaraq zəruri iqtisadi-maliyyə tədbiri kimi qarşılansa da, ölkəmizdəki daim “bulanıq suda balıq tutmaq istəyən” qüvvələr yenidən “fəallaşaraq” mövzu ətrafında qeyri-adekvat manipulyasiyalar etməyə çalışırlar. Sözügedən qüvvələr respublikamızda tətbiqinə start verilən yeni məzənnə siyasətinin mahiyyətinə varmadan özlərisayağı ajiotaj yaratmağa çalışırlar. Qaragüruhçuların yalan dəyirmanı yenə fəaliyyətdədir. Guya, yeni məzənnə siyasətinə keçid manatı kəskin devalvasiyaya uğradacaq, bahalaşma dalğası başlayacaq, inflyasiya ikirəqəmli səviyyəyə qalxacaq, əhalinin sosial vəziyyəti pisləşəcək. Əlbəttə, Mərkəzi Bankın açıqlamalarından da göründüyü kimi, garagüruh qüvvələrin bu kimi cəfəng, ölkəmizin reallığını əks etdirməyən iddialarının heç bir əsası yoxdur.
Mərkəzi Bankın yeni məzənnə siyasəti daxili bazarın qlobal risklərdən qorunmasına xidmət edir
Son vaxtlarda qlobal maliyyə-iqtisadi məkanında baş verən məlum proseslər, o cümlədən də dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, mal və xidmətlərə istehlakın azalması və bütün bunların nəticəsində beynəlxalq miqyasda müşahidə edilən arzuolunmaz mənzərə ölkəmizdə də adekvat tədbirlər görülməsinin zəruriliyini gündəmə gətirib. Məlum olduğu kimi, ayrı-ayrı ölkələr qlobal risklərə zəif dayanıqlılıq nümayiş etdirərək ciddi sosial-iqtisadi-maliyyə problemləri ilə üzləşiblər. Bəzi ölkələrdə isə böhran daha dərin qatlara nüfuz edərək milli valyutaları kəskin şəkildə devalvasiyaya uğradıb. Bu kimi problemlər həmçinin Azərbaycanın maliyyə-iqtisadi münasibətlərdə olduğu dövlətlərdən də yan keçməyib. Belə bir şəraitdə zamanında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində milli valyutamızın öz dəyərini qoruyub saxlaması özlüyündə müsbət hal olsa da, qlobal miqyasda yaşanan iqtisadi gərginliklər və maliyyə kataklizmləri fonunda daxili bazarın qorunmasına, istehsal subyektlərinin aktivliyinin təmin olunmasına mənfi təsirsiz ötüşmür.
Əlbəttə ki, manatın məzənnəsinin yalnız dollara nəzərən müəyyənləşdirilməsi Azərbaycanın maliyyə-iqtisadi münasibətlərdə olduğu avrozona ilə inteqrasiyasına daha ciddi əngəllər yaradır və ölkəmizin manevr imkanlarını bu və ya digər dərəcədə məhdudlaşdırırdı. Diqqət yetirək, dollarla müqayisədə ucuzlaşan avro paralel surətdə manat qarşısında da ucuzlaşırdı ki, bu da manat və avro bazarı arasında disbalans yaranmasına səbəb olurdu.
Bütün bu kimi halların baş verməməsi üçün respublikamızda manatın indiki dünya çağırışlarına uyğun çevik məzənnə siyasətinin həyata keçirilməsinə kəskin zərurət yaranmışdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında manatın həddindən artıq bahalaşmasının yolverilməz olduğunu bidirib.
Bu baxımdan Azərbaycan Mərkəzi Bankının 16 fevral 2015-ci il tarixdən etibarən ölkədə məzənnə siyasətini dəyişərək ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etməsi çox aktualdır. Mərkəzi Bankın haqqında bəhs olunan qərarı hazırda qlobal miqyasda baş verən maliyyə-iqtisadi kataklizmlərdən daxili bazarın qorunması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin aşağı düşməsinin qarşısının alınması, ixracdan asılılığa yol verilməməsi və bütün bunların məcmusu kimi, əhalinin sosial müdafiəsinin təmin olunması məqsədilə atılan zəruri addımdır.
Manatın sərbəstliyi artacaq və eyni zamanda, iki valyutaya ekvivalentliyi təmin olunacaq
Məlumdur ki, yeni məzənnə siyasətinə keçid barədə qərar qəbul olunanadək milli valyutamızın məzənnəsi yalnız ABŞ dollarına nəzərən müəyyənləşdirilirdi. Bu isə manatın dollara birbaşa bağlanması demək idi. Bu səbəbdən də qlobal miqyasda baş verən iqtisadi proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Bundan sonra isə manatın məzənnəsi həm dolların, həm də avronun müvafiq məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilən optimal dəhliz əsasında konkretləşəcək. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, 16 fevral 2015-ci il tarixindən etibarən ölkəmizdə yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərara əsasən, respublikamızda məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib. Yeni qərarla məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində yeni məzənnə siyasətinə aydınlıq gətirib. O, vurğulayıb ki, yeni məzənnə siyasəti ilə manatın dollardan asılılığı azaldılacaq. Onun sözlərinə görə, büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir: “Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.
Beləliklə, yeni məzənnə siyasətinə əsasən, manatın ABŞ dollarına bağlılığı azaldılıb, eyni zamanda, milli valyutamızın avroya çarpaz bağlılığına son qoyulub. Bundan sonra valyuta bazarında manatın məzənnəsində dollarla yanaşı, avronun da məzənnəsi nəzərə alınacaq. Bununla da valyuta bazarında tez-tez müşahidə edilən qeyri-müəyyənliyə son qoyulacaq.
Onu da vurğulamaq lazımdır ki, manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçid yeni bir maliyyə innovasiyası deyil. Xatırladaq ki, hələ 2008-2011-ci illərdə Azərbaycanda manatın məzənnəsinin müəyyənləşdirilməsi üçün bivalyutalı səbətdən istifadə edilib. Mərkəzi Bankın sədri Elman Rüstəmov yerli KİV-ə müsahibəsində bildirib ki, həmin dövrdə bivalyutalı səbətdən istifadə daha çevik məzənnə siyasəti həyata keçirməyə imkan verib: “O dövrdə neftin qiyməti yüksək olduğu bir şəraitdə bu, balansdan irəli gələn tədbir idi. Manatın məzənnəsinin möhkəmlənməsinə böyük təzyiq var idi. Manat dollara münasibətdə əhəmiyyətli dərəcədə bahalaşırdı. Biz o dövrdə səbətdə avrodan imtina etməsə idik, manatın məzənnəsi daha yüksək olardı. Bunun üstün tərəfləri olsa da (inflyasiyanın azalması), ölkənin ixrac potensialına təsiri mənfidir”.
Mərkəzi bankın sədri hazırkı dövrdə avronun dollara qarşı ucuzlaşdığına diqqət çəkərək bildirib: “Bizim məzənnəmiz dollara sərt olaraq bağlandığı üçün dolların avroya qarşı bahalaşması manata da ötürülür və manat avroya qarşı bahalaşır. Ümumiyyətlə, manatın məzənnəsi üzən rejimdədir. Biz dollara bağlıyıq. Dollar isə başqa məzənnələrə nisbətdə üzən rejimdədir. Bu ötürücülük ona gətirib çıxarır ki, avro manata nisbətdə ucuzlaşır. Avropa bizim əsas ticarət tərəfdaşlarımızdan biridir və bu, bizim iqtisadi perspektivlərimizə təsir göstərə bilər.
Belə olan şəraitdə manatın dollardan asılılığını azaltmaq üçün avronu bərpa etdik. Lakin səbətdə avronun payı o qədər də yüksək deyil”.
Manatın kəskin ucuzlaşması gözlənilmir və narahatlığa heç bir əsas yoxdur
Yeni məzənnə siyasətinə keçidlə bağlı narahatlıq yaradan əsas məsələlərdən biri manatın kəskin devalvasiyaya uğrayıb - uğramayacağı ilə bağlıdır. Bu narahatlıq ilk növbədə ondan qaynaqlanır ki, son vaxtlarda qlobal risklər şəraitində bir sıra ölkələrin milli valyutaları öz dəyərini hətta yarıbayarı azaldıb.
Lakin Azərbaycanda bu kimi narahatlığa heç bir əsas yoxdur. Güclü iqtisadi potensiala və ümumi daxili məhsulun təxminən 70 faizi həcmində maliyyə ehtiyatlarına malik olması qlobal risklər fonunda milli valyutanın dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görməyə imkan verir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində yeni məzənnə siyasətində əhalinin maraqlarının mütləq nəzərə alınacağını bildirib: “Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək”.
E.Rüstəmov bu fikirlərin davamı kimi, yerli KİV-ə müsahibəsində əminliklə vurğulayıb ki, manatın zəifləməsi üçün fundamental amil yoxdur. Mərkəzi Bankın sədri bildirib ki, milli valyutanın ucuzlaşması iki halda - ölkənin ödəmə balansında defisit yarandıqda və xroniki ödəmə balansı şəraitində heç bir ehtiyatı olmadıqda baş verir: “Lakin biz deməliyik ki, bu gün Azərbaycanın ÜDM-in 70 faizə yaxın səviyyədə, dövriyyədə olan manat həcminin isə 2,5 qatı qədər ehtiyatı var. Yuxarıda sadalanan şərtlərin heç biri Azərbaycanda yoxdur. Buna görə də, manatın zəifləməsi üçün heç bir amil yoxdur”.
E.Rüstəmov yerli KİV-ə müsahibəsində yeni məzənnə siyasəti ilə bağlı heç bir naratlığa əsas olmadığını bildirib: “Bir çox dövlətlər öz milli valyutalarını kəskin şəkildə devalvasiya etdilər. Azərbaycan dövləti devalvasiya etməyi düşünmür. Bunun üçün heç bir səbəb yoxdur. Bu, əhalinin banklardakı əmanətləri, biznesin maraqlarına zidd olardı. Və biz bu addımı atmadıq və birmənalı olaraq deyirəm ki, belə bir şey düşünülmür”.
Yeni məzənnə siyasəti Azərbaycan cəmiyyətində müsbət ictimai rəylə qarşılanıb
Mərkəzi Bankın tətbiq etdiyi yeni məzənnə siyasəti Azərbaycan cəmiyyətində də müsbət ictimai rəylə qarşılanıb. “Manat MDB-də öz dəyərini qoruyub saxlayan yeganə milli valyutadır”. Bu sözləri KİV-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın manatın məzənnə siyasətində iki valyutalı səbət prinsipinə keçməsinə münasibət bildirərkən ifadə edib. Milli Məclisin üzvünün bildirdiyinə görə, məzənnə siyasətində iki valyutalı səbət rejiminə keçilməsi əslində çoxdan gözlənilən idi: “Manatın məzənnəsi ilə əlaqədar hazırda iki problem var. Birincisi, manatın dəyərinin qorunub saxlanılması ölkə əhalisi üçün çox vacibdir. Çünki bu, birbaşa alıcılıq qabiliyyətinə təsir edir. Digər tərəfdən, hazırda dünyada çox ciddi iqtisadi böhran yaşanır və manatın məzənnəsinin qorunub saxlanılması Azərbaycanın ixracyönümlü məhsullarının istehsalına təsir göstərir. Buna görə də yəqin ki, müəyyən müddət dollar və avro ilə əlaqədar dəhliz müəyyən ediləcək. Bu dəhliz boyunca da manatın məzənnəsi ilə bağlı dəyişikliklər olacaq. Ancaq hesab edirəm ki, elə də ciddi dəyişikliklər baş verməyəcək. Bu dəhliz yumşaq şəkildə həyata keçiriləcək ki, əhali bunun təsirini o qədər də hiss etməsin”.
V.Əhmədov bu prinsipin ixarcyönümlü məhsulların istehsalı üçün çox vacib olduğunu da nəzərə çatdırıb.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov da Mərkəzi Bankın yeni məzənnə siyasəti ilə bağlı qəzetimizə açıqlamasında milli valyutamızın məzənnəsinin həm dollara, həm də avroya nəzərən müəyyənləşdirilməsinin zəruri sosial-iqtisadi amillərlə şərtləndiyini xüsusi vurğulayıb: “Hazırkı şəraitdə qlobal miqyasda müşahidə edilən proseslərin fonunda manat çox ciddi təzyiq altında idi. Bu mənada manatın yalnız bir valyutaya bağlılığına son qoyulması çox ciddi addımdır. Bu qərar Azərbaycan hökumətinin dünyada baş verən maliyyə və iqtisadi kataklizmlərin qarşılığında həyata keçirdiyi məqsədyönlü pul-kredit siyasətinin tərkib hissəsidir”.
Millət vəkili bildirib ki, son zamanlar manatın digər valyutalara münasibətdə daha da bahalaşması Azərbaycanın daxili bazarının qorunması və ixrac imkanlarının genişləndirilməsi baxımından məqbul deyildi: “Azərbaycan geniş ixrac potensialına malik olan ölkədir. Ölkəmizdə ixracyönümlü məhsul istehsalı təşviq olunur və dövlət bu sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün zəruri dəstək nümayiş etdirir. Lakin son vaxtlarda məlum səbəblərdən Azərbaycan mallarının xarici bazarlarda rəqabətqabiliyyətliliyinə təhdidlər yaranmışdı. Avronun ucuzlaşması, manatın isə, əksinə, möhkəmlənməsi Azərbaycanın partnyorluq etdiyi ölkələrlə əlaqələrində müsbət saldonun təmin olunmasını təhlükə altında qoyurdu. Yeni məzənnə siyasəti bu kimi təhlükələri aradan qaldıracaq”.
Milli Məclisin üzvü Azər Badamov, həmçinin, bəzi garagüruh qüvvələrin yeni məzənnə siyasəti ətrafında süni ajiotaj yaratmaq cəhdlərinə də münasibətini ifadə edib. Millət vəkili vurğulayıb ki, indiki halda manatın devalvasiyası müzakirə mövzusu deyil, Mərkəzi Bank, sadəcə, manatın yeni məzənnə siyasəti ilə bağlı müvafiq qərar qəbul edib ki, bunu da ölkəmizin iqtisadi maraqları diktə edirdi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29

